MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Həzrət Zeynəbin (ə) zəban hali (rövzə)



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə91/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   88   89   90   91   92   93   94   95   96
MƏRSİYƏLƏR (1)

Həzrət Zeynəbin (ə) zəban hali (rövzə) 
Bu qədər bilməzdim bivəfadı kufəlilər, 
Əmiri fasiqilə həmsədadı kufəlilər. 
Dedim ki, hörmət edərlər görəndə mehmanı, 
Bu rahü-rəsmə yəqin aşnadı kufəlilər. 
Yeyiblər duz, sora sındırıblar nəməkdanı, 
Nə qədər pəst, nə çox bihəyadı kufəlilər. 
Dolandırıb üzünü baxdı mərdümə Zeynəb, 
Sitəmləriz dedi bi intihadı, kufəlilər. 
Peyğəmbər oğluna siz xarici xitab eylədiz, 
Bu töhmətiz bizə çox narəvadı, kufəlilər. 
Həna yaxıb əlizə gəlməsiz tamaşaya, 
Sizin də işrətiz axır fənadı, kufəlilər. 
Bu qədər dil yarası vurmayın Əli qızına, 
Ölübdü qardaşı qərqi-əzadı, kufəlilər. 
O baş ki,daş vurursuz nizədə dodaqlarına, 
Cida başında sizə rəhnümadı, kufəlilər. 
Verin mənə o başı, siz ki, bilmədiz qədrin, 
Cahanda dərdimə vallah dəvadı, kufəlilər. 
Əlim çataydı əgər qəhrəman Əbulfəzlə, 
Ürək sözün eləyərdim bəyan Əbulfəzlə. 
Deyərdim olsun iraq gözlərindən, ay qardaş, 
Gilayəmi eyləyərdim cəvan Əbulfəzlə. 
Bu dövri-bərdə əgər olmasaydı naməhrəm, 
Başın bəlasın edərdim əyan Əbulfəzlə. 
Açıb kürəkdə olan taziyanələr yerini, 
Verərdim həsrət ilə ta nişan Əbulfəzlə. 
Əgərçe bəsdi onun öz müsibəti özünə, 
Desəm də çarəsi yox mehriban Əbulfəzlə. 
Nə vardı əl bədəndə, nə başı peykərdə, 
Əza tutubdu anam canfəşan Əbulfəzlə. 


241 
Salıblar bir hala başın deyəm dilim gəlmir, 
Gərəkdi saxlaya yas qüdsiyan Əbülfəzlə. 
Hamıdan artıq onu səsləyir Səkinə balam, 
Olubdu yol uzunu nagiran Əbulfəzlə. 
Elə ki,Şümrü-sənanın əlində qamçı görür, 
Edər təvəssül o şirinzəban Əbulfəzlə. 
Deyir bu cümləni ey əmirü-əşcəi-nas, 
Yubanma dadıma gəl, hardasan əmi Əbbas, 
Fəda olum sənə, tez gəl haraya, ya Əbbas. 
Diyari-Kufədə indi sən qiyamətə bax, 
Çıxıbdı zülmü-sitəm gör səmaya, ya Əbbas. 
Gələn-gedən verir axır bu zarə dil yarası, 
Dözüm nə qədər mən axır cəfaya, ya Əbbas. 
Denən ki, az başıma qamçı vur, evi dağılan, 
Amandı tapşır o Şümri-dəğaya, ya Əbbas. 
Haraya gəlməsən indi gedər bibim əldən, 
Salıblar çox onu rəncü-bəlaya, ya Əbbas. 
Əliyyü-Əkbər atmasın məni gözdən, 
Mənim ki, çatmır əlim Kərbəlaya, ya Əbbas. 
Öpəm o qanlı dodaqlarını məni xəstə, 
Əlim yetişmiri nuki-cidayə, ya Əbbas. 
Deynən ki, qardaş olar bacının havadarı, 
Eylə mənim tərəfimdən gilayə, ya Əbbas. 
Demirəm heç bacıyam, bir yetim xun ciyərəm, 
Gəl Allaha görə viran səraya, ya Əbbas. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin