çap edilir.
Mətn Azərbaycan dilində latın əlifbası ilə Times New Roman şriftində - 14 pt
ölçüdə, sətirlərarası məsafə 1,5 interval olmaqla qara rəngdə yazılır.
Səhifə ölçüləri: solda 3 sm, sağda 1 sm, yuxarıda və aşağıda hər biri üçün 2 sm
olmaqla boş sahə buraxılır.
Səhifədə sətirlərin sayı ən azı 29, ən çoxu 31 olmalıdır.
Bütün xətlər, hərflər, rəqəmlər və işarələr aydın, eyni tündlükdə olmalı, mətndəki
bütün məlumatlar aydın görünməlidir.
Buraxılış işində çapdan sonra aşkar edilmiş səhvlər və qrafik yanlışlıqların sayı hər
səhifədə 2-dən çox olmamalıdır.
Buraxılış işi 1,5 (30 səhifə) - 2,5 çap vərəqi (40 səhifə) (şəkillər, cədvəllər,
qrafiklər, əlavələr və ədəbiyyatın siyahısı istisna olmaqla) həcmində olmalıdır.
Başlıqlar mətnə simmetrik şəkildə, sətri hərflərlə (ilk baş hərf istisna olmaqla)
qalın yazılmalıdır. Başlıqlarda sözü sətirdən sətrə keçirmək, başlığın altından xətt çəkmək və ya sonunda nöqtə qoymaq olmaz.
Başlıqla əsas mətn arasındakı məsafə 2 interval olmalıdır.