Microsoft Excel 2010 proqramının interfeysi ms excel 2010



Yüklə 1,37 Mb.
səhifə34/34
tarix10.05.2022
ölçüsü1,37 Mb.
#57271
1   ...   26   27   28   29   30   31   32   33   34
Excel konspektler

RIGHT (ПРАВСИМВ) funksiyası LEFT funksiyası ilə eynidir. Yalnız bir fərqi var ki, bu halda göstərilən sayda simvollar ardıcıllığı mətnin sağından (axırından) ayrılır.

  • LEN (ДЛСТР) funksiyası sətir uzunluğunu (sözdə, söz birləşməsində, cümlədə və s. simvolların sayını) verir. Yazılış formatı belədir: =LEN(“mətn”). Məsələn, xanaya =LEN(“Kompüter həyatımızın bir hissəsidir.”) düsturu daxil edildikdən sonra Enter düyməsi basıldıqda həmin xanada 36 görünür.

  • MID (ПСТР) funksiyası mətn sətrinin ortasından (istənilən yerindən) müəyyən hissəni (müəyyən sayda simvollar ardıcıllığını) ayırır. Yazılış formatı belədir: =MID(“mətn”,n,m). Burada n ədədi ayrılan hissənin neçənci simvoldan başlandığını, m isə neçə ardıcıl simvolun ayrıldığını göstərir. Məsələn, =MID(“fonetika”,4,5) düsturu daxil edilən xanada “etika” sözü əks olunur.


    Statistik funksiyalar

    Formulas panelindən Function library qrupundan



    -AvtoCəm/Автосумма düyməsi basıldıqda Excel proqramının bəzi standart funksiyaları əks olunur: SUM(CƏM), AVERAGE(ORTA), COUNT (SAY), MAX(MAKSIMUM), MİN(MINIMUM) (Şəkil 5.7). Bu funksiyalar cari elektron cədvəldə seçilmiş müəyyən ardıcıl sətir və ya sütun elementlərinin müvafiq olaraq cəmini, orta qiymətini, sayını və onların arasından ən böyük və ən kiçik elementləri tapmaq üçün istifadə edilir:

    SUM(diapazon)” - bu funksiya seçilmiş diapazondakı ədədlərin cəmini hesablayır.

    Məsələn B5 xanasında “=SUM(A1:A8)” düsturunu qursaq A1:A8 diapzonundakı ədələrin cəmini hesablayaraq B5 xansında yerləşdirəcəkdir. Eyni qayda ilə B5 xanasında “=AVERAGE(A1:A8)” düsturunu qursaq A1:A8 diapzonundakı ədələrin orta qiymətini hesablayaraq B5 xansında yerləşdirəcəkdir.

    “=COUNT(A1:A8)” bu diapzondakı ədədlərin sayını hesablayacaq.



    “=MAX(A1:A8)” bu diapzondakı ədədlərin maksimumunu tapır.

    “=MİN(A1:A8)” bu diapzondakı ədədlərin minumumunu tapır.
    Yüklə 1,37 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   26   27   28   29   30   31   32   33   34




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin