Microsoft Word 10 ikram agasiyev doc


Йени дювр  Тарих вя онун проблемляри, №3 2010



Yüklə 354,28 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix02.01.2022
ölçüsü354,28 Kb.
#40907
1   2   3   4   5   6
10 ikram agasiyev

Йени дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

52 

mövcud olan dövlət torpaq ehtiyatının miqdarından asılı olurdu. Kolonistlərə ayrılan torpağın 

sahəsi yerli hakimiyyət orqanları tərəfindən təyin edilir və koloniyanın hüquqi tərtibi zamanı qeydə 

alınırdı. Regiondan asılı olaraq kolonist ailələrinə 30, 35, 60, 65 desyatin ölçüdə pay torpağı ayrıla 

bilərdi. Məsələn, 1840-cı ildə Kizlyar – Mozdok dairəsində, Kanovo koloniyasında məskunlaşan 180 

kolonist ailəsinin hər birinə 60 des. torpaq ayrıldığı halda, Azov dənizinin, sahillərində, 1852-ci ildə 

yaranan Mixelstal koloniyasında hər ailəyə 30 des. torpaq payı verilmişdi(2,v.184) 

Arxiv sənədlərinə əsasən deyə bilərik ki, 1860-ci ilə qədərki dövrdə Şimali Qafqaz ərazisində 7 

koloniya yaranmışdı  və bu koloniyalara dövlət tərəfindən ayrılan torpağın  ümumi sahəsi 23604 

desyatinə bərabər idi və cədvəldən göründüyü kimi bu torpaq fondu koloniyalar arasında bərabər 

bölüşdürülməmişdi.1817-ci ildən Cənubi Qafqazda məskunlaşdırılan alman kolonistlərinin hər 

ailəsinə 60 des. torpaq ayrılması nəzərdə tutulsa da, dövlət fondunda əkinçilik üçün yararlı torpaq 

sahələrinin kifayət qədər olmaması səbəbindən hər kolonist ailəsinə 35 des. torpaq ayrıldı(3,s.324). 

Bundan savayı, bəzi kolonistlər şəxsi mülkiyyətə torpaq sahəsi əldə edirdilər. 

İxtiyarında lazımi qədər dövlət və şəxsi mülkiyyət torpağı olan Cənubi Qafqaz kolonistlərinin 

torpaq sahiblərindən icarəyə torpaq götürməyə ehtiyacları yox idi. Gürcüstanda mövcud olmuş 

koloniyalardan Petersdorfda, Marienfelddə və Azərbaycan ərazisində salınan Annenfelddə heç bir 

koloniya  üzvü icarəyə torpaq götürməmişdi. Yerdə qalan koloniyalarda da icarə  təsərrüfatlarının 

sayı o qədər də çox deyildi və icarə ilə əsasən torpaqsız kolonistlər – «beyzatslar» məşğul olurdular. 

Ayrı-ayrı koloniyalarda icarənin formaları  və  şərtləri müxtəlif idi. Məsələn, hər il Yelizavettal 

kolonistləri qonşu kəndlərin mülkədarlarından 120 des., Yekaterinenfeld kolonistləri qonşu 

azərbaycanlı kəndlilərdən və mülkədarlardan 60 des., Aleksandersqilf kolonistləri isə 200 desyatinə 

yaxın torpaq icarəyə götürürdülər. Tiflis şəhəri yaxınlığında yerləşən Aleksandersdorf koloniyasının 

əsas məşğuliyyəti heyvandarlıq olduğundan onlar hər il əlavə olaraq yerli gürcü knyazı F.Qu-

ramovdan və Kuki kəndinin sakinlərindən ümumilikdə 250 des. otlaq sahəsi icarəyə götürdülər. İcarə 

haqqı heç də bütün koloniyalarda eyni olmayaraq, torpağın keyfiyyətindən və istifadə formasından 

asılı idi. Məsələn, Yelizavettal, Freydental koloniyalarında bostan üçün icarə olunan torpağın hər 

desyatininə görə 20-24 rubl, buğda əkilmiş sahənin hər desyatininə görə isə 4 rubl, otlaq sahəsinin 

hər desyatini üçün Aleksandersdorf kolonistləri 5-7 rubl, kartof əkilmiş sahə  üçün isə 

yelenendorflular 10 rubl ödəyirdilər.  Ümumiyyətlə  götürdükdə, Cənubi Qafqazda Qərbi 

Ukraynadan, Şimali Qafqazdan fərqli olaraq, alman koloniyalarının heç biri bütövlükdə icarədarlar 

koloniyası (das Zinskolonie) xarakteri daşımırdı. Cənubi Qafqazda kolonistlərin icarədar kimi 

fəaliyyəti müvəqqəti və mövsümi xarakter daşıyır, icarə ilə bütövlükdə bütün koloniya deyil, onun 

aztorpaqlı  və torpaqsız  üzvləri məşğul olurdular və bu fəaliyyət  əsas təsərrüfata yardımçılıq 

məzmunu daşıyırdı. 

Kolonistlərin məskunlaşma xüsusiyyətləri müxtəlif kateqoriyalı koloniyaların yaranması ilə 

yanaşı, həm də koloniyalarda torpaqdan istifadə formalarının da müxtəlifliyini şərtləndirirdi. Cənubi 

Qafqazın alman koloniyalarında torpaqdan istifadənin  özünəməxsus forması  mövcud 

olmuşdu.Koloniyaya məxsus torpaqlar icma üzvləri arasında bölüşdürülmüşdü və bu bölgü bərabər 

olmadığına, ayrı-ayrı kolonist təsərrüfatları müxtəlif miqdarda torpaq sahəsinə malik olduğuna görə 

torpaqdan istifadə icma xarakteri daşımırdı. Ayrı-ayrı torpaq sahələrinin daimi sərhədlərinin 

olmaması, zərurət yarandıqda koloniyaya məxsus torpaqların yenidən bölüşdürülməsi onu göstərirdi 

ki, Cənubi Qafqaz koloniyalarında torpaqdan istifadə «qarışıq formaya» məxsus idi.  

Gürcüstanda yaranan Marienfeld, Petersdorf, Aleksandersdorf, Freydental koloniyalarının 

əsas məşğuliyyəti əkinçilik idi. Bu koloniyalarda əkinçiliklə yanaşı, üzümçülük və şərabçılıq, bağçılıq, 

heyvandarlıqla da məşğul olurdular, lakin bu sahələr yalnız daxili tələbatın  ödənilməsinə xidmət 

edirdi. Koloniyaların  əsas gəlir mənbəyi  əkinçilik idi. Bu sahədə  əldə edilən nailiyyətlər həm 

koloniyalara məxsus torpaq sahələrinin münbitliyi, həm də bu koloniyaların Qafqazın inzibati 

mərkəzi Tiflisin yaxınlığında yerləşməsi ilə izah olunurdu. Belə ki, kolonistlər yetişdirdikləri məhsulu 

şəhər bazarlarına  çıxarmaq imkanına malik idi.Adı  çəkilən koloniyalarda əsasən payız buğdası, 

arpa, yulaf, qarğıdalı  və kartof yetişdirilirdi.  Əkinçilik koloniyalarında təsərrüfatlarda sahələrdən 




Yüklə 354,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin