12
qısa (5-7 dəqiqəlik) məruzə. Məruzə məzmununa görə məntiqi
və ardıcıl olmalıdır. Bura əsas məlumat və rəqəmlərin daxil
edilməsi daha məqsədəuyğundur;
2) illüstrasiyalı material hazırlamaq. Bura ən maraqlı
cədvəl, qrafik, sxem, diaqram və s. raqəm xarakterli materiallar
daxil edilir;
3) elmi rəhbərin və rəyçinin iradlarına cavablar
hazırlamaq. Çavabların müxtəlif variantları ola bilər: iradlarla
razılaşmaq onları əsaslandırılmış surətdə rədd etmək, gələcək
işdə nəzərə almaq, buraxılmış səhvlərə görə üzr istəmək və s.
Buraxılış işi tələbə tərəfindən DİK qarşısında müdafiə olunur.
Verilən suallara cavablar qısa və inandırıcı olmalıdır.
Komissiya buraxılış işini müzakirə edir və eləcə də müdafiə
nəticələri nəzərə alınmaqla qərar çıxarır. Buraxılış işinin
nəticələri
aşağıdakı
kimi
qiymətləndirilir.
Qiymətin
verilməsində işin nəzəri və praktiki əhəmiyyəti, mənbə
bazasının genişliyi, məqsəd və vəzifələrin düzgün qoyuluşu,
tələbənin suallara düzgün cavab verməsi, öz mövqeyini
qorumaq və elmi müzakirə aparmaq qabiliyyəti kimi faktorlar
nəzərə alınır.
Dostları ilə paylaş: