MƏRUZƏ № 15. Formasiya anlayışı və onun mahiyyəti
Formasiya termini böyük geoloji məna kəsb edir. Onu ilk dəfə geoloji
mənada akad. M.A. Usov işlətmişdir. M.A. Usovun fikrincə formasiya stratiqrafik
və tektonik fasilələr arasında yatan müstəqil çökmə süxur qatlarıdır
Formasiyanın tektonik mənada təhlili. Bu istiqaməti əsaslandıran və geniş
təbliğ edən V. V. Belousov, V. Y. Xain, A. N. Kosıgin və b. olmuşdur.
Formasiyanın tektonik elmi istiqaməti Yer qabığının təşkil edən əsas struktur
vahidlərinin inkişaf mərhələlərinə əsaslanır. Məsələn, geosinklinal strukturların üç
inkişaf mərhələsinə (ilk geosinklinal, son geosinklinal və orogen mərhələlər)
uyğun və onların xüsusiyyətini əks etdirən üç tip nəhəng çökmə süxur yaranır;
bunlar da ayrı-ayrılıqda müstəqil formasiya kimi qələmə verilir. Məsələn, ilk
geosinklinal mərhələsində miogeosinklinal zonalar üçün gilli şistlər formasiyası,
evgeosinklinal zonası üçün silisli, yəşəmli şistlər formasiyası, geosinklinal
mərhələsi üçün fliş formasiyası və nəhayət, orogen mərhələsində yaranmış çökmə
süxur qatları üçün molass formasiyası xarakterikdir.
Formasiyanın emprik, metallogenik təhlili. Bu istiqamətdə formasiyanı
SSRİ-də akad. N.S. Şatski və onun tələbələri inkişaf etdirmişlər. N.S. Şatski təklif
etmişdir ki, formasiyanın əsasını süxurların, süxur ailələrinin paragenezisi təşkil
etməlidir. O deyirdi ki, əgər süxur paragenezisi içərisində faydalı qazıntı yerləşirsə,
formasiyanı onun adı ilə adlandırmaq lazımdır. Məsələn, fosforit, qlaukonit, duz
formasiyaları; kömürlü, dəmirli, manqanlı, neftli formasiyalar və s.
Formasiya təhlilinin fasial-genetik istiqaməti. N.M. Straxova görə üç əsas
amilin (tektonika, iqlim və fiziki-coğrafi şərait) qarşılıqlı təsirindən yaranır. Həmin
amillərin zaman və məkan daxilində qarşılıqlı münasibətlərinin dəyişməsi çökmə
süxur formasiyalarının müxtəlifliyini təyin edir. Qeyd etmək lazımdır ki, vulkanik
zonaların çökmə süxur qatlarını öyrəndikdə dördüncü amil-vulkanizmi əsas
götürmək lazımdır. Əvvəlki üç amil formasiya əmələ gətirən prosesin tərkib
hissələridir.
Formasiyanın əmələ gəlməsində iqlimin rolu daha kəskin olduğu üçün N.M.
Straxov iqlimlə əlaqədar olan formasiyaları litogenezin tiplərinə uyğun olaraq dörd
böyük qrupa ayırır:
1) humid ailəsi formasiyaları; 2) arid ailəsi formasiyaları; 3) vulkanik-çökmə
ailəsi formasiyaları; 4) nival ailəsi formasiyaları. Bu kitabda ancaq humid və arid
ailələri formasiyalarının təhlili verilir.
N.M. Straxovun formasiya təliminin əsasını landşaft tektonik amili təşkil
edir. Digər tərəfdən müəyyən landşaftın meydana çıxmasında əsas rolu tektonika-
epeyrogenez oynayır. Hazırda N.İ. Nikolayevin V.Y. Xainin tədqiqatlarından
aydındır ki, yer qabığının adətən, böyük bir hissəsi qalxır, digər hissəsi isə aşağı
enir. Qalxma prosesində yüksək zonaların pozulması nəticəsində istər materiklərin
kənarında, istərsə də depresiyalarda, dəniz hövzələrində çökmə qatları yaranır.
Ümumiyyətlə, depresiyalar onları əhatə edən qalxma sahələri ilə birlikdə vahid
landşaft yaradır ki, buna sedimentasiya sahələri vəya sedimentasiya vilayətləri
deyilir. Sedimentasiya sahələri bir və ya bir neçə landşaftdan ibarət ola bilər. Bir
landşaftlı sedimentasiya sahəsinə İssık-Kul hövzəsini misal göstərmək olar.
1
Mürəkkəb landşaftlı hövzələrə, sedimentasiya vilayətlərinə Qara dəniz, Xəzər və
Aral dənizi hövzələrini misal göstərmək olar. Məsələn, Qara dəniz mürəkkəb
landşaftlı sedimentasiya sahəsində bir tərəfdən Qafqaz dağları, digər tərəfdən
Azov-Podolski massivi yerləşir. Hövzəni qərbdən Karpat dağları, cənubdan
Anatolu-Pont dağları əhatə edir.
Hər bir formasiya qrupu onların fasial tərkiblərindən asılı olaraq üç qrupa
bölünür:
1) Kontinentdaxili formasiyalar;
2) Parallik formasiyalar;
3)
Dəniz formasiyaları.
1. Humid formasiyaları.
Humid
formasiyasının məzmununu başa düşmək üçün onun qədim geoloji
dövrdə yayılmasını misallarla izah edək. Qədim humid platforma düzənliklərində
yaranan çöküntülər, Rus plitasının Orta Yura çöküntüləri belə çöküntülərdəndir.
Uralda yayılmış Orta Yura (Y
2
) və Tabaşirin kontinental çöküntüləri, həmçinin
Qazaxıstanın Üçüncü dövr kontinental çöküntülərini humid formasiyalara misal
göstərmək olar. Onların tərkibi əsas etibarilə pis çeşidlənmiş alevrolitlərdən,
gillərdən, ikinci dərəcəli süxurlar kimi kömürlü gillərdən, dəmir və boksit
filizlərindən ibarətdir. Həmin çöküntülər əsasən çay dərələrində, göllərdə və
bataqlıqlarda əmələ gəlmişdir. Bu tip formasiyanın qalınlığı təxminən 10-100 m–
dir. Formasiyanın özü böyük bir sahəni nazik örtük şəklində əhatə edir.
a) Humid formasiyaların tərkibi.
Humid
formasiyaların mineraloji və petroqrafik tərkibləri onların fasial
quruluşlarından asılı olaraq dəyişir. Petroqrafik və mineraloji tərkiblərinə görə
humid formasiyalar 5 qrupa ayrılır:
1) terrigen formasiya (konqlomeratlar, qravelitlər, qumlar, qumdaşılar, kömür
layları, gillər);
2) terrigen-karbonat formasiyası (qumdaşılar, mergellər, gillər və
əhəngdaşılar);
3) terrigen-silisli formasiya (qumdaşılar, silisli gillər, opokalar);
4) karbonat formasiyası (mergellər, əhəngdaşılar);
5) silisli formasiya (silislər, opokalar).
Ümumiyyətlə, formasiyanın petroqrafik qrupları onun fasial əmələgəlmə
şəraitindən asılıdır. Materikdaxili formasiyasının petroqrafik tipi terrigen
formasiyadır. Çünki bunların içərisində yalnız qırıntı süxurların dənələri inkişaf
tapmışdır.
Parallik kömürlü formasiyalar da terrigen süxurlardan təşkil olunur; çünki
parallik kömür formasiyası, kənar çökəklikdə yarandığı üçün ətraf dağların şiddətli
yuyulması və çökəkliyin enməsi zamanı əmələ gəlir. Buna görə də burada karbonat
süxurlarının parallik formasiyasının içərisində əmələ gəlməsi üçün əlverişli şərait
olmamışdır.
Dəniz formasiyalarında isə ancaq karbonat, karbonat-terrigen tipli süxurlar
inkişaf tapır. Məsələn, Rus plitasının Üst Paleozoy (Perm) və Mezozoy
çöküntüləri. Belə formasiyaların əmələ gəlməsi denudasiya sahələrində mexaniki
2
pozulmanın zəifləməsi və kimyəvi aşınmanın üstünlüyü şəraitində baş verir. Son
hövzələrə çoxlu həll olunmuş duzlar gətirilir. Ona görə akkumulyasiya sahələrində
karbonatlı, silisli çöküntülər əmələ gəlir.
b) Humid formasiyaların qalınlığı və ona təsir edən amillər.
Hazırda tektonistlər arasında belə bir fikir mövcuddur ki, formasiyanın
qalınlığı epeyrogenik və orogenik hərəkətlərin təsirindən asılıdır. Məhz bu
hərəkətlər nəticəsində yüksək qalınlığa malik formasiyalar yaranır. Akad. N.M.
Straxov bu fikrin birtərəfli sxematik olduğunu sübut edərək yazır ki, həqiqətdə
formasiyanın qalınlıqlarının əmələ gəlməsində əsas rolu tektonika oynayır.
Formasiyanın qalıqlarına relyefin xüsusiyyəti, girintili-çıxıntılı olması,
hündürlüyü, hövzənin denudasiya zonasının humidlik xassəsi və nəhayət,
denudasiya sahələrində yayılmış süxurların aşınmaya, yuyulmaya məruz qalma
dərəcəsi təsir edir. Formasiyanın qalınlığını T ilə işarə etsək, qalınlığını aşağıdakı
düsturla hesablamaq olar:
T=B/L•(VNR)
Burada
B-hövzənin denudasiya sahəsi
V-relyefin yüksəlmə dərəcəsi
N-humidlik əmsalı
L-hövzənin öz sahəsi
R-denudasiya sahələrində yayılmış süxurların aşınmaya,
yuyulmaya məruz qalma dərəcəsidir.
Cədvəl
Müxtəlif hövzələrdə çöküntülərin əmələgəlmə sürəti
Hövzələr B:L
Çöküntünün əmələgəlmə sürəti,
1000 il ərzində 1 sm
Atlantik okean (ekvatorial sahə)…..
Baykal gölü……………………………..
İlmen gölü……………………………..
Qara dəniz………………………………
0,30
14,1
31,5
3,7
1,47
4,5
14,3
48,4
2. Arid formasiyaları.
Arid
formasiyaları müasir dövrdə quru iqlim zonalarında meydana çıxır.
Səhralar indiki dövrdə mülayim, ekvatorial və subekvatorial zonalarda ayrı-ayrı
zolaqlar şəklində yerləşir. Müasir dövrdə Asiya qitəsində arid iqlim zonası Orta
Asiya respublikalarında başlayıb Mərkəzi Monqolustana (Qobi və Şamo səhrası)
qədər uzanır.
Arid
formasiyaları onları əmələ gətirən hövzələrin hidrokimyəvi
xüsusiyyətlərinə görə iki yarım qrupa ayrılır:
1) terrigen arid formasiyaları;
2)
halogen formasiyaları. Bu formasiyalara xarici ədəbiyyatda evaporitlər də
deyirlər.
3. Terrigen-arid formasiyaları.
Terrigen-arid
formasiyaları, adətən, az minerallaşmış əmələ gəlir.
Arid
formasiyanın ən tipik nümunəsi Rus plitasının qırmızı rəngli Devon və
Ufa çöküntüləridir. Onlar fəal tektonik şəraitidə əmələ gəlmişdir. Epeyrogen
tektonik hərəkətlər fonunda əmələ gəlmiş arid parallik formasiyaya İrkutsk
3
amfiteatrının Ordovik çöküntülərini misal göstərmək olar. Onlar petroqrafik
tərkiblərinə görə humid formasiyası çöküntülərindən az fərqlənir. Burada
formasiya asimmetrik quruluşda olub, yuyulma zonalarına yaxın sahələrdə
kontinental çöküntülərdən, yuyulma zonalarından uzaqda isə
dəniz
çöküntülərindən təşkil olunur. Belə formasiyalarda kömürlü çöküntülərə boksit, Fe,
Mn və siderit filizləri yataqlarına rast gəlinmir. Əksinə, qırmızı rəngli çöküntülərdə
mis filizi (subkontinental zona) və polimetal filiz yataqları müşahidə edilir.
Məsələn, Donbasın Perm çöküntüləri (Artyom yatağı), Qazaxıstanın qırmızı rəngli
Devon çöküntüləri (Çezqazqan), Altayın Devon çöküntüləri (Udakan mis yatağı),
Özbəkistanın Üst Yura çöküntüləri (Qalxan-ata yatağı) terrigen-arid parallik və
terrigen-arid dəniz formasiyaları ilə əlaqədardır.
Terrigen-arid
formasiyaları üçün xarakterik əlamətlər bunlardır: Terrigen-
arid formasiyası ilk növbədə karbonat süxurla çox zəngin olur. Lakin bu
çöküntülərdə üzvi maddələr az olduğundan onlarda reduksiya prosesləri çox zəif
gedir. Odur ki, əksər hallarda formasiyanın çöküntüləri qırmızı və qonur rənglərdə
olur. Terrigen formasiyası çöküntüləri quru iqlim şəraitində əmələ gəldiyindən
suda tez həll olan bir sıra minerallarla zəngin olur (halit, epsomit, anhidrit,
qlauberit, tenartit). Formasiyanın gil süxurlarının tərkibində Mg hidrosilikatları
mühüm rol oynayır.
4. Halogen formasiyaları.
Suda tez həll ola bilən minerallardan, daha doğrusu, qələvi və qələvi-torpaq
elementlərin karbonat, sulfat və xloridli birləşmələrindən təşkil olunmuş süxur
qatları paragenezinə halogen formasiyaları deyilir. Halogenli süxur qatları,
şübhəsiz duzlu dənizlərin (hövzələr) ancaq arid iqlim zonaları ilə əlaqədardır.
Məhz bu iki amilin (iqlimin və tektonikanın) qarşılıqlı vəhdətindən sulfatlı,
xloridli mineralların paragenezisini təşkil edən halogenli süxur qatları yaranır. Belə
süxur qatları müəyyən tektonik və iqlim şəraitini əks etdirdikləri üçün müstəqil
geoloji cisim kimi xüsusi formasiya şəklində təsnif olunur.
Üst Yurtda və Naxçıvan depresiyasında Orta Miosen çöküntüləri müəyyən
bir sahədə qalınlığı 40-100 m-ə çatan halogenli süxurlardan təşkil olunmuşdur. Bu
heç təsadüfi deyildir. Yuxarıda təsvir etdiyimiz haldan fərqli olaraq, belə qalın
duzlu süxur qatlarının Karpatqarşısı çökəklikdə, Naxçıvan depresiyasında meydana
gəlməsi ancaq xüsusi landşaft-tektonik və iqlim şəraitləri ilə əlaqədardır. Buna
görə də həmin rayonlarda halogenli süxurların paragenezisinin halogen formasiyası
kimi təsnif olunması məqsədəuyğun hesab edilə bilər.
a) Halogen formasiyasının təsnifatı.
N.M. Straxov müxtəlif halogen formasiyalarını beş fasial tipə ayırmışdır.
Kontinental fasial tipli halogen formasiyaları. Onlar quraqlıq şəraitli
düzənliklərdə və dağarası çökəkliklərdə olan duzlu göllərin sedimentogenezi
nəticəsində əmələ gəlmiş halogenli süxur qatlarından ibarətdir. Onların müasir
analoqları arid zonalarda yayılmış duzlu göllərdir (Elton, Basqunçaq və s.).
Laqun fasial tipli halogen formasiyaları. Açıq dənizlərin kənarında
yerləşmiş duzlu, kiçik laqunlarda əmələ gəlmiş halogenli çöküntülərin
4
məcmuyudur. Müasir dövrdə belə laqunlara Qara dənizin siviş limanını, yaxud
Azov dənizi kənarında zəncir şəklində yerləşən limanları göstərmək olar.
Qapalı körfəz fasial tipli halogen formasiyaları. Bunlar arid zonasında
yerləşmiş qapalı körfəzlərdə əmələ gəlir. Belə körfəzlər açıq dəniz ilə ancaq bir
boğaz vasitəsilə əlaqədə olur. Məsələn, Müasir Qaraboğazqol körfəzi.
Epikontinental dənizlərin kənar hövzəsi tipli halogen formasiyaları. Bunlar
açıq platforma dənizlərinin girintili-çıxıntılı kənar zonasında yaranır. Həmin
dənizlər qədim geoloji dövrlərdə platformaların kənarında intişar etdikləri üçün
epikontinental dənizlərə aiddir. Onların müasir analoqları məlum deyildir.
Materikdaxili dəniz hövzələrinin halogen formasiyaları. Onlar nəhəng
materiklər içərisində yerləşmiş böyük dənizlərdə əmələ gəlir. Morfoloji cəhətdən
bunlar girintili-çıxıntılı sahil zonasına amalik olub, ancaq bir tərəfdən okeanla
əlaqədardır. Əks tərəfi isə materikin dərinliklərinə uzanaraq səhrada qurtarır. Onlar
ancaq Yerin geoloji inkişafının Perm epoxasında meydana çıxmışdır.
Kontinental fasial tipli halogen formasiyaları. Belə formasiyalara çökmə
süxur qatlarında çox nadir hallarda təsadüf edilir. Eyni zamanda onların yayılması
Yerin inkişafının son mərhələləri ilə əlaqədardır. Daha doğrusu, belə fasial tip
formasiyaya ancaq Neogen və Dördüncü dövr çöküntülərindən rast gəlinir.
Kontinental fasial tipli halogen formasiyaları üçün xarakterik əlamətlər
aşağıdakılardır:
a) halogenezin qeyri-tamlığı (yarımçıqlığı);
b)
onların terrigen minerallarla nisbətən zəngin olması;
v)
çökmə süxur qatları içərisində kontinental tipli halogen formasiyaların
çox nadir tapılması.
Laqun fasial tipli halogen formasiyalar. Dənizə maili düzənliklərdə
yerləşmiş duzlu laqunlardan əmələ gəlmiş çökmə süxur komplekslərinə laqun tipli
halogen formasiyaları deyilir. Belə laqunlar əsas dənizdən çox vaxt koslar, barlar,
bəndlər və vallar vasitəsilə, bəzən də xırda adalarla ayrılır. Laqun tipli halogen
formasiyaları arid litogenezi çökmə süxur qatlarında daha geniş yayılmışdır.
N.M. Straxov morfoloji və fasial müxtəliflikləri müasir duzlu görfəzlərlə
müqayisə edərək iki böyük qrupda təsnif etmişdir: Qaraboğazqol və Virril tipli
qapalı körfəz halogen formasiyaları. Qaraboğazqol tipli hövzələr–qapalı körfəz
hövzələri, izometrik və oval şəklində olur. Virril tipli hövzələr isə dar uzunsov
olub, cənubi Amerikadakı müasir Bekanode-Virril köpfəzini xatırladır.
Qaraboğazqol tipli halogen formasiyaya misal Moskva sineklizinin Orta
Devon yaşlı karbonat-sulfatkompleksini göstərmək olar. Orta Devon Dövründə
Moskva sineklizi sahəsində uzunluğu 1000 km-ə yaxın olan geniş depresiya
mövcud imiş. Bu depresiya cənubdan və cənub-qərbdən Voronej çıxıntısı, şərqdən
və şimal-şərqdən Volqa-vyatka valı, şimaldan Baltik qalxanıvə qərbdən
Belorusiya massivi ilə əhatə olunmuşdur.
Qaraboğazqol tipli halogen formasiyasının başqa bir nümunəsi Miçiqan
sineklizinin Üst Silur karbonat-sulfat kompleksidir. Miçiqan duzlu görfəzi Kanada
platformasının Miçiqan sineklizi ərazisində yerləşmişdir. Təxminən hesablamalar
göstərir ki, görfəz ərazisinin sahəsi 500000 km
2
-ə, halogen formasiyasının qalınlığı
onun mərkəzində 1350 m-ə, kənarlarında isə 30-40 m-ə çatır.
5
Virril tipli dar, uzunsov körfəzlərdə meydana çıxmış halogen formasiyalara
Karpatqarşısı çökəkliyin Orta Miosen çöküntüləri, Orta Miosen duzlu çöküntüləri
Polşadan Moldaviyaya qədər, uzunluğu 300 km, eni 15-45 km olan dar uzun
körfəzləri misal göstərə bilərik. Burada Orta Miosen çöküntülərinin quruluşunda
aşağıdan yuxarıya dörd halogen formasiya iştirak edir.
Birinci halogen formasiyanın quruluşunda gips, anhidrit və halilit süxurları
iştirak edir. Çox cüzi iqdarda kaliu duzlarına–polihalit rast gəlinir. İlk formasiyanın
qalınlığı 350-400 m-ə çatır.
İkinci formasiyanın dabanı və tavanı əlvan rəngli qumdaşılar, gil və
mergellərdən təşkil olunmuşdur. Onun orta hissəsi xarakterik halogen
minerallardan–anhidrit, gips, halit və kalium duzlarından ibarətdir.
Üçüncü
formasiyanın dabanı, əvvəlkilərdə olduğu kimi, qravelit,
qumdaşılardan gil və mergellərdən ibarətdir. Formasiyanın özəyi halit, silvin və
karlitlə ifadə olunur. Üçüncü halogen formasiyası kalium duzları ilə daha
zəngindir.
Dördüncü
formasiya
dağqabağı çökəkliyin xarici platforma zonasında əmələ
gəlmişdir. Qalınlığı 30-40 m olub, ancaq gips və anhidritdən ibarətdir. Burada
halogen prosesi sulfat fazasında dayanmışdır.
Epikontinental dənizlərin kənar zonası tipli halogen formasiyaları. Bu
formasiyalar ancaq platformaların, xüsusilə qədim platformaların ərazisində
müşahidə olunur. Stratiqrafik cəhətdən onlar Ən çox baykalitlərin, kalidonitlərin və
hersinidlərin içərisində yayılmışdır. Mezozoy çöküntülərində həmin formasiyalar
Triasdan yuxarı qalxmır. Kənar zonası tipli halogen formasiyaları laqun, yaxud
qapalı körfəz tiplərinə nisbətən stratisferdə çox məhdud yayılmışdır.
Həmin formasiyaların iki fasial tipi aydın gözə çarpır: cavan epihersin
platformaların sineklizlərində əmələ gəlmiş kənar tipli halogen formasiyalar;
qədim platformaların ərazisində əmələ gəlmiş kənar tipli halogen formasiyalar.
Cavan platformalarla əlaqədar kənar halogen formasiyalara misal Orta
Avropa depressiyasının Orta Trias və Tacikistan depresiyasının Üst Yura halogen
çöküntülərini göstərmək olar. Aralıq dənizi geosinklinalında Alt Trias halogen
formasiyası qırmızı qumdaşılar üzərinə uyğyn yatır.
Alt Trias Halogen çöküntüləri dəniz mənşəlidir. Orta Avropa depresiyası
Siqez-Morav boğazı vasitəsilə şərqdən geosinklinal dənizlə sıx əlaqədə olmuşdur.
Formasiyanın petroqrafik tərkibi və qalınlığı boğazın ətrafında və ondan
uzaqlaşdıqca kəskin dəyişir. Boğazın yaxınlığında Alt Trias qumdaşılardan və
gillərdən təşkil olunduğu haldakəsilişin üst hissəsində əsas süxur əhəngdaşılar
hesab olunur.
Halogen
formasiyasının əsasında 2 m qalınlığında anhidrit layı yatır. Onun
üzərində anhidrit laycıqları olan qalın halit qatı yerləşir. Bunların da üzərini qalın
anhidrit layları (2-14 m) örtür; daha yuxarıda isə dolomit laycıqları və anhidrit
jelvakları olan qat (30 m) yatır. Halit mineralları formasiyanın alt hissəsində şəffaf
ağ və üst hiisəsində qırmızı rəngli kristallara malikdir. Halitin içərisində polihalitin
qırmızı möhtəvilərinə rast gəlinir.
Materikdaxili duzlu hövzələrin halogen formasiyaları. Belə formasiyalar
qədim halogenezin çox nəhəng nümunələridir. Perm epoxası ilə əlaqədardır. Digər
6
tərəfdən belə nəhəng duzlu hövzələr ancaq Şərqi Avropa platforması ərazisində
müşahidə olunur. Yer qabığının başqa platformalarında belə formasiyalar aşkar
edilməmişdir. Onların müasir dövrdə də analoqları yoxdur.
Perm
epoxasıda iki nəhəng halogenez təsvir edilmişdir. Onlardan birincisi
aşağı Perm əsri ilə əlaqədar olub, Rus plitasının şərq hissəsində və Uralqarşısı
çökəklikdə təzahür edir. İkincisi Üst Permin sixişteyn əsrinə uyğun gəlir və Şərqi
Avropa platformasının qərb hissəsində özünü göstərir. Bu tip halogen formasiya
Rus plitasının şərqində özünü göstərir. Kazan əsrində halogenez zəif gedərək sulfat
fazasında qalmışdır. Perm materikdaxili dənizin uzunluğu 3000 km, eni isə 2300-
1500 km-ə çatır. Onun ərazisi tektonik cəhətdən qeyri-həmcins olub, müxtəlif
strukturlardan ibarətdir. Daha doğrusu Şimaldan cənuba dənizin ərazisində
aşağıdakı strukturlar yerləşir. Peçora depresiyası, Uralqarşısı və Donetskqarşısı
çökəklikləri. Tatar, Başqır günbəzi, Xəzəryanı sineklizi və s. Alt Perm əsrində
materikdaxili dənizdə üç müxtəlif tərkibli və quruluşlu halogen formasiya
yaranmışdır: əhəng-dolomit, dolomit-anhidrit və kunqur kaliumlu-halit
formasiyaları.
Halogenli
süxurların yayılmasına aşağıdakı qanunauyğunluqlar müəyyən
edilmişdir, adətən, dolomit süxurlarının yayılma zonalarında anhidrit layları
müşahidə edilir. Anhidrit süxurların inkişaf etdikləri ərazidə isə halititlər yayılır.
Şübhəsiz, bu hadisə halogenez baş vermiş kiçik hövzələrin tektonik fəallığı ilə sıx
əlaqədardır.
Kunqur
əsrində materikdaxili dənizin paleocoğrafi xüsusiyyəti kəskin dəyişir
və bunun nəticəsində tamamilə müstəqil kaliumlu halit formasiyası yaranır.
Bələliklə, Kunqur əsrinin əvvəlində, geniş platforma çökəkliyindən dar uzun
körfəzəoxşar dəniz yaranır. Bu dəniz müasir Bekone de Virril körfəzinə çox
oxşayır.
Bu
hövzələrin Uralqarşısı çökəkliyin Solikamsk depressiyasının Kunqur
formasiyası daha ətraflı öyrənilmişdir. Burada formasiya gil-anhidrit qatı (300-380
m) ilə başlanır; onun ən yuxarı hissəsində nazik halitin layları təzahür edir.
Formasiya kəsilişinin orta hissəsi daş duz laylarından (260-460 m), onun
qurtaracağı isə kalium duzlarından (100-110 m) təşkil olunmuşdur. Formasiyanın
sxematik kəsilişi M.P. Fiveq (1960) tərəfindən əyani göstərilmişdir. Kalium duzları
qatı iki horizontdan ibarətdir: alt silvinit, üst isə karnalit qatı. Silvinit horizontu bir
sıra qırmızı silvinit laylarının boz və şəffaf halit layları ilə növbələşməsindən
ibarətdir. Karnalit qatında karnallit layları halit layları ilə növbələşir. Karnalit
kristalları, adətən, çəhrayı və qırmızı rənglərdə olur. Karnalit qatının qalınlığı 75-
86 m-dir.
Solikamsk
depressiyasının halogen formasiyası halit layı ilə örtülür və keçid
qatı ilə tamamlanır. Keçid qatı anhidrit, dolomit və kalsitdən ibarətdir. Onların
içərisində halitə ancaq nazik laycıq şəklində təsadüf edilir.
7
Dostları ilə paylaş: |