Mətn funksiyaları
Formulas panelindən Function library qrupundan
- Mətn/Текстовые düyməsi basıldıqda Excel cədvəllərində mətnlərlə bağlı bir sıra xüsusi əməliyyatların aparılması üçün nəzərdə tutulmuş funksiyalar (mətn funksiyaları) əks olunur.
Və ya xanada = içarəsindən sonra bu funksiyaları daxil etmək olar.
Bunların bəzilərinə baxaq.
LEFT (ЛЕВСИМВ) funksiyası sətrin solundan göstərilən sayda ardıcıl simvollar ayırır. Yazılış formatı belədir: =LEFT(“mətn”;[simvolların sayı]). Arqumentlər belə təyin edilir:
Birinci arqument dırnaqda yazılmış mətn və ya mətnin yerləşdiyi xananın ünvanı (məslən A1,B2 və s) ola bilər.
Ikinci arqument məcburi deyil (buraxıla bilər). Bu halda sətrin solundan yalnız bir simvol ayrılır.
Məsələn, cədvəl xanasına =LEFT(“fonetika”;3) düsturu daxil edildikdən sonra OK düyməsi basılan kimi həmin xanada “fon” sözü görünür.
Dostları ilə paylaş: |