Respublikamızda sülh mənşəli fövqalədə hallarda fəaliyyət
göstərən dövlət sistemi
Fövqəladə hallarda əhalinin təhlükəsizliyini təmin etmək, maddi zərəri azaltmaq və belə halların nəticələrinin aradan qaldırılması işlərinin təşkili məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 nömrəli qərarı ilə “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Respublikasının Dövlət Sistemi” yaradılmış, onun tərkibini, vəzifələrini, fəaliyyət qaydalarını müəyyən edən Əsasnamə və digər normativ sənədlər təsdiq edilmişdir.
Bu sistem ərazi üzrə respublikanın bütün şəhər, rayon və digər yaşayış məntəqələrini; təsərrüfat sahələri üzrə isə bütün nazirlikləri, dövlət komitələrini,baş idarələri və hər cür iqtisadiyyat obyektlərini əhatə edir.
Dostları ilə paylaş: |