publikası Konstitusiyasının neçənci fəsli ilə tənzimlənir?
- IX fəsli ilə.
424. Yerli özünüidarəni hansı qurum həyata keçirir?
- Bələdiyyələr.
425. Bələdiyyələr nəyin əsasında yaradılır?
- Seçkilər əsasında.
426. Bələdiyyələrin statusunun əsasları hansı qanunve-
rıcilik aktı ilə müəyyən edilir?
- Azərbaycan Respublikasının Konstitusiyası ilə.
427. Bələdiyyələrə seçkilərin qaydaları nə ilə müəyyən
edilir?
- Qanunla müəyyən edilir.
428. Bələdiyyə öz fəaliyyətini necə həyata keçirir?
- Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa
komissiyalar vasitəsi ilə həyata keçirir.
429. Bələdiyyənin iclaslarını hansı orqan və ya şəxs
çağırır?
- Bələdiyyənin sədri.
430. Bələdiyyələrin iclaslarında hansı məsələlər həll
edilir?
- 1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması,
qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin
itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və
başqa komissiyaların seçilməsi;
4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq
edilməsi;
73
6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun
barəsində sərəncam;
7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul
və icra edilməsi;
8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra
edilməsi;
9) yerli ekoloji proqramların qəbul və icra edilməsi.
Dostları ilə paylaş: |