Metodik göSTƏRİŞ Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi- metodik şurası «İqtisadiyyat»



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix04.02.2023
ölçüsü0,54 Mb.
#82877
1   2   3   4   5   6   7   8   9   ...   14
Buraxilis-islerinin-hazirlanmasi

 
 



Buraxılış işlərinin quruluşu, hazırlanması və məzmunu 
Buraxılış işi aşağıdakı quruluşda tərtib olunur: 
1. titul vərəqi (təsisçi, təhsil müəssisəsi, fakültə, istiqa-
mət və ya ixtisas, mövzunun adı, işin rəhbəri, tələbənin adı 
göstərilməklə); 
2. buraxılış işinin tapşırıq vərəqi; 
3. referat; 
4. mündəricat; 
5. giriş; 
6. tapşırığın müəyyən olunmuş əsas hissəsi; 
7. yekun nəticə və ya təkliflər; 
8. istifadə olunmuş ədəbiyyatın siyahısı; 
9. əlavələr (əgər nəzərdə tutulubsa). 
Buraxılış işinə ümumi tələblər və tərtib olunmuş qayda-
ları ali təhsil müəssisəsinin kadr hazırlığının profilinə uyğun 
hazırlanır və onun elmi şurasında təsdiq edilir. İstiqamətdən 
(ixtisasdan) asılı olaraq onun həcmi 1,5-2,5 çar vərəqi 
hüdudunda olur. 
Buraxılış işləri əlyazma və ya makina çapı şəklində 
təqdim olunur. 
Buraxılış işlərinə rəhbərlərlə yanaşı bir nəfər mütəxəssis 
də rəy verir. 
Buraxılış işlərinin məzmunu ali məktəblərin bakalavr 
pilləsi ixtisaslarının dövlət standartı ilə müəyyən olunmuş 
tələblərə cavab verməlidir. 
  



 
BURAXILIŞ IŞININ PLANININ TƏRTIB OLUNMASI 
 
Planın tərtib olunmasında birinci tövsiyə buraxılış işinin 
məzmunu 
və 
onun 
strukturu 
üzrə 
elmi 
rəhbərlə 
məsləhətləşməkdir. 
İşin planı nə qədər tez tərtib olunarsa, mövzu bir о qədər 
məqsədəuyğun yerinə yetirilir. Planın tərtib olunmasında iki 
başlıca mərhələni ayırmaq lazımdır: planın ilkin və sonuncu 
variantlarının işlənməsi. 
İlkin plan bir qayda olaraq mövzunun təsdiqindən və əsas 
mənbələrlə ümumi tanışlıqdan sonra tərtib olunur. 
Planın sonuncu variantı elmi rəhbərlə razılaşdırılır və 
bundan sonra məcburi sənəd xarakterı alır. Planda dəyişikliklər 
yalnız elmi rəhbərin razılığı ilə ola bılər. Əgər tələbə ilə rəhbər 
arasında fikir ayrılığı yaranarsa, bu
halda sonuncu qərarı 
kafedra qəbul edir. 
Tədqiqatın planı mövzunun adını, girişi, fəsillərin adını, 
hər bir fəsildə bölmələrin adını, xülasəni, ədəbiyyat siyahısını 
və bütün əlavələri özündə əhatə etməlidir. 
Mövzunun adına buraxılış işinin planı, onun məzmununa 
və qarşıya qoyulan vəzifələrə müvafıq olmalıdır. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin