MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə101/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   94   95   96   97   98   99   100   101   102
Qida-kimyas-

ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.
4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
5. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
6. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - Москва. 
Медицина. 2003. 
7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 
Qida kimyasından mühazirələr. 
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu 
MÖVZU 15. MADDƏLƏR MÜBADİLƏSİNİN ORQANİZMDƏ ƏLAQƏSİ
(VƏHDƏTİ) 
 
 
 
P L A N
 
 
 
1. Maddələr mübadiləsinin orqanizmdə əlaqəsi haqqında ümumi məlumat 
2. Nuklein turşularının və zülalların mübadiləsi arasında əlaqə 
3. Nuklein turşularının və karbohidratların mübadiləsi arasında əlaqə 
4. Nuklein turşularının və lipidlərin (triqliseridlərin) mübadiləsi arasında


175 
əlaqə 
5. Karbohidratların və zülalların mübadiləsi arasında əlaqə 
6. Zülalların və lipidlərin mübadiləsi arasında əlaqə 
7. Karbohidratların və lipidlərin mübadiləsi arasında əlaqə
1. Maddələr mübadiləsinin orqanizmdə əlaqəsi haqqında ümumi məlumat:
Maddələr mübadiləsi bir-biri ilə sıx əlaqəsi olan və bir-birini tamamlayan ardıcıl 
kimyəvi proseslərdən ibarət nizamlı düzülüşü olan ansambıldır. Heterotrof 
orqanizmlərdə qida vasitəsilə hazır şəkildə qəbul edilən üzvi maddələr kimyəvi 
proseslər nəticəsində bir-birinə əlaqəli şəkildə çevrilirlər və bunun hesabına onların 
orqanizmi qurulur.
Qəbul edilən qidanın tərkibində orqanizmin qurulması üçün lazım olan 
maddələr hazır şəkildə mövcud deyildir. Yalnız bir sıra biokimyəvi çevrilmələr 
(fermentlərin iştirakı ilə) sayəsində heterotrof orqanizmlərdə bir sinifə mənsub olan 
üzvi maddələr digər sinifin nümayəndələrinə çevrilir. Bu da orqanizmin həyat 
fəaliyyətinin qurulmasına və inkişafına zəmin yaradır. Məsələn, heterotrof 
orqanizmlərdə qida vasitəsilə qəbul olunan karbohidrat-ların yağlara çevrilməsi 
aşağıdakı sxem əsasında baş verir.
Qlükoza 
Fruktoza-1,6-difosfat 
NAD
+
NADN 
1-Fosfo- Dioksiaseton- 3-Fosfoqliserin- 
qliserin fosfat aldehidi 
Yağ Piruvat 
Yağ Asetil-KoA 
turşusu 
Krebs tsikli


176 
Avtotrof orqanizmlərdə üzvi maddələr fotosintez nəticəsində qeyri-üzvi 
maddələrdən sintez olunur. Bu prosesdə əsasən karbohidratlar sintez olunur. 
Həmçinin piroüzüm turşusu əmələ gəlir ki, bu maddədən də aminturşular, asetil-
Ko A və başqa maddələr sintez olunur. Əmələ gəlmiş maddələr zülalların, nuklein 
turşularının və lipidlərin biosintezi üçün ilkin material rolunu oynayır.
Deməli, üzvi maddələrin bir-birinə əlaqəli keçidləri canlı orqanizmin 
mövcudluğunu təmin edir.
Canlı orqanizmdə zülalların, karbohidratların, nuklein turşularının və 
lipidlərin mübadiləsinin bir-biri ilə əlaqəsi aralıq məhsulların: metabolitlərin 
hesabına yaranır. Bu məhsullar karbohidratların zülallara, nuklein turşularına, 
zülalların nuklein turşularına, lipidlərə və karbohidratlara, lipidlərin zülallara, 
nuklein turşularına və karbohidratlara çevrilməsinə şərait yaradır. Aralıq 
məhsullardan əsas rol oynayanlar sirkə turşusu, qismən nukleotidlər, ketoturşular 
və s. birləşmələrdir. Bu sxem qısa şəkildə belədir.
Bu məhsulların sonrakı parçalanmasından 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin