Kommutasiya cihazlarının növləri Kommutasiya cihazları 3 sinifə bölünürlər:
1sinif cihazları – informasiyaların fəzaya görə
2sinif cihazlar – onların zamana görə
3sinif cihazları isə - tezliyə görə ayrılması prinsipinə əsaslanaraq qurulurlar
1.Fazaya görə kommutasiay – siqnalların fazaya görə ayrılmasını təmin edən kommutasiya cihazları rabitə yaradılan zaman hər siqnal mənbəyi üçün əlaqələndirilmiş fiziki elektrik dövrəsi yaratmağı təmin edir.
Siqnalların fəzaya görə ayrılması prinsipi 3 vəziyyətli 3 ədəd çeviricinin vasitəsi ilə təmin edilə bilər.
Bunun sxemi a-kı şəkildə göstərilmişdir.
Sxem
Şəkildə giriş 1-in çıxış 2-yə, giriş 2 çıxış 3, giriş3 – çıxış 1-rə qoşulma sxemi təsvir edilmişdir.
2.Zamana görə kommutasiya –zamana görə kommutasiya və ya siqnalların zamana görə ayrılması prinsipi hər bir rabitə üçün ayrıca fiziki dövrə, bütün çıxış və girişlərin yüksək sürətli kommutasiya cihazları vasitəsiylə ümumi ötürücü mühitə qoşulmasını təmin edən prosesdir.
Bu cihazlar tələb olunan giriş və çıxışları ayrı bir rabitə yoluna bir - birinin ardınca qısa zaman fasiləsində birləşdirirlər.
A-dakı şəkildə belə qoşulmanın sxemi təsvir edilmişdir
Sxem
Siqnalların zamana görə ayrılmasını təmin etmək üçün hər bir girişdə kommutasiya cihazı vasitəsilə siqnalın başlanğıcı qeydə alınır və bu proses periodiki olaraq təkrarlanır. Şəkildən göründüyü kimi 1-ci giriş, 2-ci çıxışa qoşulmuşdur.
Çünki 1ci və 3cü çıxışın elektron kontaklarına eyni zamanda açılanı təmin edən T1 idarəedici impluslar verilir.
Bu zaaman həmin elektron kontaktları açılmış olur və 1ci girişin 2ci çıxışa birləşməsi, yəni qoşulması baş verir.
Zamana görə kommutasiyanın avadanlıqları böyük sürətlə işləyir, kiçik ölçülərə malikdir. Və az enerji tələb edirlər. Rəqəm siqnallarının kommutasiyasında bu komutasiya növünün tətbiq edilməsi daha sərfəlidir.
Analoq siqnallarının kommutasiyası üçün bu sistemdən istifadə etmək müəyyən məhdudiyyətlə bağlıdır.