MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Həzrət Fatimə (ə) Əbəlfəzlə zəban halı



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə80/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   76   77   78   79   80   81   82   83   ...   96
MƏRSİYƏLƏR (1)

Həzrət Fatimə (ə) Əbəlfəzlə zəban halı 
Sən başında yara vardı, mən başımda qara var, 
Sən düçar oldun əmuda, mən dözüm mismara, 
var, 
Gəl qucağıma ki, hər dərdə oğul, bir çara var, 
Halımı amma müraat et, döşümdə yara var. 


218 
Əbəlfəzlin (ə) zəban halı 
Ağlamaram peykərim qolsuz qalır, 
Ağlamaram nənəm oğulsuz qalır, 
Bu qəm mənə müşkül olub hər nədən, 
Mən gedirəm Hüseynim yalqız qalır. 
Hüseynin (ə) sözü 
Mən demirəm məşküvü doldur gedək, 
Mən demirəm Səkinəm ağlır gedək, 
Qolun yoxdu təkyə eylə çiynimə, 
Düşmən baxır yavaş-yavaş dur, gedək. 
Qəhrəmanam qədrimi sındırmayın, 
Yaralıyam yolum üstə durmayın, 
Xəncər yarasına, oxa dözüm, 
Namərdilər, dil yarası vurmayın. 
Anam gəlib məhəbbət etdi, qardaş, 
Çətin zaman haraya yetdi, qardaş, 
Medali-iftixarıdır sinəmdə, 
Gözüm-qolum su üstə getdi, qardaş. 
Hüseynin (ə) zəban halı (nöhə) 
Əbulfəzlim ölübdür gəl bacı, ağla yana-yana, 
Düşübdür qardaşım nəhri-Fərat üstə biyabana, 
Axır bu göz yaşım, ölübdür qardaşım, 
Qalıbdır ərsədə vəfalı yoldaşım. 
Gedibdi izzətim əldən, yoxumdu yarü-ənsarım, 
Nə vardır Əkbərim nə Qasim və nə qolsuz 
ələmdarım, 


219 
Axır bu göz yaşım ölübdür qardaşım, 
Qalıbdır ərsədə vəfalı yoldaşım. 
Əbulfəzlim öləndən ağlayır bu gözlərim, Zeynəb,
Qalıbdır dağlı sinəmdə yanıqlı sözlərim, Zeynəb. 
Axır bu göz yaşım ölübdür qardaşım, 
Qalıbdır ərsədə vəfalı yoldaşım. 
Hüseynin (ə) zəban halı (rövzə) 
Əbbas, mən bəradəri-del dağdarınam, 
Sən məst cami ləm yəzəli mən xumarınam, 
Mehman gələn zaman tanışı dindirər tanış, 
Qurban olum şirin dilinə mənlə bir danış, 
Mən bel sınıq sənin də cəbinin sınıb belə, 
Mən çarə eyləyim anuva, bu sınıq belə. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin