222
Cavabı imamın (ə)
Bu məşkini aparım xeymədə susuzlarıma
Nişan
verim ələmi, məşki-abi qızlarıma.
Necə deyim bacıma qardaşımı doğradılar,
Necə bəyan eləyim sağ gözünü oxladılar?
Səkinə görsə əgər məşkini fəğan edəcək,
Ayaqyalın, baş açıq qətligahına gələcək.
Ayağa dur atam oğlu, qalıb belimədə əlim,
Düşəndə sən atın üstdən mənim də sındı belim.
Vəfalı qardaş idin, heyf
ola süzüldü gözün,
Çıxıbdı can bədənindən, solubdu qanlı üzün.
Başına mən dolanım bağrıqan Əbülfəzlim,
Qum üstə yatma oyan, mehriban Əbülfəzlim.
Yaralı namavər
Mümkün olsa özünü
rəzmgaha fövri yetir,
Şahbazın yıxılıb sədmə görüb şəhpərdən.
Gözümün ağ-qarasın qana qatıb tiri-se pər,
Dəxi səlb oldu təvan yaralı namavərdən.
Gah vurullar məni nizə ilə gahi xəncərilə,
Görmürəm ta özümü hifz eliyəm xəncərdən.
Ox atanlar məni indi
kamanilə vurur,
Nə həya etdilər məndən nə də Peyğəmbərdən.
Ayrılıq vaxtıdı gəl bir də doyunca danışaq,
Kami-del qəvi əl-Əbbas dəm axirdən.
Göz ki, görmürdü o dəm qardaşın ətrin aldı,
Pişvaz istədi etsin o susuz sərvərdən.
Taqəti olmadı əfsus, ayaq
üstə dura,
Bu qiyamət ona balatər olub məhşərdən.
Dedi əfv eylə ağa, durmağa yox imkanım,
Yaralar vermir aman ta duram axır yerdən.
223
Çarəm olsaydı hüzurunda ağa, yatmazdım,
Keç Əli Əkbərə xatir yaralı nökərdən.
Lütf eylə yoxdu əlim gözlərimin sil qanın,
Qoy çatım qəlbidəki məqsədə bu məhzərdən.
Üzünə baxmaq Hüseyn, eyni səadətdi mənə,
Etmə məhrum məni feyzi ruxi ənvərdən.
Dostları ilə paylaş: