MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə94/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   88   89   90   91   92   93   94   95   96
MƏRSİYƏLƏR (1)

Zeynəbin (ə) zəban halı 
Girəndə Kufəyə Zeynəb baxıb cüda başına, 
Deyərdi dərdi-delin öz yaralı qardaşına. 
Gəlibdi nizədə qanlı başın dilə, qardaş, 
Kəlam həqqi oxur əhli-batilə, qardaş.
Dübarə yara vurublar axar başın qanı, 
Yanar bəlalı bacın ölsün kül üstə yatmışdın, 
Məhasinin bələşib torpağa, külə qardaş. 


246 
O qan dolan gözün aç dərbədər əyalüvə bax, 
Vurubdu boynumuza Şümr silsilə, qardaş. 
Bəlalı başının eşqi salıb bəlaya məni, 
Bu hali-zarimi bir kimsə yox bilə, qardaş. 
O qədər qamçı vurub Şümr qollarım göyərüb, 
Bu qəmlər ilə bacın ölməyib hələ, qardaş. 
Həzrət Zeynəbin (s) zəban halı 
Vaxt o vaxt oldu qoyub məclisi-əğyar qədəm, 
Başda bir iddə ürək dağlı ğəzəlani-hərəm, 
Hamı xəstə ənduhü-qəmü-dərdü-ələm, 
Ali-ətharı görüb durdu ayaq üstə Yəzid
Başladı söhbətə ol zalımü-bişərmü-pəlid. 
Dedi Zeynəb sizi Allah necə gör xar elədi, 
Alıb ənsarini əldən səni biyar elədi
Gözlərində gününü həmçu şəbi-tar elədi, 
Öldürüb qardaşını qəlbini yandırdı fələk, 
Məhzərimdə səni qolbağlı dayandırdı fələk. 
Zeynəbə gətdi Yezidin sözü şuru-həyəcan, 
Qanı az qaldı dayansın özünə verdi təkan, 
Dedi zalım, nə dedin, lal olasan bircə dayan, 
Vurma töhmət bizə ey fərdi-kəsifi-əməvi, 
İftiradan bilirsən pakidi nəsli-Ələvi. 
Hübbi-dünya necə həqdən səni gör dur e,ləyib 
Belə məlum olur qüdrət səni məğrur eləyib, 
Beş günün səltənəti gözlərini kor eləyib, 
Fəxr edirsən görürəm baxdıqca hər tərəfə, 
Belə fikr eyləmə dünyada çatıbsan hədəfə. 


247 
Xarici biz deyilik şərm elə, ey şumi-dəni, 
Bu qədər tiri-şəmatətlə nişan etmə məni, 
İzzətin zillət olar dəhridə bir gün ələni, 
Dəsti-həqq qardaşımın qanını səndən alacaq, 
Qara mə`cərilə Səkinəm səni təxtdən salacaq. 
Rəvişin ziddi-Xudadır, əməlin mayei-nəng, 
Ələnən dini-Xuda ilə varındı səri cəng, 
Sitəmilən eliyibsən bu cahanı bizə təng, 
Bu qədər bəsdi inad üstə dəxi durma, Yezid, 
Qızlarının qabağında o başı vurma, Yezid. 
Doğranıb dəşti-bəla içrə Peyəmbər balası, 
Qan edib hicrinə göz yaşını Zəhra anası, 
Vardı qəlbində Əli Əsğərü-Əkbər yarası, 
Gülşənü-güllərinə badi müxalif əsilib, 
Zülmilə qardaşımın başı qəfadan kəsilib. 
Yandırar nisgili dünyada məni qəm zədəni, 
Gəzir əllərdə onun qana batan pirəhəni, 
İsti qum üstə qalıb üç gecə-gündüz bədəni, 
Bağrıqan qızları cari eləyib göz yaşını, 
Nizəyə vurduz onun zülmilə qanlı başını. 
Çoxdu bu yarəli başın qəmü-dərdü-kədəri, 
Nizə üstə dolanıb kuçə və bazariləri
Qəlbimi yarələyib qissə təlxi səfəri, 
Xeyziranı yerə qoy,qan eləmə göz yaşımı, 
Yarmışam Kufədə bir yol ona xatir başımı. 


248 
Yeddi qardaşımın hicrində ürək dağlamışam, 
Seyli-əşki üzümə həsrətilə bağlamışam, 
Ağlayan vaxtı yetimə balalar ağlamışam, 
Gecələr sübhə kimi vay Hüseyn vay demişəm, 
Yatmayan vaxtı Səkinə ona lay-lay demişəm. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin