Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, «Mülki Müdafiə haqqında» qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Mülki Müdafiə sahəsini bir mərkəzi qurumda birləşdirmək məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılması məqsədilə 19 aprel 2006-ci il tarixdə FHN haqqında əsasnamənin,nazirliyin strukturunun və işçilərin say həddinin təsdiq edilməsi barədə AR-nın Prezidenti fərman imzalamışdır. 29 dekabr 2006-ci ildə Azərbaycan Respublikasının FHN-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalanmış, FHN-nin MM qoşunları, Dövlət Yanğın Nəzarəti Xidməti haqqında əsasnamələr qəbul olunmuşdur.