MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə89/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   85   86   87   88   89   90   91   92   ...   96
MƏRSİYƏLƏR (1)

İmamın oğluna zəban halı 
Dur yatma bu meydanda cavanım Əli Əkbər, 
Qoyma çıxa hicrində bu canım, Əli Əkbər. 
Əli can bala lay-lay. 
Əxyamda gözləyər yolunu əmmələr, ağlar, 
Olmuş bu qəmində bacılar didətər ağlar, 
Bu halətinə o hərəmi xunciyər ağlar, 
Ruzu-şəb olan virdi zəbanım, Əli Əkbər. 
Aç gözlərini bax mənə ey cəddimə bənzər, 
Qoyma yumula heyfdir oğlum, ala gözlər, 
Gəhvarədə bu halına ağlar Əli Əsğər, 
Yandırma məni ruhu-rəvanım, Əli Əkbər. 
Səslədi cavanlarını meydani-bəlayə, 
Ta Əkbəri həml eləyələr xeyməsərayə, 
Salalar xeymədə gəl cisminə sayə, 
Yoxdur vəli durmağa təvanım Əli Əkbər. 
Ta yetdilər meydana ürək dağladı Əbbas, 
Baxdı o yaralı balaya, ağladı Əbbas, 
Ağuşa aldı, gözünü bağladı Əbbas, 
Səslərdi əmi dur səni canım, Əli Əkbər. 
Əkbərin imdad istəməsi (rövzə) 
Səsləyər baba, yetiş imdadıma bəs hardasan? 
Əl-aman səs ver yanan fəryadıma, bəs hardasan? 
Gəl yubanma xeymələrdən dadıma, bəs 
hardasan? 
Ah-naləmdən töküldü suz əgər torpağa


237 
Peykərindən qan axır dəşti-bəla səhrasına, 
Qan tökür qüdsiyan insan kimi qovğasına, 
Lalə nəqşin qan çəkibdir surəti-zibasına, 
Ox dəyib yorğun düşüb meydanda əfsər torpağa. 
Surətindən qan axır yoxdu yarasın bağlayan, 
Vəhşəti Kərbü-bəladan qərqi-qəmdir asiman, 
Qaməti şahzadəni puşeş edib tirü-kəman, 
Gör nə halilə yıxıldı qanlı peykər toprağa. 
Əl-qərəz gəldi hicazın şahı meydana o gün, 
Sərzəmini-Kərbəla gördü batıb qana o gün, 
Qan veribdi Əkbəri ayini-Qur`ana o gün, 
Başda bir yara düşüb manəndi Heydər torpağa. 
Oğul qəmi (rövzə) 
Haraya Əkbərinin gəldi Seyyidüş-şühəda
Alışdı yandı ürək, səsləndi va vələda. 
Qərarü-səbrini dildən oğul qəmi aldı, 
Qalanda yeddi qədəm torpağa özün saldı. 
Süründü torpağın üstə o zarü-delxəstə, 
Gəlib yetişdi cavan oğlunun başı üstə. 
Sıxıldı qəlbi, cahan tirə tar olub gözünə
Üzün qoyubdu o dəm mehriban oğul üzünə. 
Dedi oğul, gözün aç hal zarını bildir, 
Bəyana gəl, məni-bidad xahi bir dindir. 
Yanır yanan ürəyim suzi iştiyaqında, 
Bu qan nə qandi Əli, var gözəl dodağında. 
Dedi ilahi, özün şahid ol bu əhvala, 
Salıblar zülmilə gör Əkbərimi nə hala. 


238 
Bilirlər yalqız Hüseynin əlində yox çarəsi
Görürlər oğlum ölüb hey vururlar dil yarası. 
Məni salıbdı cavan oğlunun qəmi dildən, 
Belə güman edirəm Əkbərim gedib əldən. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin