VƏSİLƏLƏR
(bölmələr)
Sistemin gündəlik idarəetmə orqanları isə bütün səviyyədən olan ərazi fövqəladə hallar komissiyalarının növbətçi xidmətləri;
- nazirliklərin (dövlət komitələrinin, baş idarələri), təhlükə potensiallı təsərrüfat obyektlərinin növbətçi-dispetçer xidmətləri və bütün səviyyələrdən olan mülki müdafiə qərargahlarından ibarətdir.
Öz səviyyələrində və səlahiyyət dairələrində bu komissiyaların əsas vəzifələri bunlardır:
- ətraf mühitə və təhlükə potensiallı obyektlərə daimi müşahidə və nəzarəti təşkil etmək;
- belə hallarda yarana biləcək vəziyyəti proqnozlaşdırmaq və qiymətləndirmək;
- fövqəladə halların qarşısını almaq və nəticələrini zəiflətmək məqsədilə profilaktiki tədbirləri görmək, xilasetmə işləri aparmaq üçün qüvvələr hazırlamaq, zərər çəkmiş əhaliyə yrdım üçün lazımi maddi – texniki vəsait ehtiyatları yaratmaq;
- fövqəladə hallar barədə xəbər və məlumatların bütün əhaliyə (təşkilatlara, fəhlə və qulluqçulara) vaxtında çatdırılmasını təmin etmək;
- fövqəladə halların aradan qaldırılması işlərini təşkil etmək və ona rəhbərlik etmək.
Qeyd etmək lazımdır ki, fövqəladə komissiyalar daimi fəaliyyət göstərən komissi- yalardır. Onlar həmişə hazır olmalı, lazım gəldikdə dərhal fəaliyyəti təşkil etməlidirlər.
Dostları ilə paylaş: |