Giriş və çıxış xətləri arasında zaman kanallarını yenidən qruplaşdırmaq üçün zaman kommutasiya blokundan istifadə edilir.
Bu blok operativ informasiya yaddaş qurğusundan istifadə edilməklə reallaşdırıla bilər.
ZKB-dəistifadə edilən informasiya yaddaş qurğusunun əsas vəzifəsi kommutasiya olunan kanalla daxil olan informasiyaları yadda saxlamaq və oxumaqdan ibarətdir.
İYQ-nın ümumi sayı kommutasiya olunan traktların sayına bərabərdir. Hər yaddaş qurğusunda olan yuvacıqların sayı isə hər traktdakı kanalların sayına bərabər olur.
A-kı şəkildə ZKB –nin şərti təsvir edilmə sxemi göstərilmişdir.
Sxem
A-sxemində ZKB –nin şərti təsvir edilmə sxemi, b-şəklində bZKB-nin fəza ekvivalent sxemi göstərilmişdir.
VSBX - veriliş sisteminin birləşdirici xətləri
Zaman kommutasiya blokunda kommutasiyanın prinsipi ZKB çoxnaqilli kommutasiyanı həyata keçirməlidir. Yəni hər iki istiqamətdə verilişi təmin edən giriş və çıxış kanallarının kommutasiya olunmasını təmin etməlidir.
ZKB-də kommutasiyanın prinsipi şəklinə baxsaq görərik ki, girişdəi i-ci kanalı, çıxışdakı J-ci kanala kommutasiya olunması üçün yəni hər istiqamətdəki sistem üçün 4 məftilli xət tələb olunur. Bu kanallar arasındakı birləşməni simvolik olaraq düz istiqamətdə i→j,
əks istiqamətdə isə j→i kimi göstərmək olar.
a-kı şəkildə zaman kommutasiya blokunda kommutasiya prinsipi göstərilmişdir.
Sxem