Йени дювр
Тарих вя онун проблемляри, №3 2010
54
Çar hökuməti alman kolonistlərini Qafqazda yerləşdirməklə ölkə sənayesi üçün vacib xammal
istehsalına yönələn sahələrin inkişafına müəyyən ümidlər bəsləyirdi və belə sahələrdən biri də
ipəkçilik idi. Cənubi Qafqazın işğalından sonraCənubi Rusiya və Gürcüstan üzrə ipəkçilik
müfəttişliyi yaradıldı, ipəkçilik məktəbləri açıldı və əhali arasında ipəkçilik məşğuliyyətinin təbliğinə
başlandı(5,s.584). 1836-cı ildə «Zaqafqaziyada ipəkçiliyin və ticarət sənayesinin yayılması üzrə
cəmiyyət» yaradıldı. Cəmiyyətin 1843-cü ildə Nuxa şəhərində təşkil etdiyi təcrübə məktəbində dövlət
kəndliləri və rəncbər uşaqları təhsil alırdılar. Dövlət Əmlak palatasının tabeliyində olan bu
məktəblərdə alman kolonistləri sırasından çıxmış yeniyetmələrin də oxumasına diqqət
yetirilirdi.1845-ci ildə təkcə Yelenendorf koloniyasında 40 alman ailəsi ipəkçiliklə məşğul olurdu və
bu məqsədlə 14 min ağacdan ibarət tut bağları salınmışdı.Ümumən regionda ipəkçilik yüksək
templərlə inkişaf etsə də, alman koloniyalarında ildən - ilə barama istehsalı aşağı düşür, tut bağları
məhv edilir, əvəzinə üzümlüklər salınırdı. Kolonistlərin fikrincə, ipəkçilik daha çox əmək tələb edir
və üzümçülükdə az əmək sərf olunmaqla yanaşı, həm də daha çox gəlir götürmək mümkün idi. Bu
səbəbdən, alman koloniyalarında tədricən tut bağları üzüm plantasiyaları ilə əvəz edildi.
1848-ci ildə çar hökumətinin təşəbbüsü ilə alman koloniyalarında da tütünçülüyün inkişaf
etdirilməsinə cəhd edildi. Tədqiqatçı Nikiforovun əsərlərinə istinadən demək olar ki, koloniyalarda
tütün sortları yaxşı məhsul versə də, kolonistlər bu təsərrüfat sahəsi ilə də məşğul olmaqdan imtina
etdilər, çünki onların fikrincə, tütün «çox qulluq tələb edir, gəliri isə çəkilən əməyə dəymirdi».
Sonrakı illərdə alman koloniyalarında tütünün də becərilməsi dayandırıldı.1849-cu ildə Çindən
yüksək göstəricilərə malik buğda sortu gətirildi. Buğda sahəsinin suvarılmaması ucbatından yüksək
məhsul almaq mümkün olmadı. Elə həmin il İrəvandan yonca toxumu gətirilsə də, kolonistlər onun
səpilməsinə maraq göstərmədilər. Çünki, bunun üçün suvarıla biləcək boş torpaq sahələri yox idi
(6,v.19-21).
Beləliklə, koloniyalarda tütünün, yoncanın və yeni buğda sortlarının yetişdirilməsinə,
ipəkçiliyin inkişafına edilən cəhdlər praktiki nəticə vermədi və hökumət dairələrinin alman
koloniyalarında strateji xammal istehsalının həyata keçirilməsi planları baş tutmadı.
Rusiya imperiyasında fabrik-zavod sənayesinin ləng inkişafı səbəbindən əhalinin sənaye
malları ilə təminatında çətinliklər yaranırdı və çar hökuməti idxala üstünlük verməyə məcbur olurdu.
Bu isə öz növbəsində, ölkənin qızıl ehtiyatlarının azalmasına gətirirdi ki, bu hal rəsmi dairələri
narahat edirdi. Rusiyada sənaye cəhətdən inkişaf etmiş regionlar, əsasən qərb regionları – Polşa
çarlığı, Baltikyanı quberniyalar, Cənubi – Qərb və Şimali – Qərb diyarları (indiki Qərbi Ukrayna və
Qərbi Belorusiya) Qara dəniz sahili quberniyalar sayılırdı. Əhalinin sənaye mallarına artan tələbatını
nəzərə alaraq Qafqazda sənayenin, sənətkarlığın inkişaf etdirilməsi çar hökumətinin prioritet
vəzifələrindən biri idi.
XIX əsrin 20-ci illərindən çar hökumətinin məskunlaşdırma siyasətində müəyyən dəyişikliklər
baş verdi və bu dövrdən etibarən çar hökuməti əkinçilərin məskunlaş dırılmasına nisbətən
sənətkarların Rusiyaya köçməsinə daha çox önəm verirdi. 30 sentyabr 1825-ci il tarixində I
Aleksandr «Əcnəbilərə Rusiya imperiyasının bütün şəhərlərində sənətkarlıqla məşğul olmağa icazə
verilməsi haqqında» fərman imzaladı(7,s.500).Bu fərmana görə yəhudilərdən savayı, bütün əcnəbi
sənətkarlara sexlər açmaq hüququ verildi.Fərmana görə bütün sex təşkilatlarının Dövlət Əmlak
Palatasında qeydiyyatdan keçməsi və əcnəbi sənətkarlar tərəfindən Rusiya sənətkarlarına aid olan
bütün mükəlləfiyyətlərin yerinə yetirilməsi, Ümumrusiya qaydalarına riayət olunması nəzərdə
tutulurdu.Əcnəbi kolonistlər güzəşt kimi yalnız hərbi mükəlləfiyyətdən azad olunurdular(7,s.501).
XIX əsrin birinci yarısında Qafqazın 13 koloniyasından yalnız Tiflis koloniyası sırf
sənətkarlardan ibarət olsa da, yerdə qalan bütün kənd təsərrüfatı koloni-yalarında da müxtəlif
profilli sənətkarlara rast gəlinirdi.Gürcüstandakı çar hökuməti orqanları şəhər sənətkarlığının
inkişafına xüsusi maraq göstərirdilər və bu məqsədlə Rusiyanın başqa regionlarından sənətkarlar
dəvət olunurdular. Moskva poliseymeysterinin Dəftərxanasının 03 fevral 1831-ci il tarixdə Tiflis
Mülki Qubernatoruna göndərdiyi məlumatda «Prussiya təəbəsi, tacir Karl Bartuçça, prus təəbəsi
çilingər İofan Lüdviq Betrandeyə, Türkiyə təbəəsi faytonçu Tahir Əlikuzə Lanmetə və Boqomaz
|