Xüsusi göstərişlər
Hamiləliyin ilk 2-3 ayında yalnız həyatı göstəriş olduqda təyin edilir.
Süd verən analara vacib göstəriş olduqda, yalnız süd verməni dayandırmaq şərtilə təyin etmək olar.
Preparatdan istifadə etdikdə spirtli içkilərdən istifadə etmək olmaz (disulfiramabənzər effekt verərək
ürəkbulanma, qusma, baş ağrıları və s. ola bilər).
Amoksasillinlə kombinasiyasını 18 yaşından gənc pasiyentlərə vermək məsləhət deyil.
Uzunmüddətli müalicə periferik qanın analizini nəzarətdə saxlamaqla aparılmalıdır.
Xəstələrin nevroloji statusunun pisləşməsi zamanı preparatdan istifadə dayandırılmalıdır.
Qadınlarda trixomonal vaginit, kişilərdə trixomonal uretrit zamanı cinsi həyatdan yayınmaqla, partnyorların
eynivaxtda müalicəsi vacibdir. Menstruasiya dövründə müalicə dayandırılmır.
Böyrək və qaraciyər çatmamazlığı olan xəstələrə ehtiyatla təyin edilir.
Dostları ilə paylaş: |