File menyusundan icra olunan Print (Çap/Печать) əmri cari Excel vərəqinin çapı üçün istifadə edilir. Print əmri icra olunduqda çap parametrlərinin təyin edilməsinə imkan verən pəncərə əlavəsi ekrana çıxır. Həmin pəncərə əlavəsinin iki paralel sütununda cari sənədin çap parametrləri (şəkil 1.15) və çapdan əvvəlki görünüşü əks olunur (fəsil 4-ə bax!).
Çap parametrləri sənədin çapının sazlanması və təşkil olunmasını təmin edir. Belə ki, bu parametrlər vasitəsilə cari sənədin neçə nüsxə çap olunacağı təyin edilir, çap olunacaq səhifələrin nömrələri daxil edilir, istifadə olunacaq kağız formatı və çap prosesində kağızın orientasiyası müəyyən edilir, kənarlardan buraxılan boşluq məsafələri təyin edilir, sənədin bütünlüklə vərəqdə yerləşə bilməsi üçün miqyaslama əməliyyatı aparılır
Səhifə parametrlərinin sazlanması üçün həm də Page Setup (Səhifə parametrləri) adlı dialoq pəncərəsinin elementlərindən də istifadə edilir. Bu pəncərə Page Setup (Səhifə parametrləri / Параметры страницы) qrupunun aşağı sağ küncündə yerləşən kiçik ox düyməsindən istifadə etməklə açılır
Dostları ilə paylaş: |