411. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hansı
məsələlərə dair ümumi qaydalar müəyyən edir?
- 1) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə
seçkilər; 2) vergilər; 3) Naxçıvan Muxtar Respublikası
iqtisadiyyatının inkişafı istiqamətləri; 4) sosial təminat; 5) ətraf
mühitin qorunması; 6) turizm; 7) səhiyyə, elm, mədəniyyət.
412. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hansı
məsələləri həll edir?
- 1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin
təşkili;
2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;
3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial
proqramlarının təsdiqi;
4) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə
təyin və vəzifədən azad edilməsi;
5) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
tərkibinin təsdiqi;
6) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə
etimad.
Dostları ilə paylaş: |