Azərbaycanda maşınqayırma sənayesi hələ sovetlər dövründə bir sıra strateji müəssisələrin güclü istehsal imkanlarına görə seçilib. Gəncə Avtomobil Zavodu, B.Sərdarov adına zavod, Bakı və Sumqayıtdakı strateji maşınqayırma müəssisələri rentabelli iş fəaliyyətinə, potensial imkanlarına görə, həmçinin, regionda bir çox iqtisadi subyektlərin maddi-xammal təminatında və ehtiyat hissələrlə təchiz olunmasında xüsusi rol oynayıb. Bu müəssisələr istehsal etdiyi materiallar - maşın və onların hissələrinin istehsalına görə, postsovet məkanında fərqlənib. Eyni zamanda, respublikamızın maşınqayırma sənayesi müəssisələri iqtisadiyyatın milli gəlir baxımından mühüm sahəsi hesab olunub, ümumi sənaye strukturunda xüsusi çəkiyə malik olub.
Hazırda respublikamız maşınqayırma sənayesində istehsal olunan rəqabətqabiliyyətli məhsulların buraxılışına malikdir. Bu sırada avtomobillərin istehsalı xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, avtomobil sənayesi maşınqayırmada əsas sahə kimi nəzərə çarpır və dünyada avtomobil istehsalı rəqabətinin dərinləşdiyi bir ərəfədə Azərbaycan öz milli brendi ilə tanınmağa çalışır. Ölkəmiz artıq bir neçə ildir ki, bölgədə ən iri avtomobil müəssisəsi olan Gəncə Avtomobil Zavodunun istehsal etdiyi maşınlarla məşhurdur. Həm yük, həm də minik maşınlarının istehsalına malik olan zavod illik gücünü artırmaq potensialına görə də fərqlənir. Zavodda Belarusla birgə istehsal olunan kənd təsərrüfatı üçün traktorlar yerli tələbatın ödənilməsində mühüm rol oynayır. Bir neçə ildən sonra bu maşınların qonşu dövlətlərə ixracı da nəzərdə tutulur.
Şamaxıda, Naxçıvanda yeni texnologiyaların tətbiqinə əsaslanan maddi-texniki bazanın yaradılması sayəsində müasir avtomobillərin buraxılışı sürətlənməkdədir. Bu gün Naxçıvanda “Lifan” avtomobillərinin istehsalı, Mingəçevir və Zəyəmdə kənd təsərrüfatı maşınlarının hazırlanması maşınqayırma sənayesi üçün mühüm rol oynayır. Eləcə də, digər markalı maşınların buraxılışı ilə bağlı layihələrin həyata keçirilməsi planlaşdırılır.
Son illər Azərbaycanda neft maşınqayırmasından başqa elektrotexnika, cihazqayırma, radioelektronika kimi daha yeni sənaye sahələri inkişaf etmişdir. Nəqliyyat maşınqayırmasına — avtomobil və gəmiqayırma zavodları aid edilir. Bakıdakı Gəmiqayırma Zavodunda — kiçik yedək gəmiləri hazırlayır. Bakının Avtomobil Zavodunda yük və sərnişin maşınları buraxılır. “Oka” avtomobilləri və “Belorus” traktorları Gəncədəki Avtomobil Zavodunda istehsal olunur. Şamaxıda yerləşən Avtomobil Zavodunda isə “Azsamand” və “Aziz” minik avtomobilləri yığılır. 2010-ci ildə Naxçıvan Avtomobil Zavodunun istismara verilməsini Azərbaycan maşınqayırmasının son nailiyyəti hesab etməkolar. Cari zavodda “Lifan” markalı minik avtomobilləri istehsal olunur. Mingəçevir və Zəyəmdə isə kənd təsərrüfatında istifadə olunan maşınlar hazırlanır. 33 Maşınqayırma sənayesi haqqında statistik göstəricilər kimi 13 Maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sənaye müəssisələrində 2014-cü il ərzində 401,7 milyon manatlıq məhsul istehsal edilmişdir. Emal sənayesində məhsul istehsalının strukturunda bu sahələrin payı 5,3% olduğu göstərilir.