167. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə
təqsirli sayıla bilərmi?
- Xeyr, sayıla bilməz.
168. Hansı halda şəxs bir cinayətə görə təkrarən
məhkum edilə bilər?
- Heç bir halda heç kəs bir cinayətə görə təkrarən məhkum
edilə bilməz.
169. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci
maddəsində “məhkəməyə təkrar müraciət hüququ” necə
müəyyən olunub?
- Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində
çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı
məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və
cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ
vardır.
Dostları ilə paylaş: |