MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


 Yağların (triqliseridlərin) sintezi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə96/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   92   93   94   95   96   97   98   99   ...   102
Qida-kimyas-

7. Yağların (triqliseridlərin) sintezi:
Yağların biosintezinin əsas substratı 1-
fosfoqliserin və asil-Ko A molekullarıdır. Sintez transasilləşmə reaksiyası nəticə-
sində baş verir. Bu prosesdə 1-fosfoqliserin molekulu qliserinin fosforlaşmasından 
və ya fosfodioksiasetonun reduksiyasından alınır. Asil-Ko A molekulu isə yağ 
turşularının sintez prosesi və 
β-
oksidləşməsi zamanı əmələ gəlir.
Əvvəlcə transasilləşmə reaksiyası nəticəsində fosfatid turşusu (fosfatidil-
dipalmitin) əmələ gəlir.
Əmələ gəlmiş fosfatid turşusu fosfatidatfosfohidrolaza fermentinin təsiri ilə 
hidrolizə uğrayaraq dipalmitinə (diqliseridə) çevrilir. 
O OH 
2C
15
H
31
−C~S−KoA + HO−CH
2
−CH(OH)−CH
2
−O−P=O 
Palmitil-KoA 1-Fosfoqliserin 
OH 

CH
2
−O−C−C
15
H
31

 
Qliserofosfatasiltransferaza
 
CH−O−C−C
15
H
31
+ 2HS−KoA 
OH 
CH
2
−O−P=O 
OH 
Fosfatidildipalmitin 
(fosfatid turşusu) 


164 
Diqliserid yenidən diqliseridtransasilaza fermentinin təsiri ilə asil-Ko A 
molekulu ilə tripalmitin (triqliseridi) molekulunu əmələ gətirir.
Triqliseridlərin sintezi prosesini sürətləndirən fermentlər qrupuna qaraciyər 
və s. toxumalarda rast gəlinir.
8. Lipid mübadiləsinin pozğunluqları:
Yağların və lipoidlərin həzm 
olunmasında mədəaltı vəzinin ifraz etdiyi fermentlərin (lipazanın) və ödün mühüm 
rolu vardır. Buna görə də, mədəaltı vəzi şirəsinin və ödün bağırsağa tökülməsinin 
pozulması yağların orqanizm tərəfindən mənimsənilməsini nəzərə çarpacaq 
dərəcədə azaldır.
Mədəaltı vəzi şirəsinin bağırsaq mənfəzinə ifraz edilməsinə maneəçilik 
törədən xəstəliklər nəcisdə yağların miqdarının kəskin sürətdə artmasına 
(steatoreya) səbəb olur.
Pankreas şirəsinin bağırsaqlara tökülməsinin pozulması ilə nəticələnən 
xəstəliklər anadangəlmə və qazanılma ola bilər. Anadangəlmə xəstəliklərə 
pankreas kanalının aplaziyasını, mədəaltı vəzinin hipoplaziyasını və fibrozunu 
misal göstərmək olar. Bunlardan mədəaltı vəzinin fibrozu nisbətən çox rast gəlinir.
Mədəaltı vəzinin fibrozu autosom-resessiv yolla nəslə verilən irsi xəstəlikdir. 
Bu xəstəlik zamanı mədəaltı vəzinin selik ifraz edən hüceyrələrində fermentativ 
dəyişikliklər baş verir və onlardan ifraz edilən şirə yüksək suvaşqanlığa malik 
olduğuna görə, tədricən vəzin parenximasını fibrozlaşdırır. Yaşlı şəxslərdə 
pankreatik steatoreyaya kəskin və xronik pankreatidlərə, həmçinin mədəaltı 
vəzinin axacağının tutulması kimi xəstəliklərə də təsadüf etmək olar.
Öd axacağının tutulması, xolesistit (öd kisəsinin iltihabı) və öd ifrazının 
pozulması ilə müşayiət olunan bəzi qaraciyər xəstəlikləri (məsələn Botkin 
xəstəliyi) zamanı bağırsaqlarda yağların həm həzmi, həm də sorulması azalır, 
çünki bağırsaqlara düşmüş yağlar əvvəlcədən ödün təsiri ilə emulsiyalaşdıqdan 
sonra həzm olunurlar. Yağların parçalanması nəticəsində əmələ gələn üzvi turşular 
isə yalnız öd turşuları ilə kompleks birləşmələr (xolein turşuları) əmələ gətirdikdən 
sonra bağırsaq divarından sorulur. Bağırsaq möhtəviyyatında ödün miqdarı 
azaldıqda, yağların parçalanması nəticəsində əmələ gələn üzvi turşuların hamısı 
xolein turşularına çevrilə bilmir və buna görə də bağırsaq divarından sorulmur. 
O O 
CH
2
−O−C−C
15
H
31
Fosfatidatfos-
CH
2
−O−C−C
15
H
31
O
fohidrolaza

CH−O−C−C
15
H
31
+ H
2
O CH−O−C−C
15
H
31
+ H
3
PO
4
OH 
CH
2
−O−P=O CH
2
−OH 
OH 
Fosfatidildipalmitin Dipalmitin (diqliserid) 


165 
Belə hallarda nəcis bozumtul-ağ rəngdə olur, onun tərkibində çoxlu miqdarda 
parçalanmamış yağlar və sorulmamış yağ turşuları aşkar edilir (axolik nəcis).
Bəzi mədə-bağırsaq xəstəliklərində (kəskin enterokolit, dizenteriya, bağırsaq 
vərəmi, qastritlər və s.) qida maddələrinin həzm sistemində hərəkəti sürətlənir və 
bağırsaq divarlarının selikli qişasında anatomik dəyişikliklər meydana çıxır ki, 
bunlar da yağların sorulmasının pozulmasına səbəb ola bilər. 
Qida maddələrinin tərkibindən yağların və lipoidlərin tamamilə çıxarılması 
yolverilməz haldır, çünki onların qida maddələrinin tərkibindən çıxarılması nəticə-
sində orqanizm yağlarda həll olan vitaminlərdən (
A, D, E, K
) və əvəzedilməyən 
yağ turşularından (linol – 
C
17
H
31
COOH, 
linolen – 
C
17
H
29
COOH
) məhrum olur.
Xolesterin mübadiləsinin pozulmaları ateroskleroz, öd daşı xəstəliyi, 
ksantomatoz (idiopatik hiperxolesterinemiya), lipoidli nefroz və s. xəstəliklərin 
əsasını təşkil edir. Ateroskleroz xəstəliyi qanda xolesterinin artması ilə müşayiət 
olunur. Öd daşlarının ümumi kütləsinin əsas hissəsini (90%-ə qədər) xolesterin 
təşkil edir. Xolesterin normal halda ödün tərkibində məhlul halında olur. Suda həll 
olmayan xolesterinin məhlul halında qalmasında öd turşularının mühüm rolu 
vardır. Xolesterinin kristallaşaraq çöküntüyə keçməsi nəticəsində öd daşları əmələ 
gəlir. Bu kristal daşlar oksalat, urat, fosfat, karbonat duzlarının həll olmayan 
çöküntüləridir. Xolesterin mübadiləsinin pozulmaları praktiki təbabətin mühüm 
problemlərindən biridir. Bu problem haqqında tələbələr “Patoloji fiziologiya” 
kursunda və klinik kafedralarda daha ətraflı məlumat alacaqlar və onun aradan 
qaldırılması yolları haqqında məlumat əldə edəcəklər.

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin