MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Əli Əkbərin başı üstündə İmamın zəban



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə90/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   86   87   88   89   90   91   92   93   ...   96
MƏRSİYƏLƏR (1)

Əli Əkbərin başı üstündə İmamın zəban 
halı (rövzə) 
Axır nəfəsdi bir ata de, can deyim sənə
Az qaldı cənnətə olasan rəhsipar, oğul. 
Qəlbim çox istəyir açasan qanlı gözlərin, 
Bir də görüm gözün giləsin aşkar, oğul. 
Bir yol nigah edib yenə yumsan da yum gözün
Baxsa oğul ata üzünə əcri var, oğul. 
Ey məhzəri Rəzuli-Xudayi-cahan oğul, 
Vey aftabi-ömrünə həft asiman oğul. 
Yeddi qədəm cənazənin üstə sürünmüşəm, 
Yetişmişəm bu gül bədənə nimə can oğul. 
Ey ömrümün dadı, gözümün nuru, aç gözün, 
Can üstəyəm gülür mənə bu kufiyan, oğul. 
Tapşırmışam ki, qəbridə də bir yataq, Əli, 
Sənsiz dözəmməz bilirsən, mehriban oğul. 
İmamın (ə) zəban halı (nöhə) 
Dizim quvvəsi ay bala, gözüm ziyası ay bala, 
Ayağa dur qocalmışam, əlim əsası ay bala ². 
O bağbanam od tutub yanıb fəğana gəlmişəm, 
Əsibdi sərasər xəzan bu gülüstana gəlmişəm, 
Solub gülüm, yanıb dilim, qəmində cana 
gəlmişəm. 


239 
Gedibdi əldən ömrümün gözəl səfası, ay bala. 
Oğul, şil olsun əlləri, səni bu hala kim salıb? 
Bu zarü bi pənahidən qərarü-səbrü-tab alıb. 
Göz aç oyan qərib atan cənazən üstə tək qalıb, 
Ürəkdə dərdü-qüssəmin yox intəhası, ay bala. 
Dəyibdi yara başına şeküftələndi lalə tək, 
Düzüldü qətrə-qətrə qan o gül üzündə jalə tək, 
Dolubdu laxta qanilə iki gözün piyalə tək, 
Gələydi sinəmə mənim gözün qadası, ay bala. 
Əli əkbərin (ə) vidası 
Xeymədən ki, nazilə Əkbəri çıxartdılar, 
Rubəru qabağına Əsğəri çıxartdılar. 
Gördülər Səkinəni qaçdı qəm otağına, 
Çıxdı xeymədən alıb Əsğəri qucağına, 
Gətdi sür`ətilə tez Əkbərin qabağına, 
Durdu birdən ağladı, məhşəri çıxartdılar. 
Bülbülə nə hal olar görsə qönçə yarpağın, 
Əkbərin dolub gözü şiri-xari görcəyin
Aldı öpdü ləblərin bir də öpdü qundağın, 
Ta bələkdən açdılar əlləri çıxartdılar. 
Ta iki susuz dodaq dəmbədəm öpüşdülər, 
Gərdi-matəmə hərəm, yeksərə bələşdilər, 
Hey olar öpüşdülər, hey bular mələşdilər, 
Əl gedib bağlara zülfləri çıxartdılar. 


240 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin