Birtərəfli Darvinist təhsilin nəticələri
Darvinist təhsil insanlara həyatlarının məqsədi olmadığını təlqin edərək onları hər cür ümid və sevincdən məhrum, bədbin, cani xarakterli ruhi xəstələrə çevirir.
Darvinist təhsilin səbəb olduğu əxlaqi pozuntu və vəhşiliyin digər nümunəsi də həbs olunmazdan əvvəl 17 uşağı öldürən amerikalı qatil Cefri Dahmerdir. Dahmer ölümündən əvvəl Dateline NBC kanalına verdiyi son müsahibəsində belə açıqlama verir:
“Əgər bir insan bir Yaradanın varlığını və Onun qarşısında məsul olduğunu düşünmürsə, onda niyə onun davranışlarını islah etməyə çalışırsınız? Mən də belə düşünürdüm. Həmişə təkamül nəzəriyyəsinin, yəni bizim təsadüfən sadəcə palçıqdan əmələ gəldiyimizin doğru olduğuna inanmışam. Öldükdə də hər şey bitir, artıq heç bir şey yoxdur”.
Darvinin kütlələri zəhərlədiyi batil inanc insanları vəhşi qatilə çevirir. İnsanlara bir Yaradan qarşısında məsul olmadıqlarını təlqin edən, onları məqsədsiz, məsuliyyətsiz, nəzarətsiz varlıqlar olduqlarına inandıran, insanı heyvan hesab edən və ölümü qəti son kimi göstərərək insanları axirət həqiqətindən uzaqlaşdırmağa çalışan bu azğın inancın gətirdiyi nəticə budur.
Son iki yüz ildir dünyaya müharibələri, qırğınları, zalımlığı, terroru, cinayətləri, soyqırımları, degenerasiyanı və hər cür bəlanı gətirən ən böyük batil ideologiya darvinizmdir. Cəmiyyətdə bir vaxtlar təşəkkül edən dinsizliyin, irqi ayrı-seçkiliyin, soyqırımın səbəbi olan faşizmin, kommunizmin və dünya müharibələrinin ardında keçən əsrin ən böyük yalanı və bəlası olan darvinizm var.
Darvinin başlatdığı bu qara bəlanın cəmiyyətə mənfi təsiri dövrümüzə qədər davam etmişdir. Darvinizmin dövrümüzdəki ən güclü müdafiəçilərindən biri olan Riçard Dokinzin son kitabı da insanları Allah inancından uzaq, bədbinliyə və ümidsizliyə sürükləyən təlqinlərlə doludur. Bunun ən əsas nümunələrindən biri Amerikadakı Cess Kilqor adlı 22 yaşlı tələbədir. Bu gəncə professoru Dokinzin kitabını oxumağı tövsiyə etmiş, gənc kitabı oxuduqdan sonra intihar etmişdir.
Bu qaranlıq bəla, yəni darvinizm insanları ölümə, cinayətə, bədbinliyə, yoxluq hissinə, vəhşiliyə sürükləyən, insanlara təsadüfən əmələ gəlmiş heyvan olduğunu təlqin edən azğın inancdır. Bu dinin bir neçə təmsilçisi insanları Allah inancından uzaqlaşdırmaq üçün var gücləri ilə cəhd göstərirlər. Ona görə, darvinizmin əsassız olduğunu məktəblərdə öyrədilməsinə ciddi qarşı çıxır, yaradılışı sübut edən fosilləri gizlədir, zülalın təsadüfən əmələ gəlməyəcəyini, 350 milyondan çox fosilin darvinizmi təkzib etdiyini etiraf etmirlər. Ancaq bütün bu tədbirlərinə baxmayaraq, XXI əsrdə insanlar artıq yalanlara aldanmırlar. Darvinizmin saxtakarlıq olduğu bütün dünyada ifşa edildikdən sonra darvinizmi dirçəltmək üçün edilən bütün cəhdlər boşa çıxmışdır
“Ara keçid fosil tapıldı” iddiası saxtakarlıqdır
Darvin dövründə ara keçid fosillərin yoxluğu həll olunacaq problem kimi görünürdü. Darvin yer üzünün təbəqələrində nəzəriyyəsini təsdiqləyəcək heç bir ara keçid fosili tapılmamasını təəccüblə qarşılayır, amma yenə də onların gələcəkdə tapılacağına inanırdı. “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” fəslində mövzu ilə bağlı bunları yazmışdı:
Əgər, həqiqətən, növlər digər növlərdən tədricən törəyibsə, nə üçün saysız-hesabsız ara keçid formaya rast gəlmirik? Nə üçün bütün təbiət qarışıqlıq halında deyil, tamamlanmış və yerli-yerindədir? Saysız-hesabsız ara keçid forması olmalıdır, bəs nə üçün yer üzünün bu qədər çoxsaylı təbəqəsində tapa bilmirik…. Nə üçün hər geoloji forma və hər təbəqə belə formalarla dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş proses üzə çıxarmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq.
Darvinin ümidini təkzib edən və təqribən 150 ildən bəri tapılmayan ara keçid fosilləri Darvinin nəzəriyyəsinə, həqiqətən də ən böyük etiraz kimi ortaya çıxdı. Çünki müntəzəm olaraq qazıntılar aparılır və darvinistlərin iddiasına əsasən, yer üzünün demək olar ki, hər təbəqəsində milyonlarla, hətta milyardlarla tapılmalı olan ara keçid fosillərindən bir dənəsi belə üzə çıxmırdı. Ara fosilin olmaması darvinizmin ölümü demək idi və batil darvinizm dininin tərəfdarları tərəfindən qəbuledilməz vəziyyət idi. Elə buna görə, darvinistlər ənənəvi üsullarına əl atdılar və fantastik ara fosillər hazırlamağa başladılar. Bu gün darvinist mənbəli nəşrlərə, bu mövzudan bəhs edən orta məktəb və universitet kitablarına baxdıqda ara forma adı altında tanıdılmış bütün canlı fosillərinin, əslində, saxtakarlığın məhsulu olduğunu görürük. Bəzən nəsli kəsilmiş canlılar, bəzən xəyali rəsmlər, bəzən bircə diş fosili, bəzən də laboratoriya mühitində hiylə ilə hazırlanmış kəllə sümüklərindən istifadə edərək uydurulmuş bu saxta dəlillərin hər biri ara fosil olmamasının və darvinizmin yalan olduğunun mühüm sübutudur.
Riyaziyyat professoru V.Smit ara fosil olmaması həqiqətini açıq şəkildə etiraf edən elm adamlarındandır:
“Canlılar çox açıq və təfərrüatlı şəkildə ortaya çıxmışdır, ara fosil yoxdur və “itmiş halqalar” sözün əsl mənasında mövcud olmamışdır”.
Kanzas Universitetindən geolog Ronald R. Vestin isə bu mövzudakı şərhi belədir:
Əgər təkamül baş versəydi, fosillər bunları göstərməliydi:
1. Həyata dair dəlillər mövcud olan ən qədim süxurlarda fosilləşmiş ən qədim ilkin canlı formalarına rast gəlinməli,
2. Daha gənc süxurlar daha mürəkkəb canlı formalarının fosillərinin dəlillərini daşımalı,
3. Canlı formalarında ibtidaidən daha mürəkkəbə doğru pilləli keçid olmalı,
4. Həddindən artıq çoxlu sayda ara keçid formalarının fosilləri tapılmalıydı.
Lakin bir çox elm adamının yazdığının əksinə, fosillər Darvinin təkamül nəzəriyyəsini dəstəkləmir.
Darvinistlər indiyə qədər heç bir ara keçid forma nümunəsi göstərə bilməyiblər. Yer üzünün təbəqələrindən heç bir ara fosil çıxarılmamışdır. Təkamül muzeylərində nümayiş etdirilən həqiqi ara fosil nümunəsi yoxdur. İndiyə qədər 350 milyondan çox fosil tapılmışdır, lakin onlardan heç biri ara fosil deyil. Hamısı ya dövrümüzdə yaşayan, ya da nəsli kəsilmiş canlıların tam, mükəmməl fosil nümunələridir.
Ara formanın olmamasını darvinistlər belə inkar edə bilmirlər. Bəzən darvinistlər müxtəlif çətinliklər qarşısında bunu açıq şəkildə bildirmək məcburiyyətində qalırlar. Buna bir misal olaraq təkamülçü paleontoloq Colin Pattersonun bu mövzu ilə bağlı ifadələrini göstərmək olar:
Təkamül xarakterli keçidlərə dair kitabımdakı (Evolution) nümunə çatışmazlığı haqqındakı şərhlərinizə tamamilə şərikəm. Əgər fosil və ya canlı kimi tanıdığım bircə dənə ara forma olsaydı, kitabıma əlavə edərdim… Açıq danışacağam, fosillər arasında bircə dənə ara keçid forma yoxdur.
Ara formanın yoxluğu təkamülün yoxluğu deməkdir. Təkamül nəzəriyyəsinin əsaslı olması üçün bircə fosil kifayət deyil, bir neçə fosil də kifayət etmir. Bu fosillər milyonlarla olmalıdır. Lakin bircə dənə də ara fosil tapılmayıb. Ona görə, təkcə bu həqiqət – yəni 2000-ci ilin əvvəllərində tapılan fosillərin sayı təqribən 100% təşkil edərkən mövcud olmalı ara fosillərdən bircə dənəsinin də tapılmaması – təkamülün yalan olmasının çox güclü və qəti sübutudur.
Oksford Universitetini zoologiya fakültəsindən Mark Ridley fosillərin təkamülə darvinist yalanı üzə çıxarmaqdan başqa heç bir şey qazandırmadığını bu şəkildə açıqlamışdır:
İstər mərhələli, istər sıçramalı təkamülü müdafiə etsin, heç bir təkamülçü fosillərdən xüsusi yaradılışın qarşısında təkamülü müdafiə etmək üçün istifadə etməz…
Maraqlıdır ki, darvinistlər bu həqiqətə baxmayaraq, daha sonra nümunələrini görəcəyimiz kimi tam, mükəmməl formadakı fosilləri hələ də ara fosil kimi təqdim etməyə çalışır və ya ara forma fosillərini özləri hazırlayırlar. Saxtakarlığa əl atılmasının səbəbi, şübhəsiz, elmi cəhətdən əsl dəlil gətirə bilməmələridir. Darvinizmi saxtalaşdıran ən mühüm ünsür də bu batil dinin tərəfdarlarının yalana, aldatmağa məcbur olmalarıdır. Bu batil dini müdafiə edənlər “elm adından” hərəkət etdiklərini söyləyirlər, lakin elmin gətirdiyi nəticələr təkamül nəzəriyyəsini açıq şəkildə təkzib edir. Darvinistlərə əsasən, batil darvinizm dininin sağ qalması ancaq saysız-hesabsız yalan yolu ilə baş verə bilər. Buna görədir ki, darvinistlərin bu düsturun bir hissəsi kimi apardıqları “ara fosil tapıldı” təbliğatı da böyük saxtakarlıqdır.
Dostları ilə paylaş: |