Göz yaşı
(rövzə)
Tapdı oğlun o çətin vəqtidə del xəstə imam,
Dedi oğlum necə gör bikəs atan cana gəlib.
Evimi yıxdılar oğlum, sən əqəllən gözün aç,
Hər bəla vardı məni-zarü-nəvaxanə gəlib.
Atanı gör nə günə qoydu sənin dərdü-qəmin,
Bükülüb qaməti, göz yaşı dönüb qanə gəlib.
Yumulan gözlərin aç, dərdimə qıl çarə oğul,
Qoca vaxtında atan çarəvü-dərmanə gəlib.
Niyə dindirmirsən oğlum ürəyi qan atanı,
Fikr edirsən bala didarına biganə gəlib?
Yıxılan ərsədə sən can verən həsrətlə mənəm,
Bu ölüm başının üstə məni-nalanə gəlib.
İmamın zəban halı
Cavanani-bəni-haşim, gəlin Əkbər batıb qana,
Vücudü pər-pər olmuş, gül kimi düşmüş
biyabana.
Aparın xeyməyə bu gül bərg təri,
Görə əhli-hərəm bu qanlı peykəri.
235
Mənim yox taqətim, oğlum ölüb, qəddim kaman
oldu,
İşıqlı ulduzum ərşi-şəhadətdə nihan oldu.
Salıb dildən məni bu dilbəndi-Rəsul,
Oğul vay səslərəm pərişanü-məlul.
Həzrət Hüseynin (ə) zəban halı
Dur yatma qətligahida ey qəhrəmanım Əkbər,
Yox dizlərimdə taqət, ey mehribanım Əkbər.
Cəddim düşəndə yada fövrən sənə baxardım,
Cəddim şəbihi oğlum, qol boynuna salardım,
Peyğəmbəri Xudanın mən ətrini alardım,
Adın olubdur əlan virdi zəbanım, Əkbər.
Aç gözlərin Əli can, ollam gözün fədası,
Dəysin mənə bu çöldə ol gözlərin qadası,
Əndazədən çıxıbdır görrəm başın yarası,
Olsun sənə Əli can, qurban bu canım, Əkbər.
Zeynəb gəlib qabağa səslərdi can Hüseynim,
Ey Fatimə nişanı, ruhi-rəvan Hüseynim,
Oğlun ölüb, yoxundur tabü-təvan Hüseynim,
Yatmış əbanın içrə cismimdə canım, Əkbər.
Əllər başında səslər ol bülbüli Mədinə
Qurban olum deyərdi, qardaş bacın Səkinə,
Zülm etdi Kufə əhli mən bikəsü həzinə,
Ağzımda teşnəlikdən dönmür zəbanım, Əkbər.
|