Йени дювр
Тарих вя онун проблемляри, №3 2010
55
Şvilə Tiflisə gəlmək üçün bilet verildiyi» bildirilir(8,v.66). Həmçinin Sankt-Peterburq Ober-
Poliseymeysteri 21 iyul 1831-ci il tarixli məktubunda Tiflis Mülki Qubernatoruna bildirirdi ki,
«Rusiya təbəəsi kamerdiner İohan Kellerə, pivə və şərab istehsalı üzrə usta köməkçisi Karl Heynə
Tiflisə gəlmək üçün gediş biletləri verilmişdir»(8,v.67).
XIX əsrin 30-cu illərindən Tiflis sənətkarlar koloniyasının sakinləri bir sıra problemlərlə
üzləşdilər ki, bu da koloniyanın hüquqi statusunda baş verən dəyişik-liklərlə bağlı idi. Yarandığı
vaxt koloniya kimi fəaliyyət göstərən bu məntəqə Tiflis şəhəri böyüdükcə onun aqlomeratına çevrildi
və bu da öz növbəsində kolonistlərə qarşı vergi qanunlarının tətbiqində anlaşılmazlıqlara gətirdi.
Sənətkarlar həm koloniya prikazına, həm də şəhər büdcəsinə vergi ödəməli olurdular ki, bu da Tiflis
koloniyasının ikili statusu ilə izah olunurdu. Sənətkarlığın inkişafını ləngidən maneələrdən biri də
alman sənətkarların müxtəlif mükəlləfiyyətlərin yerinə yetirilməsinə məcbur edilməsi idi. Xüsusən,
mənzil mükəlləfiyyəti kolonistlər üçün ağır yük olmuşdu. Bu məsələ ətrafında tez-tez rəsmi
orqanlarla koloniyalar arasında münaqişələr baş verirdi. Arxiv sənədlərindən görünür ki, Tiflis polis
departamenti bu məsələdə də alman kolonistlərinə qarşı xüsusi sərtlik nümayiş etdirirdi(9,v.1).
Cənubi Qafqaz koloniyalarında yaşayan və Tiflisdə çalışan müxtəlif sənət sahiblərindən daxil olan
şikayətlər göstərirdi ki, alman sənətkarları tez-tez yerli polis orqanları tərəfindən müəyyən maddi və
mənəvi sıxıntılara məruz qalırdılar(10,v.10). Bu isə öz növbəsində əmək haqqının artmasına və
sənətkarlıq fəaliyyətinin daha da genişlənməsinə maneələr yaradırdı.
XIX əsrin birinci yarısında Qafqaz almanları, o cümlədən bütün Rusiya almanlarının xarici
ticarət sahəsində fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyulmuşdu. Belə ki,01 yanvar 1807-ci il
tarixdə çarın imzaladığı Manifestə və 20 avqust 1820-ci il tarixli Senatın qərarına görə Rusiya
təbəəliyini qəbul etməyən əcnəbilərin tacir silkinə qəbul olunması qadağan edilirdi. Onlara yalnız
dənizkənarı və sərhədyani ərazilərdə «əcnəbi qonaq» kimi topdan ticarətlə məşğul olmaq hüququ
verilmişdi və qərara görə «əcnəbi qonaqlar» I kateqoriyaya aid tacirlərlə eyni miqdarda vergi
ödəməli idi(11,s.375).
Ancaq 27 fevral 1825-ci il tarixdə Rusiya ilə Prussiya arasında «Ticarət və gəmiçilik» haqqında
dövlət konvensiyasının bağlanmasından sonra vəziyyət əsaslı şəkildə dəyişdi. Konvensiyaya görə
tərəflər öhdəyə götürdülər ki, «ticarət münasibətlərində Prussiya təəbələri ilə Rusiyada yerli əhali ilə
davranıldığı kimi davranılacaqdır»(12,s.114). Bu sənəd bütün Rusiya, o cümlədən Qafqaz
almanlarının ticarət fəaliyyətinin canlanmasına təkan verdi. XIX əsrin birinci yarsında Qafqazda
xarici ticarətlə məşğul olan alman firmaları çox deyildi. Daxili ticarət şəhərlərdə, qəsəbələrdə
cəmləşmişdi və əsasən bazarlar və yarmarkalar vasitəsilə həyata keçirilirdi. Daxili bazarlarda alman
kolonistlərinin payı o qədər də böyük deyildi.
Beləliklə, XIX əsrin birinci yarısında Qafqaz almanlarının sosial-iqtisadi həyatına aid
mənbələri və ədəbiyyatı təhlil etdikdən sonra belə qənaətə gələ bilərik ki, bu dövrdə alman
kolonistləri Qafqaz regionunun iqtisadi həyatında əhəmiyyətli rol oynamamışlar- kənd
təsərrüfatında,sənayedə,daxili və xarici ticarət sahəsində almanların çəkisi nəzərəçarpacaq dərəcədə
deyildi. Kolonistlərin iqtisadi həyatı təşəkkül mərhələsində idi və alman kolonistləri daha cox
optimal təsərrüfat sisteminin seçimi, yeni iqlim, təsərrüfat şəraitinə, etno-konfessional mühitə
uyğunlaşma ilə bağlı yaranan problemlərin həlli ilə məşğul olmuşlar.İqtisadi yüksəlişə uyğunlaşma
imkanlarının çatışmazlığı ilə yanaşı, onların mənəvi-dini həyatındakı daxili ixtilaflar da öz mənfi
təsirini göstərirdı.
Dostları ilə paylaş: |