Yükün əsas parametrləri
Telefon və teleqraf rabitəsi xidmətlərindən müxtəlif kateqoriyalı abunəçilər istifadə edirlər. Onların hər biri şəbəkə üçün müəyyən qədər yük yaradırlar. Yaradılan yük a-dakı göstəricilərlə xarakterizə edilir.
1.Ni – i ateqoriyalı yük mənbələrinin ümumi sayı
2.Ci - ən böyük yük saatında təyin edilmiş müəyyən vaxt ərzində i kateqoriyalı bir yuük mənbəyindən daxil olan çağırışların orta sayı
3.ti – kommutasiya sisteminin i kateoriyalı bir çağırışa xidmət etdiyi zaman məşğulluğun orta davam etmə müddətidir.
Göstərilən kəmiyyətlər yükün əsas parametrləridir. Bu kəmiyyətlərə əsasən telefon və yaxud teleqraf yükü a-dakı düstürla təyin edilir
Y = ∑ Ni·Ci·ti
Rabitənin yaradılmasının aşağıdakı növləri vardir.
1.danışıqla nəticələnən birləşmələr(şağırışlar) belə çağırışların ümumi çağırışların sayına görə miqdarı Pdsn istifadə edilir.
2.çağırılan abunəşilərin məşğul olması nəticəsində baş tutmayan birləşmələr. Onların miqdarı Pməş ilə işarə olunur
3.çağırılan abunəşinin cvb verməməsi nəticəsində baş tutmayan birləşmələr. Onların miqdarı Pc.ver
4.çağıran abunəçinin səhvi nəticəsində baş tutmayan birləşmələr. Onların miqdarı Psəhv ilə işarə edilir.
5. texniki səbəblər nəticəsində baş tutmayan birləşmələr
Tel.rabitəsi şəbəjkəsinin kafi işlədiyi hal üçün bu əmsalların cəmi vahidə bərabər olmalıdır.
Xidmətetmə keyfiyyəti haqqında məlumat
TK sistemlərinin iş keyfiyyətini qiymətləndirmək üçün işçi norması və gecikmə vaxdı terminlərindən istifadə edilir.
TK sistemlərinin kommutasiya qurğularına daxil olan paketlər selinə ya itki ilə, ya gözləmə ilə, yaxud da kombinəedilmiş üsulla xidmət olunur.
Itki ilə işləyən sistem ele sistemə deyilir ki, bu sistemdə kommutasiya qurğularının hamısı məşğul olqan mamentdə daxil olan çağırış geri qaytarılır və itir.
Gözləmə ilə işləyən sistem elə sistemə deyilir ki, bu sistemdə kommutasiya qurğularının hamısı məşğul olan momentdə daxil olan çağırışlar geri qaytarılmır. Lakin növbəyə qoyulur və xətlərin boşalması ilə əlaqədar xidmət olunurlar.
Müasir elektron ATS-ləri kordinat ATS-lərin idarəedici qurğuları gözləmə ilə işləyirlər.
Dostları ilə paylaş: |