249
Kaş olaydı indi Əkbərim səlamət,
Başım üstə Qur`an etməyə tilavət,
Əmməsin qoyaydı
qəbrə dildə həsrət,
Qürbət içrə biyarəm neyləym, nədir çarəm,
Gəl vəfalı qardaş gəl vəfalı qardaş!
Nə anam var etsin nə`şim üstə nalə,
Nə bacım ki, töksün göz yaşım cəmalə,
Kim qoyar Hüseynim qəbrim üstə lalə,
Bir kəsə gümanım yox, ölsəm ağlayanım yox,
Gəl vəfalı qardaş , gəl vəfalı qardaş!
Gərçe inciyibsən Şamidən bəradər,
Eyləyib cəfalar qəlbini mükəddər,
Ağlaram o zülmə ruzi-şəb mükərrər,
Xeyziran cəfalıdı, ləblərin yaralıdı,
Gəl vəfalı qardaş, gəl vəfalı qardaş!
Səndən ayrılandan günbəgün saraldım,
Saçlarım ağardı qüssədən qocaldım,
Ətrini həmişə köynəyindən aldım,
Dürrü-tək xəzinəmdə
saxlaram bu sinəmdə,
Gəl vəfalı qardaş,gəl vəfalə qardaş!
Vardı çox günahın, et nəva Kərimi,
Zeynəbə həmişə tut əza, Kərimi,
Göz yaşındı dürri porbəha, Kərimi,
Ruzi-şəb
nəva elə, döndər əşgini selə,
Gəl vəfalı qardaş, gəl vəfalı qardaş!