Microsoft Excel 2010 proqramının
interfeysi
MS Excel 2010 proqramı (və ya cədvəl prosessoru) əsasən iqtisadi məsələlərin həlli üçün nəzərdə tutulur. O cümlədən, gündəlik fəaliyyəti cədvəllər üzərində ədədlərlə işləməkdən və müxtəlif hesablamalar aparmaqdan keçən bank və Microsoft Excel 2010 proqramı ilə işə başlamaq üçün bu proqram icra olunmalıdır. Bunun üçün aşağıdakı üsullardan birini seçmək olar:
Baş menyuda tez-tez işlənən proqramlar siyahısından Microsoft Excel 2010 (əgər varsa) seçilir;
Baş menyuda All Programs (Bütün proqramlar) siyahısından Microsoft Office qovluğu seçilir və bu zaman açılan proqramlar siyahısından Microsoft Excel 2010 seçilir;
Tapşırıqlar paneli üzərində bərkidilmiş elementlər sırasından Microsoft Excel proqramı (əgər varsa) seçilir;
mühasibat işçiləri bu proqramdan daha çox istifadə edirlər.
① - File (Fayl) menyusu pəncərənin yuxarı sol küncündə yaşıl rəngli düymə ilə təmsil olunur. Bu menyunun əmrlərindən elektron cədvəlin saxlanılması, açılması, yenisinin yaradılması, çap edilməsi və eləcə də elektron cədvəllərlə işləyərkən bir sıra digər vacib əməliyyatların aparılmasında istifadə edilir.
② - Quick Access Toolbar (Cəld giriş paneli/Панель быстрого доступа) pəncərəini yuxarı sol küncündə yerləşir. Bu panel üzərində çox tez-tez istifadə edilən əməliyyatların icrası üçün nəzərdə tutulmuş düymələr yerləşir. Standart halda bu panel üzərində cəmisi üç düymə- saxlamaq, imtina etmək və təkrar etmək düymələri yerləşir. Lakin istənilən halda bura əlavə düymələr yerləşdirmək, həmçinin buradan lazımsız düymələri ləğv etmək olar.
③ - Title Bar (Pəncərənin başlıq sətri/Заголовок окна) pəncərənin yuxarısında yerləşir və burada proqramın adı və cari anda açılmış işçi kitabın adı əks olunur.
④ - Ribbon (Panellər lenti / Лента) ilk dəfə Office 2007 proqramlarında tətbiq edilmiş mühüm yenilikdir və keçmiş versiyalardan məlum olan menyu səti və standart alətlər panelini əvəz edir. Panellər lenti Office 2010 proqramlarının hamısında mühüm pəncərə interfeysi kimi istifadə edilir və proqram pəncərəsinin yuxarı hissəsində yerləşir. Panellər lenti üzərində bir neçə alətlər paneli, hər bir alətlər paneli üzərində isə bir neçə qrup əmrlər (düymələr) yerləşir.
⑤ - Excel proqramı pəncərəsinin idarə olunması üçün istifadə olunur.
⑥ - Excel proqramı pəncərəsində açılan sənəd pəncərəsinin (işçi kitabın) idarə olunmasında istifadə edilir. Yəni bu düymələr vasitəsilə işçi kitabı maksimum böyütmək, minimum kiçiltmək və ya bağlamaq olar.
⑦ - Name box (Sahənin adı / Поле имени) panellər lentinin altında düstur sətrinin solunda yerləşir və burada cədvəlin aktiv (cari) xanasının adı, yəni ünvanı əks olunur.
⑧ - Formula bar (Düstur sətri/Строка формул) panellər lentinin altında cari xananın adından sağda yerləşir. Düstur sətrindən müəyyən informasiya, düstur və ya funksiyalar daxil etmək və onları redaktə etmək üçün istifadə edilir. Bu sətirdə həm də cari xananın məzmunu əks olunur.
⑨ - Cəddvəl sütunlarının başlıqıarı elektron cədvəl daxilində ayrı-ayrı xanalara giriş üçün xanaların adlarında istifadə olunur. Belə ki, xanalar sətir və sütunların kəsişməsində yerləşdiyindən onların adları (ünvanları) üyğun sütunun adı və sətir nömrəsi ilə ifadə olunur. Buna uyğun olaraq sütunların adları onların başlıqlarında əks olunur. Standart Excel 2010 cədvəlində 16 384 sütun olur və bu sütunlar A-dan başlayaraq latın əlifbasının hərflərilə ardıcıl işarələnirlər: A, B,..., AA, AB,...,XFC, XFD.
⑩ - Sətirlərin nömrələri elektron cədvəllərdə xanaların adının (ünvanının) müəyyən olunmasında istifadə edilir. Standart Excel 2010 cədvəlində 1 048 576 (milyondan çox) ardıcıl nömrələnmiş sətir olur.
⑪ - Vərəqlər üzrə keçid düymələri. Adətən işçi kitabda susmaya görə cəmisi 3 vərəq olur. Buna baxmayaraq vərəqlərin sayını istənilən qədər (kompüterin fiziki yaddaşı imkan verənə qədər) artırmaq olar. Odur ki, vərəqlərin sayı kifayət qədər çox ola bilər. Bu halda onların hamısının işarələri (adları) pəncərənin aşağısında əks olunmur (yer azlığından). Bu zaman vərəqlərin adları əks olunmuş işarələrindən solda yerləşən keçid düymələri istənilən vərəqə keçməyə imkan verir (şəkil 1.2).
Çap parametrləri
Dostları ilə paylaş: |