Metin biLGİSİNİn oluşumu ve geliŞmesi Ş ƏRİfov, Kamandar


Key Words: Text, Azerbaijani poets, Azerbaijani scholars. MƏTNŞÜNASLIĞIN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI



Yüklə 417,77 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix28.12.2021
ölçüsü417,77 Kb.
#17082
1   2   3   4
Key Words: Text, Azerbaijani poets, Azerbaijani scholars.

MƏTNŞÜNASLIĞIN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI

Ədəbi-tənqidi fikrin ilk rüşeymləri ədəbiyyatın ilk bədii nümunələri ilə 

qoşa yaranmışdır. Yəni insanın yaratdığı ilk bədii söz və sənət nümunələri 

ilə yanaşı tənqidi-estetik fikrin ilk ünsürləri meydana gəlmişdir. “Tənqidi-

estetik fikir bədii fikrin yaranmasına ehtiyac doğanda meydana çıxmışdır” 

(16, 6).


Ədəbi-tənqidi  fikrin  tərkib  hissəsini  təşkil  edən  mətnin  tənqidi,  yəni 

mətnşünaslıq da onunla birgə yaranmışdır. S.A.Reyser haqlı olaraq yazır 

ki, “...əgər “mətnşünaslıq” istilahı yenidirsə, anlayışın özü çox qədimdir” 

(23, 85).

S. İ. Belokon apardığı tədqiqatlara söykənərək, mətnşünaslığın qaynaq-

larının, hələ bizim eradan əvvəlki yüzilliklərin dərin qatları ilə bağlı oldu-

ğunu söyləmişdir: “Artıq Pisistrastın dövründə (b.e.ə. VI əsrdə) yunanlar 

ədəbi əsərlərin mətnlərini toplayırdılar. Bununla da onlar həmin əsərlərin 

salamatlığını təmin etməyə çalışmış və müxtəlif mənbələr əsasında həqiqi 

müəllif mətninin bərpa edilməsinə cəhd göstərmişlər (19, 5).

Mətnşünaslığın  bir elmi sahə kimi yaranma tarixi çox uzaq yüzilliklərə 

getməsə də, onun qaynaqları deyildiyi kimi çox qədim dövrlərə gedib çı-

xır. İstər Şərqdə, istərsə də Qərbdə mətnşünaslıq anlayışı eyni dərəcədə 

qədimdir.  Bununla  bağlı  N.İ.Konrad  belə  yazır:  “Belə  filologiya  həm 

Qərbdə, həm də Şərqdə meydana gəlmişdir. Orada da, orada da – qədim antik 

dövrdə, Qərbdə ellinizm əsrində, Şərqdə, Çində Xan imperiyası dövründə 




1393

olduğu kimi, İskəndəriyyə kitabçıları polislər epoxasına aid olan öz antik 

ədəbiyyatlarının  klassik  dövrü  əsərlərini  toplayırdılar.  Onlar  bu  əsərləri 

yalnız  toplamırdılar,  həm  də  onların  mətnlərinin  müəyyənləşdirilməsi 

üzərində  işləyirdilər;  mətnlər  üzərində  aparılan  iş  isə,  əsərlərin  özləri 

üzərində aparılan işə gətirib çıxardı. Klassikaya çevrilən filoloji işin var-

lığı belə yarandı: keçmiş dövrlərin yazılı abidələrinin toplanması, onların 

mətnlərinin müyyənləşdirilməsi və şərhi.

Bu varlıq orta əsrlərdə də dəyişməmişdir; Qərbdə də, Şərqdə də eyni 

dərəcədə” (21, 7).

Istər bizim eradan əvvəlki dövrlərdə, istərsə də orta əsrlərdə müxtəlif 

məktəblərə, ayrı-ayrı ədəbi və fəlsəfi cərəyanlara, dini təriqətlərə mənsub 

olan  filoloqlar,  katiblər  və  xəttatlar  tərəfindən  klassiklərin  əsərləri 

nüsxədən-nüsxəyə  köçürülərək  çoxaldılarkən,  onlar  ayrı-ayrı  amillərin 

təsirilə müxtəlif xarakterli təhriflərə uğradıldığını (15, 84-14) görən döv-

rünün bir sıra ədəbiyyatşünasları və ziyalıları həmin əsərləri şərh edərkən, 

yaxud köçürərkən əlyazmalarında olan katib təhriflərinə biganə qalmamış, 

onların mətnlərini bir neçə nüsxələri əsasında islah etməyə başlamışlar. 

Beləliklə də, “ayrı-ayrı zehni əmək adamlarının empirik fəalliyyətində” 

(11,  4)  mətnşünaslıq  elminin  ilk  rüşeymləri  və  qaynaqları  meydana 

gəlmişdir.

Bir vaxt abidələri tənqidi surətdə öyrənmiş alman tarixçiləri B. Q. Ni-

bura və L.Ranke bu metodun yaradıcıları kimi təqdim olunmuşlar. Lakin 

bu  fikir  sonrakı  tədqiqatlar  nəticəsində  inkar  edilmişdir.  Tənqidin  tari-

xi  köklərinin  antik  dövrdən  başladığını  söyləmiş  V.P.Buzeskul  öz  elmi 

tədqiqatları ilə əsaslandırmışdır ki, filoloji, yaxud tarixi tənqid öz inkişafı 

üçün ayrıca bir şəxsə yox, çoxlarının bu sahədə aparmış olduqları araşdır-

malar toplusuna borcludur (26, 20).

Çağdaş  ərəb  ədəbiyyatşünaslığının  tanınmış  alimlərindən  biri  olan 

Fəxrəddin  Qabavə  mətnşünaslıq  fikrinin  yaranma  tarixi  haqqında  belə 

demişdir: “Şerin düzəldilməsi, yarandığı gündən bəri onu izləyən qədim 

tarixi bir hadisədir” (28, 157). Fəxrəddin Qabavənin söylədiyi bu fikir bir 

daha təsdiq edir ki, mətnşünaslığın ilk rüşeymləri poeziya nümunələrinin, 

daha doğrusu ilk folklor nümunələrinin yarandığı dövr qədər qədimdir.

Müsəlman Şərqində ilk elmi mətnin tərtibi isə Qurani-Kərimlə bağlı-

dır. Qurani-Kərim cildə alınaraq, kitab şəklinə salınmış ərəblərin ilk ya-

zılı abidəsidir. Əbu Bəkrin və Osmanın dövrlərində Quranın toplanması, 

mətninin tərtib edilməsi və kitab şəklinə salınması Peyğəmbərin (s) əsas 




1394

vəhy katiblərindən biri Zeyd ibn Sabit başda olmaqla Quranı əzbər bilən 

bir neçə yaxın əshabəyə tapşırılmışdır. Şübhə yoxdur ki, bu olduqca bö-

yük məsuliyyət tələb edən çətin bir iş idi. Beləliklə, uzun axtarışlardan və 

dəqiq tədqiqatlardan sonra İslam dininin müqəddəs kitabı Qurani-Kərimin 

vahid, hər cür təhriflərdən xali mətni tərtib edildi. Bununla da müsəlman 

Şərqində mətnşünaslıq elminin ilkin qaynağı islam dininin müqəddəs kita-

bı Quranın mətninin tərtibi ilə başlanmışdır.

Qurandan  sonra  Peyğəmbər  (s)  hədisləri  ilə  bağlı  aparılan  araş-

dırmalar  elmi  və  mədəni  həyatda  böyük  hadisəyə  çevrilmiş,  islam 

mədəniyyəti tarixində xüsusi yer tutmuş, müxtəlif elmlərin, o cümlədən 

ədəbiyyatşünaslığın  inkişafına  böyük  təsir  göstərmişdir.  Belə  ki, 

Peyğəmbərin (s) vəfatından sonra, onun şərafətli hədisləri siyasi, məzhəbi, 

yerliçilik və s. baxımından ciddi təhriflərə məruz qalmışdır (1, 44-45).

Alimlər Peyğəmbər əleyhissəlamın şərafətli hədislərini bu təhlükədən 

qorumaq üçün, müxtəlif elm sahələri ilə bağlı onların üzərində geniş əhatəli 

araşdırmalar  aparmışlar.  “Ancak  ulema  hadisi  tehkikelerden  koruma  ve 

tenkid konusunda neredeyse insan üstü bir çaba sarfettiler. Bu qayretleri 

neticesinde büyük bir başarı elde ettiler.” (1, 45).

Peyğember əleyhissəlamın hədisləri üzərində aparılan araşdirmalar və 

onların  düzgün  mətninin  tərtibi  sahəsində  alimlərin  həyata  keçirdikləri 

geniş  əhatəli  tədqiqatlar,  hədis  elminin  inkişaf  etdirilməsi  ilə  yanaşı 

mətnşünaslıq fikrinin irəliləməsinə də böyük təsir göstərmişdir. 

Istər Qurani-Kərimin düzgün oxunması və dərk edilməsi, istərsə də ərəb 

dilçiliyinin öyrənilməsi məqsədilə, alimlər ərəb xalqının uzun yüzilliklər 

boyu yaratdığı  və ravilər vasitəsilə şifahi şəkildə nəsldən-nəslə verildi-

yi poeziya nümunələrinə müraciət etmiş və onları ayrı-ayrı məcmuələrdə 

toplayaraq  şərh  etmişlər.  Bu  poeziyanı  ilk  toplayan  Əbu  Ubeydə  (728-

825), Mufaddal əd-Dabi (780-848), Əbu Ömər əş-Şeybani (719-828), İbn 

əs-Sikkit (803-859), Əbu Səid əs-Sukkəri (828-888) də dilçilər olmuşlar. 

Həmin poeziya nümunələrində bu alimləri maraqlandıran əsasən qramma-

tik formalar, sözlərin daxili dəyişməsi, hal şəkilçiləri və s. idi. Onlar bu 

poeziya nümunələrinin şərhlərində ədəbiyyatşünaslıq məsələlərinə olduq-

ca az yer verirdilər (9, 53).

Bütün  bunlara  baxmayaraq  şərhçilik  sənəti  ədəbiyyatşünaslığın,  o 

cümlədən  tənqidi  fikrin,  onunla  bərabər  isə  mətn  tərtibinin  inkişafına 

əhəmiyyətli təsir göstərirdi. Belə ki, hər hansı şairin divanını şərh edən 

filoloq  həm  də  onun  mükəmməl  mətnini  tərtib  etməyə  çalışmışdır.  Bu 




1395

sahədə Azərbaycan alimlərinin xidmətləri də az olmamışdır. Onların ən 

görkəmli  nümayəndələrindən  biri  ədəbiyyatşünas  alim  və  dilçi  Yəhya 

Əli oğlu Xətib Təbrizidir. O, uzun illərdən bəri Şərq və Qərb alimlərinin 

tədqiqat obyektinə çevrilmiş zəngin yaradıcılığı ilə şərhçilik sənətini elmi 

baxımdan özünün ən parlaq zirvəsinə yüksəltmişdir. Xətib Təbrizi yuxa-

rıda adları çəkilən alimlərdən fərqli olaraq, tədqiqata cəlb etdiyi Mufad-

dal əl-Dabinin (780-848) “əl-Mufaddaliyyat”, Əbu Təmmamın (796-843), 

Əbu əl-Əla əl-Məərrinin (973-1057), əl-Mütənəbbinin (915-965) və baş-

qaları kimi görkəmli ərəb klassiklərinin əsərlərini ilk dəfə olaraq hərtərəfli 

şərh etmiş və onların mükəmməl mətnlərini tərtib etmişdir. Bu da onun 

ədəbiyyatşünaslığa  gətirdiyi  çox  mühüm  bir  yenilik  idi.  “Xətib  Təbrizi 

əsərləri həm dilçilik, həm də ədəbiyyatşünaslıq, həm tarix, həm ictimai 

mühitlə, həm fəlsəfə, həm etnoqrafiya, həm də folklorla bağlı şəkildə tədqiq 

edən ilk şərhçi idi. Bu, alimin ərəb ədəbiyyatına, ümumiyyətlə müsəlman 

xalqlarının mədəniyyətinə gətirdiyi birinci yenilik idi” (9, 54). 

Bununla  da  o,  mətinşünaslıq  fikrinin  inkişafına  böyük  təkan  vermiş, 

digər tərəfdən isə klassik ərəb poeziyasının ən dəyərli incilərindən sayılan 

göstərilən əsərlərin düzgün mətnlərinin qorunub saxlanmasında və onla-

rın gələcək nəsillərə çatdırılmasında Ərəb ədəbiyyatı qarşısında əvəzsiz 

xidmətlər göstərmişdir. Əbu Təmmamın “Divan”ına Xətib Təbrizinin yaz-

dığı şərhin tənqidi mətnini tərtib və nəşr etdirmiş Məhəmməd Əbduh Əzzam 

yazır: “Xətib Təbrizi bu şərhi ilə ədəbiyyatçılar qarşısında möhtəşəm və 

ölməz xidmət göstərmiş, Əbu Təmmamın şerlərini əvvəldən axıra qədər 

bir yerə toplamışdır” (5, 27). Xətib Təbrizi özünün zəngin elmi fəaliyyətilə 

ədəbi-tənqidi fikrin və mətnşünaslığın zəngin bazasının yaradılmasında və 

inkişafında  geniş  üfüqlər  açmış,  filologiya  elmlərinin  gələcək  tərəqqisi 

üçün tutarlı zəmin yaratmışdır. 

Xətib Təbrizidən sonra, yəni XII əsrin birinci yarısında ədəbiyyatşünaslıq 

elminin inkişaf etdirilməsi istiqamətində diqqətəlayiq fəaliyyət göstərmiş 

Azərbaycan  alimlərindən  biri  də  Yusif  Tahir  oğlu  Xoyludur  (öl.  1153-

1154-cü illər arasında). Onun “ət-Tənvir” adlı əsəri görkəmli ərəb şair-

filosofu,  Xətib  Təbrizinin  müəllimi  Əbu-l-Əla  əl-Məərrinin  (973-1058) 

“Saqt  əz-zənd”  adlı  şerlər  divanının  şərhinə  həsr  edilmişdir  (17). Yusif 

Xoylu yazdığı şərhdə istər istifadə etdiyi məxəzlərə, istərsə də şərh etdiyi 

divanın mətninə tənqidi yanaşmış, divana dəyərli bir tədqiqat əsəri yaz-

maqla bərabər, həm də şairin şerlərinin etibarlı mətnlərini tərtib etmişdir.

Azərbaycan mədəniyyətinin tanınmış şəxsiyyətlərindən biri olan Mah-

mud  Şəbüstərinin  “Gülşəni-raz”  fəlsəfi  poeması  nəinki  Şərqdə,  həm  də 



1396

Qərbdə geniş yayılmış abidələrdəndir. Bu əsərin təqribən XIV əsrin son-

larında üzü köçürülmüş nüsxəsi (8) mətnşünaslıq elminin tarixi köklərini 

öyrənmək baxımından xüsusi maraq doğurur. Əlyazma məcmuəsinə daxil 

edilmiş poemanın bu mətni, naməlum filoloq tərəfindən bir neçə nüsxə 

əsasında araşdırıldıqdan sonra yazılmışdır. Bu araşdırmada aşkar edilmiş 

nüsxə fərqləri və onlara yazılmış şərhlər mətnin haşiyələrində qeyd edil-

mişdir. Nüsxə fərqləri ilə yanaşı mətnin kənarlarında ona şərhlər də veril-

mişdir. Beləliklə də, “Gülşəni-raz” poemasının göstərilən nüsxəsi üzərində 

aparılan  diqqətəlayiq  araşdırmalar  sayəsində  bu  əsərin  kamil  bir  mətni 

tərtib edilmişdir.

XV.-XVII.  yüzilliklər  Şərq,  o  cümlədən  Azərbaycan  mədəniyyəti 

tarixində  filologiyanın,  o  cümlədən  mətnşünaslıq  fikrinin  inkişafında 

da  diqqətəlayiq  bir  irəliləyiş  gözə  çarpır.  Ayrı-ayrı  abidələrin  mətnləri 

üzərində  filoloqların  apardıqları  araşdırmalar  mətnşünaslığın  inkişafına 

böyük təkan vermişdir. Buna nümunə olaraq, XV. əsrdə Heratda Firdovsi-

nin məşhur “Şahnamə” əsərinin mətni üzərində aparılmış tekstoloji araşdır-

maları göstərmək olar. XV. əsrdə Mirzə Baysunkurun tapşırığı ilə bir qrup 

alimlər “Şahnamə”nin müəllif nüsxəsinə uyğun mətnini hazırlamağa baş-

ladılar (22). “Şahnamə” meydana gələndən sonra dörd əsr ərzində Firdov-

sinin müəllif mətni o qədər ciddi dəyişmələrə məruz qalmışdır ki, poema-

nın müxtəlif nüsxələri arasında əsaslı fərqlər yaranmışdır. “Şahnamə”nin 

Baysunkur redaksiyası Şərqdə klassik mətnşünaslığın inkişafı sahəsində 

atılmış ciddi bir addım olmuşdur.

XVI.  əsr  türk  ədəbiyyatşünaslarından  Süruri,  Şami  və  Sudinin  fars 

şairi  Sədi  Şirazinin  “Gülüstan”  əsərinə  həsr  etdikləri  şərhləri  klassik 

mətnşünaslığın inkişafına ciddi təsir göstərmiş ən dəyərli tədqiqatlardan 

olmuşdur.  Həmin  filoloqlar  hər  şeydən  öncə  Sədinin  bu  əsərinin  XVI 

əsrə  kimi  mövcud  olan  qədim  nüsxələri  əsasında  müəllif  iradəsinə  uy-

ğun mətnini hazırlamaq üçün ciddi araşdırmalar aparmışlar. Alimlər türk 

tədqiqatçılarının bu əsərin müəllif mətninin bərpası sahəsində apardıqları 

işi yüksək qiymətləndirərək, bu tədqiqatların ilk ciddi mətnşünaslıq araş-

dırmaları olduğunu söyləmişlər (18, 12).

Sədinin “Gülüstan” əsərinə Sudinin yazdığı şərh (27) öz elmi dəyəri ba-

xımından göstərilən şərhlərdən çox fərqlənir və həmin əsərə müxtəlif  Şərq 

ölkələrində həsr edilmiş tədqiqatlar arasında xüsusi yer tutur. Hər şeydən 

öncə bu şərhin dəyəri onunla səciyyələnir ki, Sudi hələ XVI. yüzillikdə, 

dövrünün  tanınmış  filoloqu  kimi  “Gülüstan”  əsərinin  həqiqi  mənada 

dövrünə görə elmi mətnini tərtib etmişdir. O, dövrünün yüksək səviyyəli 



1397

tədqiqatçısı kimi “Gülüstan”ı şərh etməzdən əvvəl, onun bütün təhriflərdən, 

əlavələrdən,  ixtisarlardan  və  sair  dəyişmələrdən  təmizlənmiş,  müəllif 

nüsxəsi  ilə  səsləşən  mətnini  hazırlamağı  qarşısına  məqsəd  qoymuşdur. 

O, bununla fars ədəbiyyatının ən dəyərli və geniş yayılmış bir abidəsinin, 

nöqsanlardan təmizlənmiş şəkildə gələcək nəsillərə çatdırılmasında böyük 

əmək və bilik sərf etmiş, eyni zamanda hələ XVI. yüzillikdə mətnşünaslığın 

bir elmi sahə kimi inkişaf etdirilməsinə əvəzsiz xidmətlər göstərmişdir. 

Sudi qarşısına qoyduğu məqsədə nail olmaq üçün, “Gülüstan”ın onlarla 

əlyazma nüsxələrini və ona yazılmış şərhlərin əlyazmalarını əldə edərək, 

onları qarşılıqlı surətdə araşdırmışdır. Araşdırma nəticəsində aşkar etdi-

yi nüsxə fərqlərindən qəbul etdiyini seçmiş, qəbul etmədiyini isə ayrıca 

yazmışdır. Əsərin  mətninidə bir sıra sözlərin, ifadələrin, cümlələrin, mis-

raların və s. təhrif olunduğunu Sudi öz müfəssəl tekstoloji araşdırmaları 

sayəsində müəyyənləşdirmiş və onlar haqqında öz şərhində lazımi izahat 

vermişdir.

XV. əsrdə və ondan sonrakı yüzilliklərdə mətnşünaslığın inkişaf yolla-

rını araşdırmağa yardım edən Azərbaycan əlyazma abidələri az deyildir. 

Həm də bu inkişaf yolları özünü yalnız poetik əsərlərdə yox, həm də elmi 

traktatlarda göstərmişdir. Bu abidələr həm də Azərbaycan tənqidi fikir tari-

xinin ayrı-ayrı inkişaf mərhələlərinin araşdırılması baxımından əhəmiyyətli 

məxəzlərdir. Belə abidələrdən biri də təqribən XV əsrin sonu - XVI əsrin 

əvvəllərində üzü köçürülmüş və mətni tədqiq olunmuş Xaqani Şirvani-

nin  böyük  bir  cilddə  toplanmış  ayrı-ayrı  qəsidələri  və  mədhiyyələridir 

(3). Şairin əsərlərinin bu əlyazması orta əsr mətnşünaslığının araşdırılma-

sı və öyrənilməsi baxımından olduqca maraqlıdır. Xaqaninin əsərlərinin 

mətnləri üzərində mükəmməl mətnşünaslıq araşdırmaları aparılmışdır. Bu 

araşdırmalarda  istifadə  edilmiş  əlyazma  nüsxələrinin  sayı  göstərilməsə 

də,  qəsidələrin  mətnləri  üzərində  aparılmış  müqayisəli  tədqiqat  işindən 

və  əlyazmanın  haşiyələrində  göstərilmiş  nüsxə  fərqlərindən  aydın  olur 

ki, tədqiqatçı şairin əsərlərinin bir neçə əlyazmalarından istifadə etmişdir. 

Əlyazmanın hər bir vərəqində ayrı-ayrı sözlərdən, söz birləşmələrindən, 

misralardan və beytlərdən ibarət neçə-neçə nüsxə fərqləri və şərhlər yazıl-

mışdır. Bu əlyazması üzərində aparılmış araşdırmalara tədqiqatçı böyük 

əmək və bilik sərf edərək, şairin əsərlərinin dəyərli bir nüsxəsini hazırla-

mışdır. Xaqani əsərlərinin tənqidi mətninin hazırlanmasında bu əlyazması 

ən mötəbər bir nüsxə kimi araşdırmaya cəlb oluna bilər.

Paleoqrafik  məlumatlarına  görə  XVI  əsrdə  üzü  köçürülmüş  Xaqani 

Şirvaninin “Divan”ı üzərində  aparılmış mətnşünaslıq işi də diqqəti cəlb 



1398

edir (4). “Divan”ın bu  əlyazması onun başqa nüsxələri ilə tutuşdurularaq, 

nüsxə fərqləri, bu nüsxədən düşmüş misralar, beytlər və ayrı-ayrı parçalar 

mətnin haşiyələrində qeyd edilmişdir. Bununla bərabər mətnə çoxlu şərh 

və izahlar da yazılmışdır. Eyni zamanda mətndə olan ayrı-ayrı sözlərin 

lüğəti  mənaları  da  izah  olunmuşdur.  Lakin  bu  tekstoloji  iş  bütün  mətn 

boyu nədənsə ardıcıl aparılmamışdır. “Divan”ın bəzi hissələrində çoxlu 

miqdarda nüsxə fərqləri, şərhlər və izahlar yazıldığı müşahidə olunursa, 

bəzi səhifələrin haşiyələrində heç nə gözə çarpmır.

XVI.-XVII.  yüzyıllıklərdə  mətnşünaslıq  fikrinin  inkişafını  özündə 

əks  etdirən  abidələr  az  deyildur.  Onlardan  biri  də  İmadəddin  Nəsimi 

“Divan”ınin bir əlyazmasıdır (12). Göstərilən əlyazma, “Divan”ın ayrı-

ayrı dövrlərdə köçürülmüş nüsxələrindən yazıldığı və müxtəlif xarakterli 

olduğu üçün bir çox şerlərdə naqislik, çatışmamazlıq nəzərə çarpır. Həmin 

çatışmamazlıqları,  nöqsanlı  misraları,  beytləri  aradan  qaldırmaq,  mətn 

daxilində  olan  fərqləri  göstərmək  məqsədilə  nüsxə  üzərində  sonradan 

tekstoloji iş aparılmış, əlavələr edilmiş, şerin əsl mətni bərpa olunmuş-

dur. Nüsxənin dəyərli cəhətlərindən biri də ondadır ki, o daha mükəmməl, 

bəlkə də daha qədim və dolğun əlyazmaları ilə müqayisə olunub, təshih 

edilmişdir. Buna görə də C.V.Qəhrəmanov Nəsimi əsərlərinin elmi-tənqidi 

mətnini hazırlayarkən bu əlyazmasından iki nüsxə (“A” və “A1”) kimi 

əsas götürmüşdür (6, 79). Bu da Azərbaycan mətnşünaslıq fikrinin inkişaf 

səviyyəsini səciyyələndirən başlıca amildir.

XVII.-XVIII. yüzyıllıklərdə mətnşünaslıq fikri daha da inkişaf edərək, 

yeni  bir  mərhələyə  yüksəlmişdir.  Bu  dövrdə  mətnlər  üzərində  aparılan 

tekstoloji  tədqiqatlar  öz  mükəmməlliyi  ilə  fərqlənir.  Buna  nümunə  ola-

raq,  Nizami  “Xəmsə”sinin  bir  nüsxəsinə  müraciət  edək.  Azərbaycan 

klassik  poeziyasının  ən  görkəmli  nümayəndələrindən  biri  olan  Nizami 

Gəncəvi yaratmış olduğu ölməz əsərlərilə yalnız milli mədəniyyətimizə 

yox, eyni zamanda dünya ədəbiyyatı xəzinəsinə misilsiz incilər bəxş et-

mişdir. Keçmiş yüzilliklər boyu onun poemaları sevilə-sevilə oxunmuş, 

ədəbiyyatşünaslar tərəfindən araşdırılmış və Şərqin ən məşhur xəttatları 

və rəssamları tərəfindən bənzərsiz, bədii tərtibatlı nüsxələri yaradılmışdır. 

Orta  əsrlərdə  Nizami  “Xəmsə”sinə  olan  böyük  tələbatla  bağlı,  katib  və 

xəttatlar onu nüsxədən-nüsxəyə köçürərək, Şərqdə geniş coğrafi ərazidə 

yaydıqca onun mətninə ciddi təhriflər daxil etmiş və müəllif iradəsinə yad 

olan fikirlər, sözlər, ifadələr, misralar və s. gətirmişlər. Bunun nəticəsində 

də başqa orta əsr abidələrində olduğu kimi Nizami poemalarının mətnləri 

də  ciddi  dəyişmələrə  məruz  qalmışdır.  Şairin  ədəbi  irsində  katib  və 



1399

xəttatların yol verdikləri bu təhriflər heç də ədəbiyyatşünas alimlərin, eləcə 

də onun poeziyasını böyük məhəbbətlə sevən və öyrənən ziyalıların nəzər-

diqqətindən kənarda qalmamışdır. Belə ki, onlar ayrı-ayrı yüzilliklərdə Ni-

zami poemalarının müxtəlif dövrlərdə üzü köçürülmüş etibarlı nüsxələrini 

əldə edərək, həmin nüsxələri müqayisəli şəkildə araşdırmış və bu əsərlərin 

mətnlərini katib və xəttat təhriflərindən təmizləməyə çalışmışlar. Həmin 

tədqiqatçılar mətnşünaslıq araşdırmaları sayəsində aşkar etdikləri nüsxə 

fərqlərini hazırladıqları mətnlərin haşiyələrində göstərməklə bərabər, həm 

də mətnlərə ətraflı şərhlər və izahlar da yazmışlar. Bununla da onlar orta 

əsr  mətnşünaslığı  ənənələrinin  inkişafına  müəyyən  təsir  göstərmişlər. 

Deyilənlərə nümunə olaraq, Azərbaycan MEA Məhəmməd Füzuli adına 

Əlyazmalar  İnstitutu  xəzinəsində  saxlanılan  Nizami  “Xəmsə”sinin  bir 

dəyərli nüsxəsini (13) göstərmək olar. “Xəmsə”nin bu nüsxəsi Azərbaycan 

mətnşünaslığının erkən inkişaf tarixini öyrənmək baxımından böyük ma-

raq  doğurur.  Bir  sıra  alimlər,  həqiqi  mənada  bu  nüsxəni,  dövrünə  görə 

“Xəmsə”nin elmi-tənqidi mətni kimi qiymətləndurmişlər. Doğrudan da, 

Nizami poemalarının mətnləri üzərində aparılmış diqqətəlayiq araşdırma-

lar nəticəsində onların etibarlı nüsxələri yaradılmışdır. Əlyazmanın son-

luğunda qeyd edildiyi kimi, bu nüsxə hicri 1046 (1636-37)-ci ildə döv-

rünün  ədəbiyyatşünas  alimlərindən  biri  olmuş  Dostməhəmməd  Dərviş 

Məhəmməd  oğlu  Daraxçı  tərəfindən  gözəl,  aydın  və  narın  kalliqrafik 

nəstəlik xətti ilə nazik, əhərlənmiş Şərq kağızına yazılmışdır. Lakin son-

radan kimsə, yəqin ki, əlyazmasının sahibi onu qədim nüsxə kimi qələmə 

vermək və baha qiymətə satmaq üçün hicri 

1461


Nizami  poemalarının  müxtəlif  dövrlərdə  üzü  köçürülmüş  etibarlı 

nüsxələrini  əldə  edərək,  həmin  nüsxələri  müqayisəli  şəkildə  araşdırmış 

və  bu  əsərlərin  mətnlərini  katib  və  xəttat  təhriflərindən  təmizləməyə 

çalışmışlar.  Həmin  tədqiqatçılar  mətnşünaslıq  araşdırmaları  sayəsində 

aşkar  etdikləri  nüsxə  fərqlərini  hazırladıqları  mətnlərin  haşiyələrində 

göstərməklə  bərabər,  həm  də  mətnlərə  ətraflı  şərhlər  və  izahlar  da 

yazmışlar. Bununla da onlar orta əsr mətnşünaslığı ənənələrinin inkişafına 

müəyyən  təsir  göstərmişlər.  Deyilənlərə  nümunə  olaraq,  Azərbaycan 

MEA  Məhəmməd  Füzuli  adına  Əlyazmalar  İnstitutu  xəzinəsində 

saxlanılan  Nizami  “Xəmsə”sinin  bir  dəyərli  nüsxəsini  (13)  göstərmək 

olar. “Xəmsə”nin bu nüsxəsi Azərbaycan mətnşünaslığının erkən inkişaf 

tarixini  öyrənmək  baxımından  böyük  maraq  doğurur.  Bir  sıra  alimlər, 

həqiqi mənada bu nüsxəni, dövrünə görə “Xəmsə”nin elmi-tənqidi mətni 

kimi  qiymətləndurmişlər.  Doğrudan  da,  Nizami  poemalarının  mətnləri 

üzərində aparılmış diqqətəlayiq araşdırmalar nəticəsində onların etibarlı 

nüsxələri  yaradılmışdır.  Əlyazmanın  sonluğunda  qeyd  edildiyi  kimi,  bu 

nüsxə hicri 1046 (1636-37)-ci ildə dövrünün ədəbiyyatşünas alimlərindən 

biri  olmuş  Dostməhəmməd  Dərviş  Məhəmməd  oğlu  Daraxçı  tərəfindən 

gözəl, aydın və narın kalliqrafik nəstəlik xətti ilə nazik, əhərlənmiş Şərq 

kağızına yazılmışdır. Lakin sonradan kimsə, yəqin ki, əlyazmasının sahibi 

onu qədim nüsxə kimi qələmə vermək və baha qiymətə satmaq üçün hicri 

۱۰۴۶ tarixindəki bir rəqəmini yeddi “۷” rəqəminə çevirmiş və bununla da 

əlyazmanın köçürülmə tarixini hicri 746 (1345-46)-cı ilə aid etmişdir. Bu 

tarixin sonradan düzəldildiyi hiss olunmaqla yanaşı, həm də əlyazmasının 

paleoqrafik  xüsusiyyətləri  həmin  tarixin  doğrudan  da  saxta  olduğunu 

göstərir. Nədənsə “Xəmsə”nin bu nüsxəsinə “Leyli və Məcnun” poeması 

daxil  edilmişdir.  Nizami  “Xəmsə”sinin  göstərilən  nüsxəsi  üzərində 

aparılan  araşdırmalardan  aydın  olur  ki,  Dostməhəmməd  Daraxçı  şairin 

poemalarının  mətnlərinə  əsl  mənada  mətnşünas  alim  kimi  yanaşmış  və 

onları çağdaş mətnşünaslığın bəzi tələblərinə uyğun şəkildə araşdırmışdır. 

O, əvvəlcə “Xəmsə”yə daxil olan poemaların (“Leyli və Məcnun”dan başqa) 

müxtəlif əlyazmalarını toplamış və hər bir poemanın əlyazma nüsxələrini 

müqayisəli  şəkildə  araşdırdıqdan  sonra,  ayrı-ayrı  nüsxələrin  mətnləri 

arasında aşkar edilən fərqli cəhətləri, yəni nüsxə fərqlərini əsas mətn kimi 

seçdiyi göstərilən nüsxənin haşiyələrində qeyd etmişdir. Dostməhəmməd 

Daraxçı dörd poemanın mətnlərini bu şəkildə hazırladıqdan sonra, onları 

1046 (1636-37)-ci ildə əlimizdə olan nüsxəyə köçürmüşdür.

XVII  yüzillikdə  Azərbaycan  mətnşünaslığının  inkişafı  sahəsində 

alimlərlə yanaşı, bəzi tanınmış şairlər də müəyyən fəaliyyət göstərmişlər. 

 tarixindəki bir rəqəmini 

yeddi “

1461


Nizami  poemalarının  müxtəlif  dövrlərdə  üzü  köçürülmüş  etibarlı 

nüsxələrini  əldə  edərək,  həmin  nüsxələri  müqayisəli  şəkildə  araşdırmış 

və  bu  əsərlərin  mətnlərini  katib  və  xəttat  təhriflərindən  təmizləməyə 

çalışmışlar.  Həmin  tədqiqatçılar  mətnşünaslıq  araşdırmaları  sayəsində 

aşkar  etdikləri  nüsxə  fərqlərini  hazırladıqları  mətnlərin  haşiyələrində 

göstərməklə  bərabər,  həm  də  mətnlərə  ətraflı  şərhlər  və  izahlar  da 

yazmışlar. Bununla da onlar orta əsr mətnşünaslığı ənənələrinin inkişafına 

müəyyən  təsir  göstərmişlər.  Deyilənlərə  nümunə  olaraq,  Azərbaycan 

MEA  Məhəmməd  Füzuli  adına  Əlyazmalar  İnstitutu  xəzinəsində 

saxlanılan  Nizami  “Xəmsə”sinin  bir  dəyərli  nüsxəsini  (13)  göstərmək 

olar. “Xəmsə”nin bu nüsxəsi Azərbaycan mətnşünaslığının erkən inkişaf 

tarixini  öyrənmək  baxımından  böyük  maraq  doğurur.  Bir  sıra  alimlər, 

həqiqi mənada bu nüsxəni, dövrünə görə “Xəmsə”nin elmi-tənqidi mətni 

kimi  qiymətləndurmişlər.  Doğrudan  da,  Nizami  poemalarının  mətnləri 

üzərində aparılmış diqqətəlayiq araşdırmalar nəticəsində onların etibarlı 

nüsxələri  yaradılmışdır.  Əlyazmanın  sonluğunda  qeyd  edildiyi  kimi,  bu 

nüsxə hicri 1046 (1636-37)-ci ildə dövrünün ədəbiyyatşünas alimlərindən 

biri  olmuş  Dostməhəmməd  Dərviş  Məhəmməd  oğlu  Daraxçı  tərəfindən 

gözəl, aydın və narın kalliqrafik nəstəlik xətti ilə nazik, əhərlənmiş Şərq 

kağızına yazılmışdır. Lakin sonradan kimsə, yəqin ki, əlyazmasının sahibi 

onu qədim nüsxə kimi qələmə vermək və baha qiymətə satmaq üçün hicri 

۱۰۴۶ tarixindəki bir rəqəmini yeddi “۷” rəqəminə çevirmiş və bununla da 

əlyazmanın köçürülmə tarixini hicri 746 (1345-46)-cı ilə aid etmişdir. Bu 

tarixin sonradan düzəldildiyi hiss olunmaqla yanaşı, həm də əlyazmasının 

paleoqrafik  xüsusiyyətləri  həmin  tarixin  doğrudan  da  saxta  olduğunu 

göstərir. Nədənsə “Xəmsə”nin bu nüsxəsinə “Leyli və Məcnun” poeması 

daxil  edilmişdir.  Nizami  “Xəmsə”sinin  göstərilən  nüsxəsi  üzərində 

aparılan  araşdırmalardan  aydın  olur  ki,  Dostməhəmməd  Daraxçı  şairin 

poemalarının  mətnlərinə  əsl  mənada  mətnşünas  alim  kimi  yanaşmış  və 

onları çağdaş mətnşünaslığın bəzi tələblərinə uyğun şəkildə araşdırmışdır. 

O, əvvəlcə “Xəmsə”yə daxil olan poemaların (“Leyli və Məcnun”dan başqa) 

müxtəlif əlyazmalarını toplamış və hər bir poemanın əlyazma nüsxələrini 

müqayisəli  şəkildə  araşdırdıqdan  sonra,  ayrı-ayrı  nüsxələrin  mətnləri 

arasında aşkar edilən fərqli cəhətləri, yəni nüsxə fərqlərini əsas mətn kimi 

seçdiyi göstərilən nüsxənin haşiyələrində qeyd etmişdir. Dostməhəmməd 

Daraxçı dörd poemanın mətnlərini bu şəkildə hazırladıqdan sonra, onları 

1046 (1636-37)-ci ildə əlimizdə olan nüsxəyə köçürmüşdür.

XVII  yüzillikdə  Azərbaycan  mətnşünaslığının  inkişafı  sahəsində 

alimlərlə yanaşı, bəzi tanınmış şairlər də müəyyən fəaliyyət göstərmişlər. 

” rəqəminə çevirmiş və bununla da əlyazmanın köçürülmə tarixini 

hicri 746 (1345-46)-cı ilə aid etmişdir. Bu tarixin sonradan düzəldildiyi 

hiss  olunmaqla  yanaşı,  həm  də  əlyazmasının  paleoqrafik  xüsusiyyətləri 

həmin tarixin doğrudan da saxta olduğunu göstərir. Nədənsə “Xəmsə”nin 

bu  nüsxəsinə  “Leyli  və  Məcnun”  poeması  daxil  edilməmişdir.  Nizami 

“Xəmsə”sinin  göstərilən  nüsxəsi  üzərində  aparılan  araşdırmalardan  ay-

dın olur ki, Dostməhəmməd Daraxçı şairin poemalarının mətnlərinə əsl 

mənada mətnşünas alim kimi yanaşmış və onları çağdaş mətnşünaslığın 

bəzi tələblərinə uyğun şəkildə araşdırmışdır. O, əvvəlcə “Xəmsə”yə da-

xil olan poemaların (“Leyli və Məcnun”dan başqa) müxtəlif əlyazmalarını 

toplamış və hər bir poemanın əlyazma nüsxələrini müqayisəli şəkildə araş-

dırdıqdan sonra, ayrı-ayrı nüsxələrin mətnləri arasında aşkar edilən fərqli 

cəhətləri, yəni nüsxə fərqlərini əsas mətn kimi seçdiyi göstərilən nüsxənin 

haşiyələrində  qeyd  etmişdir.  Dostməhəmməd  Daraxçı  dörd  poemanın 

mətnlərini bu şəkildə hazırladıqdan sonra, onları 1046 (1636-37)-ci ildə 

əlimizdə olan nüsxəyə köçürmüşdür.



1400

XVII  yüzillikdə  Azərbaycan  mətnşünaslığının  inkişafı  sahəsində 

alimlərlə yanaşı, bəzi tanınmış şairlər də müəyyən fəaliyyət göstərmişlər. 

Bu baxımdan Saib Təbrizinin apardığı mətnşünaslıq araşdırmaları diqqəti 

özünə  cəlb  edir.  O,  Nizami  “Xəmsə”sinin  mətnini  müxtəlif  təhrif  və 

dəyişmələrdən təmizləyərək, onun etibarlı nüsxəsini yaratmaq məqsədilə 

“Xəmsə”nin bir neçə əlyazma nüsxələri əsasında şairin poemaları üzərində 

araşdırmalar aparmış və bir növ onların elmi mətnlərini tərtib etmişdir. 

“O, (Saib Təbrizi – Ş.K.) bir neçə mötəbər nüsxə əsasında “Xəmsə” ha-

zırlamışdır. Əmir Firuzguhinin qeydinə görə Saibin tərtib etdiyi Nizami 

“Xəmsə”si Vəhid Dəstgirdinin arxivində saxlanılmaqdadır” (2, 124).

XIX. əsrdə mətnşünaslıq keyfiyyətcə yeni bir mərhələyə daxil olmuşdur. 

Bu dövrdə həyata keçirilən tekstoloji tədqiqatlar və nəşrlər öz elmiliyi və ka-

milliyi ilə fərqlənir. Bu baxımdan Nizami “Xəmsə”sinin hicri 1301 (1883-

84)-ci ildə həyata keçirilmiş nəşri artıq mətnşünaslığın bir elmi sahə kimi 

formalaşdığını göstərir. Bu kitab elm aləminə məlum olan Nizami nəşrləri 

arasında, müəyyən mənada, tənqidi mətn hesab edilməlidir. “Xəmsə”nin 

bu nəşrini Hacı Mirzə Məhəmməd adlı maarifpərvər alim həyata keçir-

mişdir. O, bu nəşrə müqəddimə və sonluq, lüğət, çətin, arxaik sözlərin və 

ifadələrin izahını yazaraq, Nizaminin “Xəmsə”sinin daha mükəmməl bir 

nüsxəsini  hazırlamış  və  bununla  da  mətnşünaslıq  elminin  formalaşma-

sında dəyərli fəaliyyət göstərmişdir. XIX. yüzilliyin ikinci yarısında isə 

Azərbaycanın görkəmli alimləri Əbdülqəni Nuxəvi Xalisəqarızadə (1817-

1879) və Mirzə Kazımbəy (1802-1870) yazılı abidələrin mətnləri üzrində 

apardıqları  çox  ciddi  elmi-tənqidi  araşdırmalarla  mətnşünaslıq  elminin 

təşəkkül tapmasında həlledici rol oynamışlar. Məhz bu görkəmli alimlərin 

apardıqları məhsuldar elmi araşdırmaları nəticəsində mətnşünaslıq elmi-

nin nəzəri əsasları və metodologiyası yaradılmışdır.

Əbdülqəni Nuxəvi Xalisəqarızadə (14) Ümmi İsanın “Mehri və Vəfa” 

məsnəvisi,  “Əsrarnamə”  və  “Möcüznamə”  mənzum  tərcümələri,  Yusif 

Muskuri  Şirvaninin  “Bəyan  əsrar  ət-talibin  fit-təsavvuf”,  Saçaqlızadə 

Məhəmməd əl-Mərəşinin “əl-Vələdiyyə fil-ədəb”, Cəlaləddin Qəzvininin 

“Təlxisul-miftəh fil-məani vəl-bəyan” və başqa əsərlərin mətnləri üzərində 

araşdırmalar apararkən əsərin müəllifinin dövrünü, həyat və yaradıcılığını, 

eləcə də əsərə yazılmış şərh və haşiyələri dərindən öyrənməyə çalışmışdır. 

O, əsərin mətnini müəllif iradəsinə daha yaxın şəkildə hazırlamaq üçün 

tədqiqata  əsərin  daha  çox  əlyazma  nüsxələrni  cəlb  etməyə  çalışmışdır. 

Məqsudinin “Möcüznamə” mənzum tərcüməsinin mətnini tədqiq edərkən 

onun  on  nüsxəsindən  istifadə  etmişdir  (10).  Çağdaş  mətnşünaslıqda  ol-



1401

duğu kimi o, əsas mətnin seçilməsində qədim nüsxəyə daha çox üstün-

lük  vermişdir.  Xalisəqarızadənin  tərtib  etdiyi  əsərlərin  mətnləri  çağdaş 

tədqiqatlarda mükəmməl və düzgün nüsxələr kimi istifadə edilir.

Azərbaycan mədəniyyəti tarixində tənqidi fikrin inkişaf etdirilməsində 

görkəmli  şərqşünas  alim  Mirzə  Kazımbəyin  xidmətləri  əvəzsizdir. 

O,  elmin  müxtəlif  sahələrinə  həsr  edilmiş  abidələr    üzərində  apardığı 

rəngarəng araşdırmalar sayəsində zəngin və çöxşaxəli elmi irs yaratmış-

dır. Onun elmi yaradıcılığı nəinki Şərqdə, hətta Avropa ölkələrində yüksək 

qiymətləndirilərək, müxtəlif mükafatlara layiq görülmüşdür. Alimin ya-

radıcılığı  hər  cür  təəssübkeşlik  və  subyektivlikdən  uzaq  olaraq,  elmi-

tənqidi metoda söykəndiyi üçün, dünya şərqşünasları tərəfindən yüksək 

dəyərləndirilmişdir.  O,  mətnşünas  alim  kimi  öz  tekstoloji  fəaliyyətində 

dərin və kompleks araşdırmalara söykənərək, ümumiləşdirilmiş nəticələrə 

gəlmiş və tərtib etdiyi mətnləri imkan daxilində müəllif iradəsinə yaxın 

şəkildə  hazırlamağa  çalışmışdır.  Bunun  nəticəsidir  ki,  onun  tədqiqatları 

böyük uğurlar qazanmışdır. 

Mirzə Kazımbəy müraciət etdiyi əsərlərin əlyazma nüsxələrini və on-

larla  bağlı  ayrı-ayrı  mənbələrin  verdiyi  məlumatları  kompleks  şəkildə 

tədqiq edərək, onlara həmişə tənqidi yanaşmış, doğrunu səhvdən, həqiqəti 

uydurmadan ayırmağa nail olmuşdur. “Mirzə Kazımbəyin yaradıcılığında 

mənbələrin dəqiq, hərtərəfli tədqiqi və faktların vicdanla öyrənilməsi böyük 

və layiqli yer tutur” (24, 91). O, ədəbiyyat, tarix və folklora aid əsərlərin 

mətnlərinin  araşdırılmasında  həmişə  elmi-tənqidi  metoda  əsaslanmış 

və onların mümkün qədər həqiqətə uyğun şəkildə elmi mətnlərini tərtib 

etməyə  çalışmışdır.  Əsərlərin  mətnlərinin  tədqiq  və  tərtibində  müəyyən 

əyintilərə yol verən tədqiqatçıları o, həmişə tənqid etmişdir. Onun tədqiq 

etdiyi  “Dərbəndnamə”,  “Qisseyi-Yusif”,  “Məhəmmədiyyə”,  “Müxtəsər 

əl-viqayə”, “Səbatül-acizin” və başqa əsərlərin mətnləri özünün kamilliyi 

ilə elm aləmində yüksək dəyərləndirilir. Tədqiqatçılar onu “Azərbaycan 

mətnşünaslığının beşiyi başında duran” alim kimi qiymətləndirmişlər (7).

Bununla da, XIX. yüzilliyin II. yarısında Azərbaycanda mətnşünaslıq 

bir elmi sahə kimi meydana gəlmiş və sonrakı dövrlərdə sürətlə inkişaf 

edərək, filologiya elmləri sırasına daxil olmuşdur.




Yüklə 417,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin