Microsoft Excel 2010 proqramının interfeysi ms excel 2010


- Print Area (Çap oblastı/ Область печати)



Yüklə 1,37 Mb.
səhifə27/34
tarix10.05.2022
ölçüsü1,37 Mb.
#57271
1   ...   23   24   25   26   27   28   29   30   ...   34
Excel konspektler

- Print Area (Çap oblastı/ Область печати) düyməsi çap oblastını təyin etmək üçün istifadə edilir. Belə ki, bəzən bütün cədvəli yox, yalnız onun bir hissəsini – müəyyən bir fraqmenti çap etmək lazım gəlir. Bunun üçün həmin hissə - fraqment seçilr, yəni çap oblastı təyin edilir. Elektron cədvəldə çap oblastı aşağıdakı qayda ilə təyin edilir:

  • Cədvəlin müəyyən hissəsi (fraqment) seçilir.

  • Print Area (Çap oblastı/ Область печати) düyməsi basılır.

  • S et Print Area (Çap oblastını təyin et / Задать) əmri (şəkil 4.7) seçilir. Bu halda cədvəldə həmin seçilmiş hissə (fraqment) qırıq-qırıq xətlərlə haşiyələnmiş olur. Yəni bundan sonra çap əmri icra olunarsa, yalnız cədvəlin həmin hissəsi çap olunacaq.

Çap oblastının düzgün təyin edilməsinə əmin olmaq üçün File (Fayl) menyusu açılır və oradan Print (Çap) əmri seçilir. Nəticədə öncə görünüş sahəsində çap oblastı əks olunur.

Çap oblastının silinməsi üçün Clear Print Area (Çap oblastını sil / Убрать) əmri seçilir.

Çap oblastını Page Setup (Səhifə parametrləri) dialoq pəncərəsindən də təyin etmək olar. Bunun üçün Page Setup (Səhifə parametrləri) dialoq pəncərəsinin Sheet (Vərəq/Лист) əlavəsi açılır və Print area (Çap oblastı) sətrindən tələb olunan diapazon daxil edilir. Bundan sonra OK düyməsi basılır. Nəticədə çap oblastı qırıq-qırıq xətlərlə ayrılmış olur.

kəsiklərini ləğv etmək üçün istifadə edilir.

- Background (Arxa fon / Подложка) düyməsi elektron vərəqin fon rəsmilə bağlı əməliyyatların icrası üçün nəzərdə tutulur. O cümlədən, elektron vərəqə fon rəsmi yerləşdirmək üçün aşağıdakı addımlar icra olunur:

1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin