MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə77/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   73   74   75   76   77   78   79   80   ...   96
MƏRSİYƏLƏR (1)

Zeynəbin (ə) vəfatı 
Tutub üz sahati-Pərvərdigara, 
Dedi mən neyləmişdim ruzigara, 
Qalıb həsrət üzüm el-təbara, 
Gələn yoxdur mülaqatıma, ya Rəbb, 
Tək evdə can verir məzlumə Zeynəb. 
Gəlib şura Hüseyn eşqi başımda, 
Əsər vardı yəqinən göz yaşımda, 
Gözüm var hamıdan çox qardaşımda, 
Sərəfraz et məni sal yada, qardaş, 
Çətin vaxtımda gəl fəryadə, qardaş. 
Nə müddətdir çəkər göz intizarın, 
Mülaqatı şirindi yara-yarın, 
Köməksizdi qəribi-biqərarın, 
Bu həsrətdə axır əşkim üzara, 
Özün gəl Zeynəbi tapşır məzara. 
Bir ömür oldu sənə Zeynəb tüfeyli, 
Əzizim, gəlməsən ollam gileyli, 
Dalınca yolladım mən əşki-seyli, 
Əliləm, bimüinəm, başsızam mən, 
Görən fikr eləyir qardaşsızam mən? 
Həzrət Zəhranın Əbulfəzl başı üstünə 
gəlməsi 
Həzrət Zəhradan aldım muzdumu, padaşımı, 
Başıma qoydu əlin, ərşə yetirdi başımı, 
İzn verdi tez çağır gəlsin imam haşimi, 
Səsləməzdin bi icazə yoxsa mən qardaşımı, 


213 
Yaxşı imdad elədi Xeyrün-nisa Əbbasidən. 
Aldı Əbbasın səsin, verdi Hüseyn fil-fövri səs
Aşyanından haman eşq olubdur bihəvəs
Üz qoyub meydana dildə ah çəkdi hər nəfəs
Qıl kömək ya Rəbb dedi yoxdur mənə dadrəs, 
Naümidəm, ey Xudayi-kibriya Əbbasidən. 
Gəzdi meydanı yetib dildən düşən səqqasına, 
Nəqş olub gördü vucudu Kərbəla səhrasına, 
Baxdı qolsuz peykərə məcruh olan ə`zasına, 
Ləblərin öpdü qoyub simasını simasına, 
Gödü səs gəlir gözü başı yarə Əbassidən. 
Həzrət Əbulfəzlin (ə) zəban halı Rövzə)
Səs ver səsimə, qətlimə qardaş tələsən var, 
On yeddi nəfər bir yaralı başı kəsən var, 
Mə`nadə anam Fatimə, qardaşım Həsən var, 
Bu məhfili-alidə yerin boşdu yubanma. 
Gahi dəyib ox, gahi dəyib daş bədənimdən, 
Qan su tək axır torpağa qardaş bədənimdən, 
Tə`xir eləsən ayrılacaq baş bədənimdən,
Sdəmə yetə ənguştərə qaş saxlaya bilməz, 
Bir cismiki,qolsuz qala baş saxlaya bilməz. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin