Sistemin hər bir vəsiləsi üçün rəhbər orqanlar;
-gündəlik idarəetmə orqanları;
-ətraf mühitə, təhlükə potensiallı obyektlərə nəzarət və müşahidə edən qüvvə və vasitələr; -fövqəladə halların nəticələrini aradan qaldıran qüvvələr;
-rabitə və xəbərdarlıq sistemi müəyyən edilmiş, lazımi maddi-texniki vəsait ehtiyatları yaradılmişdır.
Yeni Qanuna və Əsasnaməyə müvafiq olaraq AR Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Pezidenti həyata keçirir.
Azərbaycan Respublikasının Mülki Müdafiəsinə Respublikanın Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır.
MM tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, o cümlədən icraya nəzarət məqsədilə Fövqəladə Hallar Nazirliyi gündəlik rəhbərlik edir.
Mülki Müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur.
Dostları ilə paylaş: |