MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Ümmül-bəninin zəban halı (nöhə)



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə87/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   83   84   85   86   87   88   89   90   ...   96
MƏRSİYƏLƏR (1)

Ümmül-bəninin zəban halı (nöhə) 
Yoldadı gözlərim, 
Qəmlidi sözlərim, 
Gəlmədi Allah, qəhrəman oğlum, 


232 
Harda qalıb bəs mehriban oğlum? 
Var başımda qara, ürəyimdə yara, gedim mən 
hara, 
Yola baxmaqdan bağrım qaraldı, 
Gəlmədi Əbbas, rəngim saraldı. 
Qəlbi qan anayam, günləri sayıram, od kimi 
yanıram, 
Gəlmədi əcəl, ömrüm qurtardı, 
Qəbrə gedərəm qəlbimdə yara. 
Nə yamandı hicran, məskənim qəbristan, 
qalmışam mən heyran, 
Allah, gedənlər nə çox yubandı, 
İşim Bəqidə ahü-fəğandı. 
İmamın bacısı ilə zəban halı 
Zeynəbim gəl ələmdarım öldü, 
Ba şəhamət sipəhdarım öldü, 
Müntəzir qalmasın şiri-xarım, 
Qəhrəmani-vəfədarım öldü. 
Həm sağından keçib, həm solundan, 
Dönməyib vəli həqq yolundan, 
Sinəsi üstə pərçəm əsirdi, 
Qan süzürdü yerə hər qolundan. 
Qan bu qəmdə gərək qəlbə dolsun
Var yeri gül gülüstanda solsun, 
Xeyməsinin yatırdın sütunun, 
Qardaşım öldü, başın sağ olsun. 


233 
Sinəsi yaralı, baş yaralı, 
Eləyib alnını daş yaralı, 
Haqqı var ölməyə görsə qardaş, 
Can verir teşnə qardaş yaralı. 
Ox dəyibdir olub məşki parə, 
Məşkinə ağlayır gözdə yarə, 
Qeyrətə bax o halətdə gördüm, 
Axtarır Əsğərə rahi-çarə. 
Gördüm ağlır deyir can Səkinə, 
Qara gözlü, qəmli ceyran Səkinə, 
Get Rübaba deynən bağla qara
Əsğərə yoxdu dərman, Səkinə. 
Yat dedim yat ədəbli vəzirim, 
Yat şərafətli, qeyrətli şirim, 
Neylirəm gün də batsa batıbdır, 
Batdı Əlqəmdə mahi-münirim. 
Qardaş ağlama 
Yaralıyam yıxılmışam, 
Düşübdü qollarım əxa, 
Ağa əlin qoy alnıma, 
Əlindi dərdimə şəfa. 
Durammıram ayağına bağışla sərvərim, mən, 
Qolum düşəndə başıma dəyib əmudi ahəni, 
Dolubdu qanilə gözüm görənmirəm ağa, səni². 
Başımı al qucağına verəndə can edim səfa
Mənə gözəldi gəlməyin, başım ucaldı seyyidi, 
Fələk nədən bu səmtidən yolumu saldı seyyidi, 
Su xeyməgaha çatmadı,bacım qocaldı,seyyidi². 


234 
Eşitsə qardaşı ölüb necə dözər o binəva
Hüseyn açıbdı qolların yaralını qucaqladı, 
Öpüb əmmaməsiz başı sinəsi üstə saxladı². 
Buyurdu qardaş,ağlama, vəli özü çox ağladı, 
Bu dərdi yaxşı dərk edər ürəyinə dəyən yara². 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin