hazırlanmasının təşkili, qəzaların, təbii və ekoloji fəlakətlərin nəticələrindən əhalinin mühafizə olunmasına yönəldilmiş tədbirlərin yerinə yetirilməsi və ona nəzarət etmək;
-Mülki müdafiəninidarəetmə, xəbərdarlıq və rabitə sisteminin daimi hazırlığını təmin etmək, fövqəladə hallar təhlükəsi yaranarkən və belə hallar baş verərkən fəaliyyət qaydası barədə əhaliyə vaxtında məlumat vermək.
-Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət Sisteminə daxil olan mülki müdafiə qüvvələri və vasitələrindən istifadə olunmasının planlaşdırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və idarə edilməsinə nəzarət etmək;
-Fövqəladə hallarda əhalinin həyat təminatının təşkili, mülki müdafiə qüvvələrinin fəaliyyətinin təminatını və vəzifələrin yerinə yetirilməsi zamanı onların qarşılıqlı fəaliyyətini təşkil etmək.
Mülki Müdafiə – sülh və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Yaranan vəziyyətdən asılı olaraq, bütünlüklə Dövlət fövqəladə fəaliyyət sistemi müvafiq daimi Fövqəladə Hallar Nazirinin qərarı əsasında üç müxtəlif rejimdə işləyə bilər: