100
Ca
1300
Süd və süd məhsulları
0,8
Sümük toxumasını
formalaşdırmaq; qanın
laxtalanması; orqanizmin
siqnal maddəsi
Mg
20
Yaşıl tərəvəz
0,35
Sümük toxumasını formalaş-
dırmaq, fermentlərin
koferment tərkibi
CI
160
Xörək duzu
1,7-5,1
Mineral maddələr mübadiləsi
P
650
Ət, süd, tərəvəz,dənli
bitkilər
0,8
Sümük toxumasını forma-
laşdırmaq; enerji mübadiləsi,
nuklein turşularının
mübadiləsi
S
200
Kükürdlü aminturşular
(sistin, sistein, metio-nin)
0,2
Lipidlərin və karbohidratların
mübadiləsi; konyuqatların
əmələgətiricisi
Mikroelementlər
Fe
4 – 5
Ət, qaraciyər, yumurta,
tərəvəz, kartof, dənli
bitkilər
0,010
Hemoqlobin, mioqlobin,
sitoxromlar
Zn
2 – 3
Ət, qaraciyər, dənli bitkilər
0,015
Sinktərkibli fermentlər
Cu
0,1 – 0,2
Ət, balıq, meyvə, tərəvəz
(2 – 3) ∙ 10
-3
Oksidazalar
Mn
0,02
Qida məhsullarının
əksərində
(2 – 5) ∙ 10
-3
Fermentlər
Co
˂
0,01
Balıq
─
B
12
– vitamini
Cr
˂
0,01
─
(0,5 – 2) ∙ 10
-4
─
Mo
0,02
Dənli bitkilər, qoz, fındıq,
şabalıd
(1,5 – 5) ∙ 10
-4
Oksireduktaza
Se
─
Ət, tərəvəz
(0,5 – 2) ∙ 10
-4
Selentərkibli fermentlər
J
0,03
Dəniz balığı, yodlaşdı-
rılmış duz, dəniz yosunları,
içməli su, qoz
1,5 ∙ 10
-4
Tiroksin
F
-
─
Dana əti, içməli su, çay, süd
(1,5 – 4) ∙ 10
-4
Sümük, dişin emalı
* - Bölünəndə kişilər, böləndə qadınlar üçün norma verilmişdir.
** -Göstərilən makroelementlərə gündəlik təlabatı 100 mq-dan çox olanlardır.
Canlı orqanizmə daxil olan hər bir üzvi maddə müəyyən miqdarda potensial
enerji ehtiyatına malikdir. Buna sərbəst enerji adı verilmişdir.
Üzvi maddə
yandırıldıqda onun enerjisi bütünlüklə istilik şəklində xaric olunur. Maddənin
kalorinetr vasitəsilə təyin edilən yanma istiliyinə ümumi enerji adı verilmişdir.
Sabit temperatur və atmosfer təzyiqi şəraitində maddənin yanma istiliyi ilə sərbəst
enerjisi arasında olan əlaqə ΔH=ΔG+TΔS tənliyi ilə ifadə edilir (bu tənlikdə ΔH-
ümumi enerjinin dəyişməsini, ΔG-sərbəst enerjinin uğradığı dəyişikliyi, T-mühitin
mütləq
temperaturunu, ΔS isə sistemin entropiyasını göstərir). Hər hansı bir
reaksiya zamanı sərbəst enerjinin dəyişməsini isə ΔG=ΔH-TΔS tənliyi ilə ifadə
etmək olar. Maddənin sərbəst enerjisinin ayrılması ilə müşayiət olunan reaksiyalar
ekzerqonik
proseslər, enerjinin sərf olunması ilə baş verən reaksiyalar isə ender-
qonik proseslər adlanır. Canlı orqanizmlərdə kimyəvi
reaksiyalar sadəcə olaraq
istilik enerjisinin xaric olunması ilə nəticələnmir. Bu reaksiyalarda yaranan enerji
101
istilik enerjisinə çevrilmədən bilavasitə bir sıra həyati funksiyaların
yerinə
yetirilməsinə sərf edilir.
Üzvi maddələrin sərbəst enerjisinin maddi əsasını atomlar arasında olan
kimyəvi rabitələr təşkil edir. Adətən, üzvi birləşmələrdə olan adi kimyəvi rabitə
növlərinin parçalanması və sintezi zamanı ayrılan və
ya qəbul edilən enerjinin
miqdarı 19,5 kC/mol-dan artıq olmur. Lakin 25 kC/mol və daha artıq sərbəst
enerjiyə malik olan kimyəvi rabitə növləri də məlumdur.
Belə kimyəvi rabitələrə-
makroergik rabitə, birləşmələrə isə makroergik birləşmələr deyilir. Makroergik
rabitəyə malik olan birləşmələrdən üzvi aləmdə ən geniş yayılanları-nukleozit-
trifosfatlar (ATF, UTF, STF, QTF,TTF), kreatinfosfat, fosfoenolpiroüzüm turşusu,
1,3-difosfoqliserin turşusu, bəzi tioefir birləşmələri (məsələn, asilkoenzim-A) və
başqaları aiddir.
Bioenergetik proseslərdə ATF-in çox mühüm əhəmiyyəti vardır.
Onun bir
qram molekulunun hidroliz prosesinə uğrayaraq ADF və fosfat turşusuna
çevrilməsi zamanı 30,2 kC enerji ayrılır.
Bu maddə orqanizmdə universal enerji mənbəyi vəzifəsi daşıyır.
Toxuma-
larda digər makrorgik rabitəli birləşmələr çox zaman ATF molekullarında toplanan
enerjinin sərf edilməsi hesabına yaranır.
Dostları ilə paylaş: