7
Buraxılış işinin yazılmasında başlıca və məsuliyyətli
mərhələ, mövzunun seçilməsi hesab edilir. Bəzən tələbələr
mövzunu sonuncu kursda müəyyənləşədirir
və bunun da
nəticəsi olaraq çox zaman buraxılış işi tələsik yerinə yetirilir,
mövzu tam işıqlandırılmır.
Mövzunun müəyyən olunmasında, təkcə onun elmi və
pratiki baxımından aktuallığı deyil,
habelə bu sahədə
ədəbiyyatın olması da nəzərə alınmalıdır. Bundan başqa,
mövzu tələbəyə özünü tədqıqatçı kimi tanıtmağa da imkan
verməlidir.
Mövzunun
seçilməsində
onun
ədəbiyyatda geniş
işıqlandırılması xüsusi əhəmiyyət kəsb edir. Bir sıra mövzular
üzrə çoxlu nəşrlər mövcuddur və bu da mövzunun tədqiq
olunmasından xəbər verir. Bu bir tərəfdən buraxılış mövzusu
üzərində tələbənin işini asanlaşdırır, digər tərəfdən mövzu üzrə
geniş mənbələrin mövcudluğu öyrənilən
problemə dair yeni
fıkirlərin işlənməsini çətinləşdirir.
Buraxılış işlərinin mövzuları kafedra tərəfindən
hazırlanır. Mövzuların məzmunu kafedra tərəfindən oxunan
fənlərin və xüsusi kursların siyahısı əsasında müəyyənləşdirilir.
Bundan sonra mövzuları fakültə şurası təsdiqləyir.
Xüsusi hallarda tələbə üçün buraxıhş
işi mövzusunun
seçilməsi elmi rəhbərlə birlikdə müəyyənləşdirilir və zəruri
hallarda təsdiq olunmuş mövzulardan bir qədər fərqlənə bilər.
Dostları ilə paylaş: