3
1.
“Konstitusiya” sözünün mənası nə deməkdir?
- “Konstitusiya” latınca “constitutio” sözündən olub mənası
“quruluş”, “təsisat” deməkdir.
2. “Konstitusiya” sözünün sinonimləri hansılarıdır?
- “Əsas Qanun”, “Anayasa”.
3. Azərbaycan Respublikasının Konstitusiyası nə
zaman qəbul edilmişdir?
- 12 noyabr 1995-ci ildə.
4. Azərbaycan Respublikasının Konstitusiyası nə
zaman qüvvəyə minmişdir?
- 27 noyabr 1995-ci ildə.
5. Azərbaycan Respublikasının Konstitusiyasına
neçənci ildə və nə ilə əlaqədar olaraq əlavə və dəyişikliklər
edilmişdir?
- Azərbaycan Respublikasının Avropa Şurasına daxil olması
ilə əlaqədar olaraq 24 avqust 2002-ci ildə Konstitusiyanın bir
çox maddələrinə əlavə və dəyişikliklər edilmişdir.
Dostları ilə paylaş: