403. Naxçıvan Muxtar Respublikasının icra hakimiy-
yətini hansı orqan həyata keçirir?
- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti.
404. Naxçıvan Muxtar Respublikasının məhkəmə
hakimiyyətini hansı orqanlar həyata keçirir?
- Naxçıvan Muxtar Respublikasının məhkəmələri.
405. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi,
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və
Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə hansı
qanunvericilik aktları ilə onların səlahiyyətlərinə aid edilən
məsələlərin həllində müstəqildirlər?
- Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə onun
səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan
Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan
Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə
aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar
Respublikasının məhkəmələri isə Azərbaycan Respublikası
Konstitusiyası və qanunları ilə onların səlahiyyətlərinə aid
edilən məsələlərin həllində müstəqildirlər.
Dostları ilə paylaş: |