237
Peykərindən qan axır dəşti-bəla səhrasına,
Qan tökür qüdsiyan insan kimi qovğasına,
Lalə nəqşin qan çəkibdir surəti-zibasına,
Ox dəyib yorğun düşüb meydanda əfsər torpağa.
Surətindən qan axır yoxdu yarasın bağlayan,
Vəhşəti Kərbü-bəladan qərqi-qəmdir asiman,
Qaməti şahzadəni puşeş edib tirü-kəman,
Gör nə halilə yıxıldı qanlı peykər toprağa.
Əl-qərəz gəldi hicazın şahı meydana o gün,
Sərzəmini-Kərbəla gördü batıb qana o gün,
Qan veribdi Əkbəri ayini-Qur`ana o gün,
Başda bir yara düşüb manəndi Heydər torpağa.
Oğul qəmi (rövzə)
Haraya Əkbərinin
gəldi Seyyidüş-şühəda,
Alışdı yandı ürək, səsləndi va vələda.
Qərarü-səbrini dildən oğul qəmi aldı,
Qalanda yeddi qədəm torpağa özün saldı.
Süründü torpağın üstə o zarü-delxəstə,
Gəlib yetişdi cavan oğlunun başı üstə.
Sıxıldı qəlbi,
cahan tirə tar olub gözünə,
Üzün qoyubdu o dəm mehriban oğul üzünə.
Dedi oğul, gözün aç hal zarını bildir,
Bəyana gəl, məni-bidad xahi bir dindir.
Yanır yanan ürəyim suzi iştiyaqında,
Bu qan nə qandi Əli, var gözəl dodağında.
Dedi ilahi, özün şahid ol bu əhvala,
Salıblar zülmilə gör Əkbərimi nə hala.
238
Bilirlər yalqız
Hüseynin əlində yox çarəsi,
Görürlər oğlum ölüb hey vururlar dil yarası.
Məni salıbdı cavan oğlunun qəmi dildən,
Belə güman edirəm Əkbərim gedib əldən.
Dostları ilə paylaş: