Mülki müdafiə fənninin öyrənilməsində tələbələr aşağıdakıları bilməlidir:
-istehsalat sahəsində həyat fəaliyyətinin təhlükəsizliyinin təminini;
-istehsalat sahələrində insanlar üçün təhlükə törədən amilləri;
-istehsalat sahələrində bədbəxt hadisələrin araşdırılmasını və təhlilini;
-fövqəladə hallar, onların baş vermə səbəblərini;
-fövqəladə hadisələrin xəbərdar edilməsinin növlərini və vasitələrini;
-davranış qaydalarının əhaliyə çatdırılması üsullarını və yollarını;
-fövqəladə hallarda əhalinin mühafizəsinin prinsiplərini və üsullarını;
-fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərini;
-zədələnmə ocaqlarında qəza-xilasetmə və digər təxirə salınmaz işləri;
-fövqəladə hallarda iqtisadiyyat obyektlərinin iş dayanıqlığının təmin edilməsi yollarını və üsullarını;
-zədələnmiş insanlara ilk tibbi yardımın göstərilməsini.
Bacarmalıdır:
-istehsalat sahələrində bədbəxt hadisələrin araşdırılması və aktın tərtib edilməsini;
-istehsalat sahələrində təlimatların aparılmasını;
-istehsalat sahələrində işçilər üçün təhlükə törədən amillərin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsini;
-istehsalat qəzalarının və fəlakətlərin proqnozlaşdırılmasını;
-ehtimal olunan fəlakət barədə əhalinin xəbərdar edilməsinin təşkilini;
-əhalinin fövqəladə hallarda mübarizəyə və mühafizəyə hazırlanmasını;
-fövqəladə halların nəticələrinin aradan qaldırılması işlərinin ardıcıllığının təşkilini;
-zədələnmiş insanlara ilk tibbi yardım göstərilməsini.
Dostları ilə paylaş: |