2. Suyun mübadiləsi və orqanizmdə rolu: Su orqanizmdə diri çəkinin
yarıdan çoxunu (50–80%-ni) təşkil edir. Bu da heyvanın növündən, yaşından,
yemindən, yemlənməsindən və s. amillərdən asılıdır. Yaşlı heyvanlarda suyun
miqdarı cavanlara nisbətən azdır. Əgər yeni doğulan buzovun bədənində suyun
miqdarı 75% təşkil edirsə, yaşlı öküzdə 55% olur. Orta köklükdə olan qoyunun
bədənində 50–60%, çox kök qoyunda isə 35–45% su vardır. Bədəndə müxtəlif
orqanlarda su eyni miqdarda paylanmır. Məsələn, bədəndəki suyun mütləq
miqdarının 48%-i əzələdə, 11%-i dəridə, 8%-i qandadır. Beləliklə, heyvan
orqanizmindəki suyun mütləq miqdarının çoxu əzələlərdə, dəridə, bağırsaqlarda,
sümüklərdə və qanda, azı isə ağciyərdə, beyində, böyrəklərdə və dalaqda
mövcuddur. Orqanizmdə və bioloji mayelərdə də suyun miqdarı müxtəlifdir.
Məsələn, qaraciyərdə 70%, əzələ toxumasında 75%, beyində 70–84%, böyrəklər-
də 82%, qanda 85%, tüpürcəkdə 99,4%, sümük toxumasında 16–46% su var.
İnsanın bədənində olan suyun ⅔ hissəsi hüceyrələrdə, qalanı isə ondan
xaricdə olur.
Insan və heyvan suyu xaricdən qida ilə və içməklə qəbul edir. İnsan sutkada
2,5-2,8
l , at 15-18
l , camış 42-91
l mənimsəyir. Su orqanizmin özündə də, mübadi-
lə zamanı qida maddələrinin oksidləşməsində də yaranır. Toxumalarda 1 kq nişasta
oksidləşdikdə 600 ml, 1kq zülaldan 400 ml və 1 kq yağdan isə 1
l -dən çox su
əmələ gəlir. Buna görə də onun balansı həmişə mənfi olur. Qəbul olunan sudan
ifraz edilən suyun miqdarı təxminən 15% çoxdur. Su qismən mədədən və əsas
bağırsaqlardan sorulur. Bədəndə onun əsas deposu dəri sayılır. Çünki içilən suyun
80%-i ehtiyat halında dəridə toplanır. Suyun bədəndə saxlanmasını natrium ionu,
əksinə, ifrazını isə kalium və kalsium ionları artırır, toxumaların dehidratasiyasına
səbəb olur.
Su bədəndən əsasən sidiklə gedir. Bədəndən çıxan suyun təxminən 50%-i
sidiklə, 30%-i dəri və ağciyərlə, qalanı isə bağırsaqdan nəcislə ayrılır. İnsan sidiklə
sutkada 1,5
l , at 4–8
l su ifraz edir.
Suyun mübadiləsində dəri və böyrəklərin də əhəmiyyəti çoxdur. Böyrəklərin
normal fəaliyyəti zamanı insan orqanizmindən içilən suyun 80%-i 3–4 saata, atınkı
30–54%-i və inəyinki 33–61%-i 4–6 saata xaric olur.
Suyun mübadiləsinə bəzi daxili sekresiya vəzilərinin (qalxanabənzər,
hipofiz, mədəaltı vəzi və s.) hormonları da təsir göstərir. Buna misal vazopressini,
tiroksini və s.-ni göstərmək olar.
Tiroksin suyun ifrazatını artırır, vazopressin və insulin isə azaldır,
toxumalarda saxlanmasına şərait yaradır. Suyun mübadiləsinin nizamlanmasında
sinir sistemi də (beyin qabığı, ara beyin, boz qabıq) iştirak edir.