SƏS SAHƏSİ VƏ ONUN XARAKTERİSKALARI Səs dedikdə, maddi elastik mühitdə (qazlarda, bərk cisimlərdə və mayelərdə) yayılan və qulaq tərəfindən qəbul edilən mexaniki dalğalar başa düşülür.
Səs mənbəyindən daxil olan və sonradan fiziki mühitlə yəni hava ilə yayılan mexaniki dalğalar ətraf fiziki mühiti məcburi rəqsə gətirir və nəticədə növbəti hava qatına çataraq, onu da rəqs etməyə məcbur edir. Təsvir edilən proses o vaxta qədər davam edir ki, ətraf mühitin akustik müqavimətinin aradan qaldırılması üçün mexaniki dalğaların enerjisi zəifləmiş olsun. Bundan sonra mexaniki dalğaların ətraf mühütdə yayılma prosesi dayanır.
Səsin fiziki mühitlə yayılarsa bu prosesi səs dalğaları, səsin yayıldığı mühit isə səs sahəsi adlanır.
Səs dalğalarının parametrləri Ən sadə səs dalğalağı,harmonik və ya sinusoidal formalı dalğalardır. Bütün dalğalar tezlik, period yəni dövr və anplituda kimi üç əsas parametrlə xarakterizə olunur.
Səsdalğalarının tezliyi dedikdə, rəqs edən cismin bir saniyə ərzindəki rəqslərinin sayı nəzərdə tutulur. Tezliyin ölçü vahidi Hersdi. Rəqs - rəqs edən cismin tarazılıq vəziyyətindən hər iki tərəfə meyl etməsi prosesi nəzərdə tutulur.
Rəksdalğalarının periodu, bir saata harmonik rəqsin davametmə müddəti başa düşülür. Rəks dalğalarının tezliyi artdıqca onun təkrar olunma
periodu azalır. Səsdalğalarının amplitudu dedikdə, rəqs edən cismin ilkin nöqtədən ən uzaqda yerləşən nöqtəsinə qədər olan məsafəsi başa düşülür.
A-dakı şəkildə mürəkkəb və sadə səs rəkslərinin nümunləri göstərilmişdir.
Səsin növləri və onların tezlik diapazonları Əsas səsdalğaları növləri və tezliyinə görə, kişi və qadın səsləri olmaqla, aşağıdakı kimi tezlik diapazonunu əhatə edir:
Bas 80- 320 hers
Bariton 100- 400hers
Tenor 130-480 hers
Kontralto. 160- 600 hers
Soprano 250- 1200hers
İnsan qulağının ən görkəmli xüsusiyyətlərindən biri qəbul edilən səs dalğalarinin tezlik diapazonudur.
İnsan qulağı tərəfindən hiss edilən ən minimal səsin intensivliyiən güclü eşitdiyi səsin intensivliyi isə 10 -12 vt/m2 –dır
İkinci halda insan qulağı dəhşətli ağrılarhiss edir, qulaq pərdəsi zədələnir və qulaq pərdəsi ağrıya dözməyərək, kar olur.
Beləliklə məlun olur ki, insan qulağı intensivlikləri biri – birindən 10 trilyon dəfə fərqlənən səsləri seçmə qabiliyyətinə malikdir. Xüsusi ilə insan qulağının həssaslığı heyranedicidir. Qulaq təzyiqi 3.107 paskal, amplitudu isə santimetrin milyonda birinə malik su damcısını hiss edir.