Metodik göSTƏRİŞ


Mövzunun seçilməsi və təsdiqi



Yüklə 56,2 Kb.
səhifə3/15
tarix25.04.2022
ölçüsü56,2 Kb.
#56249
1   2   3   4   5   6   7   8   9   ...   15
Buraxılış işlərinin tərtibi qaydaları (Metodik göstəriş) son variant[1]

Mövzunun seçilməsi və təsdiqi

Buraxılış işinin mövzusu tələbənin təhsil aldığı ixtisasa uyğun olmalıdır.

Mövzunun müəyyən olunmasında yalnız onun aktuallığı deyil, eyni zamanda tələbəyə özünü tədqiqatçı kimi nə dərəcədə tanıtmağa imkan verməsi nəzərə alınmalıdır. Bundan başqa, mövzunun seçilməsində onun ədəbiyyatda işıqlandırılma dərəcəsi də əhəmiyyət kəsb edir. Bir sıra mövzular üzrə böyük sayda nəşrlər mövcuddur. Bu, həmin mövzuların müəyyən dərəcədə tədqiq edildiyindən xəbər verir. Belə mövzular tələbənin işini bir tərəfdən asanlaşdırsa da, digər tərəfdən ondan araşdırılan məsələlərə dair yeni fıkir irəli sürmək, fərqli yanaşma təqdim etmək bacarığı tələb edir.

Mövzular profil kafedraların dərs yükünə əsasən buraxılış işlərinə rəhbərlik edəcək müəllimlər tərəfindən irəli sürülür və kafedra iclasında müzakirə olunaraq müvafiq dekanlıqlara təqdim edilir. Həmin mövzular fakültə elmi şurasında təsdiq olunduqdan sonra mövzu bankına daxil edilir. Hər bir tələbə mövzu bankından müstəqil şəkildə mövzu seçir və ərizə ilə dekana müraciət edir. Dekanın icazəsi ilə mövzu təsdiqləndikdən sonra tələbə buraxılış işi üzərində işləməyə başlayır.



Zəruri hallarda tələbə buraxılış işinin mövzusunu elmi rəhbərlə birlikdə özü müəyyənləşdirə və artıq təsdiq olunmuş mövzunu dəyişdirə bilər. Bu halda mövzu daha əvvəl müzakirə və təsdiq üçün müvafiq kadefraya təqdim olunmalıdır.

Yüklə 56,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin