Page Setup (Səhifə parametrləri / Параметры страницы) qrupunun elementləri cədvəl səhifələrinin çapa hazırlanması üçün tətbiq edilən bir sıra parametrlərin sazlanmasında istifadə edilir. Buraya cədvəlkənarı sahələrin ölçüləri, cədvəlin çap orientasiyası, cədvəl səhiflərinin ölçüləri, çap oblastı, səhifə kəsikləri, fon şəkilləri və başlıqların çap parametrləri aiddir.
MS Excel 2010 proqramı işçi vərəqdə çox böyük cədvəllər yaratmağa imkan verir. Həmçinin bu proqram belə böyük cədvəlləri səhifələrə bölür və hər bir səhifəni ayrıca kağız vərəqlərdə çap edir. Cədvəllərin səhifələrə bölünməsi səhifə parametrlərinin qiymətlərinə uyğun aparılır. Yəni çapdan əvvəl elektron cədvəl sənədinin səhifə parametrləri
sazlanmalıdır. Burada boşluq sahələrinin ölçüləri, kağız
ölçüləri, orientasiya, başlıqlar, çap ardıcıllığı və digər
parametrlər nəzərdə tutulur.
Page Layout (Səhifə maketi / Разметка страницы) paneli üzərindəki Page Setup (Səhifə parametrləri / Параметры страницы) qrupuna daxil olan düymələr (şəkil 4.4) elektron cədvəlin səhifələrə bölünməsi, səhifə kənarı boşluq sahələri və səhifə orientasiyası, kağızın ölçüləri, çap oblastı, səhifə kəsikləri, səhifə fonu, cədvəl başlıqlarının çapı ilə bağlı parametrlərin sazlanması üçündür.
Səhifə parametrlərinin sazlanması üçün həm də Page Setup (Səhifə parametrləri) adlı dialoq pəncərəsinin elementlərindən də istifadə edilir. Bu pəncərə Page Setup (Səhifə parametrləri / Параметры страницы) qrupunun aşağı sağ küncündə yerləşən kiçik ox düyməsindən istifadə etməklə açılır (şəkil 4.5a).
- Margins (Sahələr Поля) düyməsi basıldıqda cədvəl ətrafındakı boşluq sahələrin (boşluqların) təyin olunması üçün iç variant ekrana çıxır: Normal (Adi / Обычное), Enli (Wide / Широкое), Narrow (Dar / Узкое) (şək.4.5). Bunlardan hər hansı biri seçilə bilər. Bununla yanaşı Excel proqramında susmaya görə birinci variant nəzərdə tutulur.
Proqramda təklif olunan sazlanma vatriantları qaneedici olmazsa, o halda həmin siyahının aşağısında əks olunan
Custom Margins (Sazlanan sahələr/ Настраиваемые поля) əmri seçilir. Bu halda Page Setup (Səhifə parametrləri /Параметры страницы) dialoq pəncərəsinin Margins (Sazlanan sahələr) əlavəsi açılır (şəkil 4.5a). Buradan sahə parametrlərinin qiymətini dəyişmək olar.
- Orientation (Orientasiya / Ориентация) düyməsi çap vərəqinin orientasiyasını təyin etmək üçündür. Bu düymə basıldıqda proqramın təklif etdiyi iki variant ekrana çıxır (şəkil 4.6). Printerlər cədvəl sətirlərini vərəqin uzun və ya qısa tərəfləri üzrə çap edə bilir. Belə ki, cədvəl sətirlərinin kağız vərəqdə qısa tərəflər üzrə (kitab kimi) çapı zamanı vərəqin kitab orientasiyasından istifadə edilir. Eləcə də cədvəl sətirlərinin kağız vərəqdə uzun tərəflər üzrə (albom kimi) çapı zamanı vərəqin albom orientasiyasından istifadə edilir. Cədvəllərin çapında bu variantlardan birini seçmək olar.
Vərəqin orientsiyası Page Setup (Səhifə parametrləri) dialoq pəncərəsindən də sazlana bilər. Bunun üçün həmin pəncərənin Page (Səhifə/Страница) əlavəsi açılır və zəruri arientasiya seçilir. Bu pəncərə əlavəsi vərəqin orientasiyası ilə yanaşı həm də onun ölçüsünü (formatını) təyin etməyə imkan verir. Bunun üçün Paper size (Kağızın ölçüsü) siyahısı açılır və tələb olunan ölçü seçilir.
Dostları ilə paylaş: |