Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə42/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   38   39   40   41   42   43   44   45   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

210


 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

formalı kristallar olmuşdur. Nümunələr xüsusi tarazlığa gətirilməmiş  və bilavasitə sintezdən sonra 

ölçmələrə hazırlanmışdır. Ölçülər 1V gərginlik altında aparılmışdır. Ölçmə sxemində nümunə  həm 

müqavimət, həm də tutum kimi istifadə edilmişdir. 

Göstərilən sxemlər üzrə ardıcıl olaraq nümunələrin tutumları, xüsusi müqavimətləri, dielektrik 

itkiləri, dielektrik nüfuzluğunun həqiqi və ideal hissələri (

 və ) ölçülmüş və hesablanmışdır. Alınan 

ölçü məlumatlarına  əsasən axtarılan xassələrin tezlikdən asılılıq qrafikləri qurulmuşdur.  Məlum 

olmuşdur ki, 

-  СuInSe

2

-nin xüsusi müqaviməti 1000 Hs tezliyə  qədər tezlikdən çox az dəyişir. 



Dielektrik itkisinin (D) və dielektrik nüfuzluğunun tezlikdən asılılığı 200 Hs-ə qədər 4-5 dəfə dəyişir. 

Sonrakı tezliklərdə onların qiymətləri praktiki olaraq dəyişməz qalır. 

 

 

NİKELİN(II) MÜXTƏLİF AZOBİRLƏŞMƏLƏRLƏ ƏMƏLƏ 

GƏTİRDİYİ KOMPLEKSLƏRİN SPEKTROFOTOMETRİK TƏDQİQİ 

 

V.İ.MƏRDANOVA, G.Q.NƏZƏROVA, R.Ə.ƏLİYEVA, F.M.ÇIRAQOV 

Bakı Dövlət Universiteti 



vusala_chem@mail.ru 

AZƏRBAYCAN 

 

Müasir texnikanın  əsasını metallar və metal ərintiləri təşkil edir. Müasir dövrdə geniş istifadə 



olunan atom enerjisi yeni materiallara yüksək təlabatlar  qoyur. Sənayenin sürətlə inkişaf edən 

sahələri-kimya, neft, maşınqayırma, trasport və s. Yüksək davamlı nikel ərintiləri geniş tətbiq olunur. 

Nikel yüksək kimyəvi və mexaniki xassələrə malikdir. Nikelin oda, turşuya, karroziyaya davamlı, 

maqnit, elektrik, termoelektrik, yüksək fiziki xassəli  ərintiləri geniş  tətbiq olunur. Bundan başqa 

nikelin ərintiləri atom reaktorlarının kanstruksiualarında istifadə olunur.                                    

Ərintilərin keyfiyyətini yaxşılaşdırmaq və texnoloji xassə vermək üçün nikeldən istifadə olunur. 

Buna görə  nikelin təyini üçün yüksək analitik xarakteristikalara – həssaslıq, seçicilik, dəqiqliyə malik 

metodikaların işlənməsi aktual problemdir. Son illər  ədəbiyyat məlumatlarının təhlili göstərir ki, bu 

elementlərin təyini üçün iqtisadi səmərəliliyə və sadə cihaz təminatına malik fotometrik analiz metodu 

geniş  tətbiq olunur. Ədəbiyyatdan məlumdur ki, nikelin(II) spektrofotometrik təyini üçün  bu və ya 

digər analitik xarakteristikaları yüksək olan nəticələr hidroksiazobirləşmələrin (-OH, -N

N-) tətbiqi 

nəticəsində mümkün olmuşdur. Ona görə  də göstərilən funksional analitik qruplar saxlayan reagent-

lərin – piroqallol və 

-diketonun azotörəmələrinin səthi - aktiv maddələr və aminlər iştirakında 

kompleks  əmələ  gətirməsinin fiziki-kimyəvi xassələrinin öyrənilməsi və analitik tətbiqi aktual prob-

lemdir. 

Təqdim olunan işdə piroqallol və 

-diketon əsasında sintez olunmuş üç üzvi reagentdən istifadə 

olunmuşdur. R

1

-2,2´,3,4-tetrahidroksi-3´-sulfo-5'-nitroazobenzol, R



2

-1-fenil-2,3-dimetilpirazalon-5-

azo-4-piroqallol, R

3

-(1-fenil-2,3-dimetil-pirozolon-5) azopentadi on-2,4 



 Eyniliqandlı  və müxtəlifliqandlı komplekslərin tərkibi izomolyar seriyalar, Starik-Barbanelin 

nisbi çıxım və tarazlığın sürüşməsi metodu ilə  təyin edilmişdir.Nikelin tədqiq olunan binar və 

qarışıqliqandlı kompleks birləşmələrinin spektrofotometrik xarkteristikaları verilmişdir.  

Kompleks pH

opt 

λ

mak



nm 


 

Kompleksin 

tərkibi 

Ber q.-na tab., 

mkq/ml 

LgK



1 

Ni-R


4 459 


16000 

1:2 


0.12-2,32 

4.24


0.04 

Ni-R


1

-SPCl 3 


467 

18600 


1:2:2  0,12-2,32 4.98

0.03 


Ni-R

1

-SPVr 2 



471 

20500 


1:2:2  0,07-2,32  5.85

0.05 


Ni-R

1

-STMAVr 2  472 



21200 1:2:2 

0,07-2,32 

6.12

0.07 


Ni-R

6 510 



10000 

1:2 


0.12-2,32 

8,75±0,05 

Ni-R

2

-SPCl 3 



537 

18600 


1:2:2  0,07-2,32 9,35

0,05 


Ni-R

2

-SPVr 4 



541 

17250 


1:2:2  0,07-2,32  9,05±0,05 

Ni-R


2

-STMAVr 5  563 

15000 1:2:2 

0,12-2,32 

8,90

0,03 


Ni-R

7 411 



6250 1:2 

0.37-2.78 

4.24±0.04 

Ni-R


3

-DAPFM 6 321 

12800 

1:2:1 


0.37-2.78 

4.75.±0.05 

Ni-R

3

-Ox 6 



315 

18000 


1:2:1 0.23-2.83 

4.98.±0.03 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

211


 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Komrlekslərin spektrofotometrdə çıxarılmış spektrlərinə əsasən Ni-R

1

-SPBr, Ni-R



1

-STMABr, Ni-

R

2

, Ni-R



2

SPCl, Ni-R

2

-SPBr, Ni-R



2

-STMABr komplekslərinin udma spektri reaktivin udma spektri ilə 

müqayisədə dalğa uzunluğunun artma istiqamətinə yerini dəyişdiyindən bataxrom, Ni-R

1

, Ni-R



1

-SPCl, 


Ni-R

3

, Ni-R



3

-DAPFM, Ni-R

3

-Ox komplekslrində isə  əksinə olduğu üçün gibsaxrom yerdəyişmə 



müşahidə olunur. Ədəbiyyatdan məlumdur ki, üzvi molekula daxil edilmiş funksional qrupların 

təbiətindən asılı olaraq bir aromatik nüvə müsbət, digəri isə mənfi yüklənir və nəticədə bu nüvələrin 

qarşılıqlı  təsiri hesabına -π- kompleks əmələ  gəlir. Nəticədə liqandın işıqudma spektrində batoxrom 

sürüşmə müşahidə olunur.  

Cədvəldən göründüyü kimi ikinci liqandların təsirindən kompleksəmələ gəlmənin optimal şəraiti 

daha turş mühitə sürüşür və reaksiyalar yüksək kontraslığa malikdirlər.   

Rəngli analitik reaksiyaların  əsas məhsulları daxili kompleks birləşmələr¬dir. Metalların üzvi 

liqandlarla daxili kompleks birləşmələrində əsas xüsusiyyətlərdən biri onların tsikl əmələ gətirməsidir. 

Bu zaman metal ən azı iki müxtəlif liqand atomu ilə birləşir. Məlumdur ki, kompleks birləşmələrin 

vacib xarakteristikalarından biri onların davamlılıq sabitidir. Davamlılıq sabitlərinin qiyməti cədvəldə 

verilmişdir. 

Reaksiyaların digər analitik parametrlərini, yəni seçiciliyini öyrənmək üçün kompleksəmələgəlmə 

reaksiyalarına kənar ionların və  pərdələyicilərin təsiri öyrənilmişdir. Təcrübə göstərir ki, 

müxtəlifliqandlı komplekslərin  əmələgəlməsi ilə  əlaqədar olaraq müxtəlifliqandlı komplekslərin 

seçiciliyi binar sistemə nisbətən yüksəkdir.  

Nikel(II) standart torpaq nümunələrində, dəniz suyunda, , ərintilərdə, vulkan mənşəli süxurlarda 

təyini metodikaları  işlənmiş  və alınmış  nəticələrin düzgünlüyü pasport göstəricilərinə  və  əlavə etmə 

metodu ilə alınmış nəticələrə əsasən müəyyən edilmişdir. 



 

 

DUFF REACTIONS OF CYCLOALKYLPHENOLS 

 

Ch.Q. RASULOV

 

Azerbaijan NAS Institute of 

Petrochemical Processes named 

after Yu.G.Mamedaliyev 

AZERBAİJAN 

 

M.M.CHALISHKAN



 

The department of industrial 

technology of drugs 

National University of Pharmacy 



mcaliskan@qu.edu.az

 

AZERBAİJAN 



 

R.Z. BAGIRZADE 

Azerbaijan NAS Institute of 

Petrochemical Processes named 

after Yu.G.Mamedaliyev 

AZERBAİJAN 

 

Derivatives of phenols have widely used in industry. One of the important derivatives of phenol is 

salicil aldehyde derivatives . In this compound one of ortho position hydrogen of phenol displaces 

with formyl group.For this reason it is also   called 2-hydroxybenzaldehyde or ortho-

hydroxybenzaldehyde . It  is an organic compound with the formula C

7

H



6

O

2



.  Benzene ring  contains 

two functional groups: a hydroxyl and aldehyde one. This colorless liquid has a bitter almond odor at 

higher concentrations In the nature it is  found in Spiraea oil. 

In the chemical industry and in medicine industry salicilaldehyde is used as an important 

intermediate in the manufacture of herbicides and pesticides  . Salicylaldehyde and its derivatives can 

be  used in perfume, fragrances, dyes, pharmaceuticals, as preservatives in cosmetic products, 

fragrances, essential oils in various biological applications. antibacterial . Because of containing 

hydroxyl group and carbonyl group , they  are used as chelates . Metal chelates  are used in fertilizers . 

But  they are are stable compounds for this reason they are not favourable . 

The main processes for synthesis of  salicilaldehyde  is based on the use of phenol as a raw 

material. One method consists in preparing the salicylaldehyde phenol and chloroform by heating with 

sodium hydroxide or potassium hydroxide in a Reimer-Tiemann reaction. 

Salicylaldehyde can be  synthesized by the reaction between formaldehyde and phenol in the 

presence of a complex of magnesium methoxide in an anhydrous medium as a catalyst. 

Salicylaldehyde can be also synthesized from the oxidation  of hydroxyl benzyl alcohol. Another 

method is the electrolytic reduction of salicylic acid. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

212


 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Salicyaldehyde can be  obtained by  Duff (

hexamine aromatic formylation) 

reaction . This 

reaction was first  reported by Duff and Bills in 1932. It is the formylation of phenol derivatives  in a 

mixture of hexamethylenetetramine by using different solvent and catalyst. In our research we 

obtained 5-cycloalkyl-2-hydroxybenzaldehyde by Duff reaction because this reaction is normally very 

fast and usually gives only ortho-formylated  (or a small amounts of ortho, para-disubstituted) product. 

In our study , cycloalkylphenols are reacted with hexamethylenetetramine in the presence of 

glacial acetic acid  as a solvent .Reaction is occurred at 130 

o

C  and 105 minutes .  



 

 

The chemical structures of synthesized5-cycloalkyl-2-hydroxybenzaldehyde were confirmed by 



spectrums. 

The aminomethylation reactions of  5-cycloalkyl-2-hydroxybenzaldehydewith imidazoles  and 

aniline have been  investigated. The effect of various parameters to the yield of desired products was 

studied and optimal conditions was found for each reactions. 

Structural formula , element composition, physico-chemical parameters of 5-cycloalkyl-2-

hydroxybenzaldehyde were determined and they were presented as a Schiff base  for catalyst which 

are used oligomerization  of  polyolefins. 

 

 

 

BUTADİEN-NİTRİL KAUÇUKU ƏSASINDA RADİASİON-KİMYƏVİ 

ÜSULLA NANOKOMPOZİT MATERİALLARIN ALINMASI, REOLOJİ 

VƏ PLASTO-ELASTİK XASSƏLLƏRİNİN TƏDQİQİ 

 

Rəna F. XANKİŞİYEVA 

AMEA  Radiasiya Problemləri İnstitutu 



rena-namazova@yandex.ru 

AZƏRBAYCAN



 

 

Müxtəlif polimer və oksid metallar əsasında nanokompozit  materiallarının alınması, tədqiqi və 

tədbiqi zərurəti bu gün üçün vacib olan fundamental problemdir. Nanokompozit materialların ayrı-ayrı 

komponentlərin xassələrini özündə birləşdirməsi, alınma texnologiyasının mürəkkəb  bir sahə olması, 

polimer və nanohissəciklər arasında yaranmış qarşılıqlı təsir hesabına müşühidə olunan yeni xassələrin 

üzə çıxması, yüksək effektivliyə malik bu materialların inkişaf perspektivləri artırır. Metal oksidlərin 

elastik polimerlərdə yaxşı  həllolma qabiliyyətini nəzərə alaraq, elastomerlərin emal və texnologiya-

sında geniş  tətbiq olunur. Butadien-nitril tipli elasto-polimerləri, nanohissəcikli müxtəlif ölçülərə 

malik oksid metalların iştirakı ilə digər tikici və aktiv monomerləri əlavə etməklə γ-şüasının təsiri ilə 

vulkanlaşdırdıqda, elastomerin ilkin xassələrini saxlamaqla, polimer və polimer materialına yeni 

xassələr vermək olur. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

213


 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Bu baxımdan müxtəlif üzvi və qeyri üzvi 

birləşmələrin polimerdə nano ölçülü hissəciklərin 

iştirakı ilə texnoloji vulkanlaşma prosesinin aparıl-

ması, tədqiqat və  tətbiqi sahələrinin müəyyən edil-

məsi, fazalar arası  təbəqənin quruluşunun öyrənil-

məsi aktual problemlərdəndir. 

Tədqiqat işinin  əsas məqsədibutadien nitril 

kauçukunun (BNK) əsasında nanohissəcikli müxtəlif 

metal oksidlərin  (Al

2

O

3



, ZrO

2

, ZnO) və aromatik 



xlor üzvi birləşmə, aktiv tikici agent olan disulfo 

xlorid benzolun (DSXB) iştirakı ilə alınmış, nano-

kompozit materialın  γ-şüasından və temperaturun 

təsirindən asılı olaraq reoloji, plasto-elastik xassə-

lərinın dəyişməsini araşdırmaqdır. 

Butadien-nitril əsaslı nanokompozit materiallar, 

laborator vərdənədə 30-40°C-də, 15-20 dəq. inqri-

dientlərin fasiləsiz qarışdırılması ilə alınıb və daha 

sonra radiasiyanın təsiri ilə vulkanlaşdırılıb. Şüalandırma zamanı istifadə edilən enerji mənbəyiγ şüası, 

P=6.7 Gr/s , 20

C. 


Kvazi sistemdə plastikasiya prosesi, polimerin sürətlə tikilməsinə və nəticədə zol fraksiyaya görə 

molekul kütləsinin və Müniyə görə isə özlülüyün artımına səbəb olur. Bu hadisə polimerin dispers 

ortalıqla dispers aralıq arasında mexaniki təzyiqin olması, alınmış nanokompozitin faza keçidinin 

dəyişməsi ilə əlaqədar olması ehtimal olunur. Tədqiq olunan kvazi sistemin plasto-elastik və struktur 

xassələri cədvəl 1-də verilmişdir. 

 

Təyin olunmuşdur ki, BNK əsaslı nanokompozitlərdə, DSXB və  metal oksidlərin iştirakı olma-



dan vulkanlaşma prosesi zəif gedir. Vulkanlaşma prosesini hər üç nanooksid metalların iştirakı ilə 

aparıl-masında məqsəd, onların prosesə  fərqli təsirini müqayisə etməkdir. Sistemlərdə gedən 

dəyişikliklər, γ-şüasının təsirindən elastomerdə baş verən oksidləşmə prosesi ilə əlaqəlidir. Radiasion 

vulkanlaşma prosesinin sürətinə, plastikasiya müddətinə  əsasən, nano ölçülü oksid metalların 

aktivliyini aşağıdakı kimi göstərə bilərik: ZrO

2

< Al

2

O



< ZnO 

Aparılmış  tədqiqat işi göstərmişdir ki, qurulmuş sistemlərdə oksid metalların aktivliyi səthin 

sıxlığından, nanohissəciklərin ölçüsündən çox asılıdır. Belə ki, ZnO elastomerin digər tikici agentin 

iştirakı ilə vulkanlaşma və plastikasiya prosesini apardıqda, Al

2

O

3



  və ZrO

2

 nisbətən daha aktivdir. 



Qamma  şüasının təsiri ilə (50-500 kQr) aparılan vulkanlaşma zamanı radiasiya-kimyəvi reaksiyanın 

sürətini artırmaq üçün, nanohissəcikli metal oksidlərin rolu böyükdür. Bu nano oksid metalların, hər 

birinin reaksiyaya təsir mexanizmi müxtəlifdir. Aparılan analizlərə görə müəyyən olunmuşdur ki, 

radiasion-kimyəvi vulkanlaşma zamanı nanohissəcikli metal oksidin, tikici agent olan DSXB-nın 

polimer molekuluna təsiri nəticəsində HCl-un ayrılması baş verirr. 

Qamma şüasının təsiri ilə vulkanlaşmış nanokompozit materialların Muniyə görə özlülüyü şəkil 

1-də göstərilmişdir.  Şəkildən göründüyü kimi, burada ZnO nanohissəciyinin iştirakı ilə alınmış 

nümunənin Muniyə görə özlülüyü yüksəkdir və vulkanlaşma prosesinə daha aktiv təsir edir. Al

2

O



və  

ZrO


2

 nanohissəcikləri isə tikilmə prosesinə zəif təsir edir.  

Beləliklə, aparılan tətqiqat işində BNK əsasında, nanohissəcikli oksid metalların və aktiv tikici 

agent olan DSXB-nın iştirakı ilə, radiasion-kimyəvi üsulla alınmış nanokompozitlərdə yeni, C-C 

kimyəvi  əlaqələrin yaranması hesabına molekul kütləsinin artması müşahidə olunur və  nəticədə 

reoloji, plasto-elastik xassələrində dəyişikliklər baş verir.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

214


 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

KİMYANIN TƏDRİSİNDƏ TƏCRÜBƏ VİDEOLARININ İSTİFADƏSİ 

 

Müasir dövrdə  təhsil sistemində baş verən yeniliklər bir sıra islahatlara gətirib çıxarmışdır. 

Bununla yanaşı, müasir təlim texnologiyalarının inkişafı təhsildə bir çox üsulların formalaşmasına və 

eləcə  də  şagirdlərin biliklərini möhkəmləndirməsinə, aldıqları  təhsilin məqsədyönümlü olmasına, 

praktiki üsullarla qavradığı dərslərin mənimsənilməsinə şərait yaradır. 

Texnologiyanin inkişaf etdiyi dövrdə kimya dərslərinin daha effektiv tədrisi üçün texnoloji 

vasitələr (animasiyalar, video, multimedia) çox tez-tez istifadə olunmağa başlanıldı. Həmin vasitələr 

sinifdə və ya sinif xaricində hadisələrin tez və ya yavaş vəziyyətdə, mikroskopik səviyyədəki kimyəvi 

prosesləri hərəkətli tərzdə göstərməyə imkan verməktədir.  

Kimya fənninin tədrisində istifadə olunan video üsulu tədris metodikasında uğurlu nəticənin əldə 

olunmasına kömək edir. Bu cür üsullar şagirdlərdə düşünmə, yaratma və araştırma kimi bacarıqlarını 

inkişaf etdirməkdə, şagirdlərin motivasiyasını, elmə qarşı marağını və diqqətini artırmaqdadır. Dərs-

lərdə videolar hər baxımdan faydalı bir vasitədir. Mövzunun nisbətən çətin olduğu anlarda videolar 

hadisələri açıqlamağa və  təqdim etməyə imkan verməktədir. Kimya dərslərində praktiki olaraq 

keçirilən təcrübələrin təhlükəli olması  və ya istifadə üçün nəzərdə tutulan kimyəvi maddələrin 

təhlükəli olması, avadanlıqların çatışmaması  və ya cihazların bahalı olmasına görə  şagirdlər təhsil 

ortamında bu təcrübələri həyata keçirə bilmir. Belə  təcrübələr videolar ilə  həm dərsin gedişatına 

nəzarət edilərək zaman itkisi olmadan təqdim olunacaq, həm də  təcrübələr  şagirdlərin təhlükəsizliyi 

baxımından izahlı  şəkildə videolarda öyrədilərək izləniləcəkdir.Ancaq videoların tədris üsuluna 

faydası ilə yanaşı, bəzi əksikliklərinin olmasını da qeyd etmək lazımdır.  

1.Videolarda istifadə olunacaq təcrübələrə aid maddələrin qoxusu ilə bağlı  məlumatları  təqdim 

etməməsi 

2.Mikroskopik səviyyədə baş verən hadisələri (elektron verib-alma, rabitə  qırılması  və ya 

atomların birbirinə   bağlanması və.s) göstərə bilməməsidir. 

Bütünlüklə, dərsdə videodan istifadə edilməsi videonun müəllimin yerini alması ilə  nəticələnir. 

Buna görə  də müəllim videonu şagirdlərə izlətdirərkən video ilə bağlı  bəzi suallar yönləndirə bilər. 

Bununla da sual-cavab əsasında video dərs təqdim olunacaqdır.   

Bir videonun hazırlanması lazım olan məlumatların toplanmasına və uyğun görüntü seçiminə 

əsaslanır. Video hazırlama çox vacib bir pillədir. Bu pillədə videoda yer alacaq məlumatlar və 

mövzular  şagirdlər üçün faydalı, sadə  və rahat başa düşülən olmalıdır. Buna əsasən bir videoda yer 

alacaq əsas faktorlar aşağıdakılardır: 

1.Görüntü və səsin yerləşdiyi məlumatlar 

2.Səsləndiriləcək mətnin hazırlanması 

3.Səsləndiriləcək mətnin uzunluğu 

4.Geniş və dar planda çəkiləcək görüntülərin yer alması  

5.Görüntünün ekranda qalma müddəti 

6.Videonun müddəti 

7.Videoda görüntü və səs uyğunluğunun olması 

8. Video çox sayda hadisəni göstərməməlidir 

Videonun hazırlanmasında videonun müddətinin qısa olması vacibdir. Çünki uzun müddətli 

videolar öyrənmək üçün negativ bir təsir yarada bilər. Hazır ediləcək bir video 1) giriş 2) inkişaf və 3) 

nəticə hissələrinə bölünməlidir. Giriş hissəsində  təcrübədə istifadə olunacaq avadanlıqlar, inkişaf 

hissəsində kimyəvi hadisələrin görüntülənməsi və  nəticə hissəsində isə mövzu haqqında alınan 

nəticələr qeyd edilir. 

Video materialın izahına aid yazılı nümunə 

Dərs: Kimya  

Fəaliyyət: Turşular  

Nigar MƏMMƏDLİ 

Qafqaz Universiteti 



nmemmedli6@std.qu.edu.az 

AZƏRBAYCAN



 

Sevda MƏMMƏDOVA

 

Qafqaz Universiteti 

AZƏRBAYCAN

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

215


 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Mövzu: Nitrat turşusunun metallarla reaksiyaları 

Məqsəd: Bu fəaliyyətin məqsədi, nitrat turşusunun metallarla reaksiyasını müşahidə etmək və baş 

verən proseslərə nəzarət etmək, müzakirə etməkdir. 

Məlumat: Platin, qızıl rutenium, rodium, osmium və iridium istisna olmaqla, nitrat turşusu 

aktivliyindən asılı olmayaraq bütün metallarla qarşılıqlı  təsirdə olur. Digər turşulardan fərqli olaraq, 

nitrat turşusunun metallarla reaksiyasından hidrogen ayrılmır. 

Fəaliyyətin tətbiq edilmə üsulu: Bu təcrübəni aparmaq üçün qoruyucu vasitələrdən (eynək və 

əlcək) istifadə olunmalıdır. Tənəffüs yollarında yarana biləcək ciddi problemlərin qarşısını almaq üçün 

uyğun havalandırma sistemi olmalıdır. Nitrat turşusunun metallarla reaksiyasına aid video materialda 

kimyəvi prosesin hansı formada aparılmasını və nəticədə nə əldə edəcəyimizi görə bilərik. Şagirdlərin, 

nəzəri bilikləri öyrəndikdən sonra həmin biliklərin praktikada necə tətbiq edildiyini bilmələri üçün bu 

tip video dərslərin hazırlanıb dərsdə nümayiş etdirilməsi şagirdin dərsi daha yaxşı dərk etməsinə səbəb 

olur.  


 

 

 



 

 

 



 

 

Mis metalın menzurkaya daxil edilməsindən sonra mavi rəngli məhlulun alınmasına kimi ardıcıl 



şəkildə hazırlanmış video material şagirdin baş verən kimyəvi prosesləri daha yaxşı  və tez başa 

düşməsinə imkan verir.  

Əvvəlcədən plan tutmaq lazımdır ki, müəllim tələbələrin öyrənməyinə necə kömək edəcək və 

onların dərsi necə  dərk etməyini müəyyənləşdirəcək. Bunu təyin etmək üçün 3 fərqli mərhələdən 

istifadə etmək olar: 

Mərhələ 1: Şagirdlərin dərs zamanı izlədiyi videoda vacib hissələrlə bağlı suallar tərtib etmək. 

Sual hazırlanarkən videonun şagirdlərə göstərilməsinin məqsədi və nəticədə nə əldə edəcəklərini əhatə 

edəcək nüansları  nəzərə almaq lazımdır. Dərsdən öncə sualları lövhədə yazmaq, sinifdə kağız 

formasında paylamaq və ya elektron olaraq şagirdlərə göndərmək olar. Sonra, şagirdlərin cavabını 

yığaraq yoxlamaq olar. 

Mərhələ 2: Sinifdə videoya baxmaq. Videoda vacib olan yerləri saxlayıb  şagirdlərə xüsusi 

bildirmək. Video ilə şagirdlərdən arzu edilən öhdəliyi formalaşdırmaq.  

Mərhələ 3: Verilən suallara əsasən tələbələrin cavablarını kiçik qruplar şəklində müqayisə edərək, 

onların videoya baxmaqla dərsi necə mənimsədiklərini müəyyən etmək olar. 

Beləliklə,  şagirdlər müzakirə  və müşahidələri ilə video materiallardan səmərəli və lazımi 

dərəcədə istifadə edə bilər. 



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin